Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Kökəlmək istəyirəm!

By Vüsal Rafiqoğlu
27.04.2022 2 Min Read

Bəzi hallarda arıq insana kökəlmək kök insana arıqlamaqdan daha çətin olur. İnsan çox yeməyə başlayır, iştah artıran preparatlar və vitaminlər qəbul edir.

Lakin arzuladığı kiloqramlar artmır ki, artmır.

Bu vəziyyətdə nə etmək lazımdır? İlk növbədə terapevtin müayinəsindən keçin. Bəzi xəstəliklər və pozulmalar zamanı insan normal miqdarlarda qida qəbul etsə də kökələ bilmir və əksinə arıqlayır. Bu xəstəliklər və pozulmalar arasında şəkərli diabet, tireotoksikoz (qalxanvari vəzi xəstəliyi), ağır xroniki stresslər və depressiyalar, mədə-bağırsaq sistemi xəstəlikləri, bəzi ağ ciyər və ürək xəstəlikləri, onkoloji xəstəliklər. Lazım olduqda terapevt əlavə müayinə və analizləri təyin edəcək və (və ya) pasiyenti digər mütəxəssislərin müayinələrinə göndərəcək. Əgər hər hansı xəstəlik aşkar olunarsa, xəstəyə müalicə təyin olunacaq.

Lakin heç bir ciddi pozulma və ya xəstəlik aşkar olunmazsa, arıqlığın digər səbəblərini  axtarmaq lazım olacaq. İlk növbədə bu kifayət etməyən, natamam qidalanma ola bilər.

Kökəlmək istəyən insan öz qida rasionuna diqqət etməlidir. Lakin bu o demək deyil ki, insan çəkinin artırılmasına gətirən yağlı və şirin yeməklərə üstünlük verməlidir. Belə “pəhrizin” nəticəsində insan yalnnız müxtəlif pozulma və xəstəliklər “qazana” bilər.

Qida hər zaman kalorili, keyfiyyətli və xeyirli olmalıdır. Gün ərzində 5 dəfədən az olmayaraq, hər dəfə eyni vaxtda olmaqla, kifayət miqdarlarda kalorili qidalar qəbul etmək lazımdır.

Səhər yeməyi mütləqdir. Səhər yeməyi dedikdə “pendir-çörək” yox, tamdəyərli qida qəbulu nəzərdə tutulur. Bu kərə yağı əlavə olunmuş müxtəlif sıyıqlar + bişmiş yumurta və ya omlet + salat və s. ola bilər. Səhər kakao qəbul etmək yaxşıdır. Kakao çox xeyirli və kalorilidir.

Qida hər zaman zülal və karbohidratlarla zəngin olmalıdır. Bu ət, toyuq əti, balıq, yağlı süd məhsulları, ağ çörək, kartof, makaron, sıyıqlar, paxlalılar (noxud, lobya) və s. ola bilər.

Meyvə və tərəvəzlər, meyvə və tərəvəz şirələri (orqanizm onları yaxşı qəbul edirsə) və salatları, südlü-meyvəli kokteyllər qida rasionunuzda daim olmalıdır.

Tortlar, pirojnalar, milli şirniyyatlarımız (paxlava, şəkərbura və s.), mayalı və qat-qat xəmirdən hazırlanmış piroqlar, bulkalar, pirojki, blini xama ilə və s. çox kalorilidir və onalrın qəbulu çəkinin artmasına gətirib çıxarır. Lakin bu qidalardan “süi-istifadə etmək” olmaz ki, bu səhhətinizə mənfi təsir edə bilər.

Qoz-fındıq da çox xeyirli və kalorili qidadır. Bu səbəbdən hər gün 1-2 ovuc qoz-fındıq yemək olar.

Axşam yeməyi mütləq tamdəyərli olmalıdır. Yaxşı olardı ki, bu ət yeməyi olsun. Axşam yeməyi yatmazdan 2 saat əvvəl olmalıdır.

Kökəlmək istəyən insan kifayət qədər yatmalı və dincəlməlidir, gün ərzində 1,5-2 saat açıq havada gəzməlidir.

Mayenin kifayət miqdarda qəbulu da çox vacibdir. Lakin mayeni qida qəbulundan əvvəl içməyin, bu halda siz daha az qida qəbul edə bilərsiniz. Qida qəbul etdikdə ən kalorili yeməkdən başlamaq lazımdır, salatı isə qida qəbulunun axırına saxlayın. Duru suplara və bulyonlara yox, daha qatı və kalorili toyuq və ət souslarına üstünlük verin.

Fiziki gərginliklər kökəlmək istəyən insanlara yaxşı kömək edir. Üzgüçülük, rəqslər, aerobika, fitneslə məşğul olan insanın əzələ toxuması artır və bu bədənin həcminin artmasına gətirir. Arıq ayaqları və qolları olan insanlara trenajorlarda xüsusi məşqlər yaxşı kömək edə bilər.

Həkimin təyini ilə vitamin-mineral kompleksləri, xüsusi iştahanı artıran preparatları qəbul etmək olar. Ədviyyatlar (istiot, sarıkök, darçın və s.) iştahanı artırır və bu səbəbdən qidaların hazırlanması zamanı ədviyyatlardan geniş istifadə edin.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Nazirlərin qəbuluna düşmək istəyən vətəndaşların NƏZƏRİNƏ – CƏDVƏL

Next

Prezident: “Sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır”

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv