Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Laçınım mənim!

By Vüsal Rafiqoğlu
26.08.2022 4 Min Read

Dünyaya hayqırmaq istədiyimiz sevinc nidası, dağılmamış xatirələr və Körçə bulağı haqqında

Proloq yerinə gözəl bir tvit…

Ürəkləri Vətən həsrəti ilə döyünən, o gözəl torpaqlarımızın həqiqi sahibləri Laçın şəhər sakini İradə Nəsirova, Susdan Şahin İsgəndərov və Zabux kəndindən məcburi köçkün Rövşən Həsənov ilə görüşüb yenicə söhbətə başlamaq, sona çatmaqda olan həsrətimizi, yerə-göyə sığmayan sevincimizi bölüşməyə hazırlaşırdıq ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev rəsmi “Twitter” səhifəsindən hamımızın səbirsizliklə gözlədiyimiz paylaşımı etdi: “Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

“Sevincimi bütün dünyaya hayqırmaq istəyirəm!”

Laçın şəhər sakini İradə Nəsirova: “Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən torpaqlarımız işğaldan azad edildi və bu gündən mənim doğma diyarım olan Laçın şəhəri də, onun kəndləri də Azərbaycanın nəzarəti altına keçdi. Bu elə bir hissdir ki, sözlə ifadə etmək mümkün deyil. Sevincimizin həddi-hüdudu yoxdur! Bu sevinc o qədər böyükdür ki, hayqıraraq bütün dünyaya çatdırmaq istəyirəm! Bu gün 30 illik həsrətimizə son qoyuldu, ağrılarımız-acılarımız geridə qaldı. Doğma şəhərimizin boşaldılaraq əbədi olaraq əsl sahiblərinin – azərbaycanlıların nəzarətinə keçməsi bizə yenidən xoşbəxt olmaq, gözəl günlər yaşamaq ümidi verdi!”

“Gördüm ki, öz evimiz salamatdır, ancaq ata evimizi, məktəbimizi dağıdıblar…”

Torpaqlarımız işğaldan azad edildikdən sonra İradə Nəsirova bir dəfə Laçında olub. Daha doğrusu, həmin vaxtın tələbinə uyğun Qarabağın müəyyən hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının müşayiəti ilə şəhərin içindən keçib gedib. Evlərini də görə bilib. Aralıdan, gözücü…

– 1992-ci ili yenidən yaşadım sanki. Çox təsirləndim. Axı Laçın, ata evimiz, məhəlləmiz, oxuduğum 1 nömrəli məktəb, xoşbəxt uşaqlığımın, gəncliyimin keçdiyi yerlər mənim xatirəmdə müqəddəs bir ziyarətgah kimi qalıb. Bir anlıq düşündüm ki, nə yaxşı Allah mənə bu xoşbəxtliyi bəxş etdi. Aralıdan da olsa öz həm ata evimizi, həm də öz evimi görə bildim. Bizim ev salamatdır. Nə bilim, bəlkə üstü yerindəydi deyə mənə elə gəldi, ya bəlkə içində yaşayan da olub. Yəqin mərkəzi yola yaxın olduğundan dəyməyiblər. Ata evimizi isə dağıdıblar deyəsən. Məktəbimizi də! Şəhərdə salamat tikililər az deyil, ancaq hiss olunur ki, hamısı baxımsız, sahibsiz qalıb. Ermənilər heç nə tikib-yaratmayıblar, bilirdilər ki, bu torpaq onların deyil.

…Şükür ki, daha Laçınım əsarət altında deyil. Şükür ki, öz yurdumuza kiminsə müşayiəti altında getməyə də ehtiyac yoxdur. Laçın daha azaddır və biz o gözəl şəhərimizi yenidən qurub yaradacığıq. Doğma şəhərimizə qayıtmaq, orada yaşamaq bütün laçınlılar kimi mənim də ən böyük arzumdur. Başqa heç nə istəmirik. Bu gün tezliklə o arzumuza çatacağımıza bir daha əmin olduq!

Orada bir bulaq var!

Sus kənd sakini Şahin İsgəndərov: “Şükür ki, o mənfur düşmən torpaqlarımızdan rədd olub getdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, onların sayəsində, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız azadlığına qovuşdu. İnşallah, yaxın vaxtlarda qayıdarıq öz yurdumuza.

Mən Susdan məcburi köçkün düşəndə 18 yaşımın içindəydim. Bütün gözəl uşaqlıq xatirələrim, qayğısız günlərim o kəndlə bağlıdır. Geri dönəndə yəqin yenidən yaşayaram o xatirələri. Kəndə çatanda ilk növbədə dədə-babalarımızın erməni vəhşiləri tərəfindən dağıdılmış məzarlarını ziyarət edəcəm, dualar oxuyacam ruhlarına. Sonra kəndi gəzəcəm başdan-başa. Bir də Susun bulaqları üçün darıxmışam. Ən çox da kəndimizə çatmamış bir bulaq vardı – Körcə bulaq, onun suyu üçün darıxmışam. Bəlkə də dağıdıblar o bulaqları. Eybi yox, bərpa edəcəyik hamısını. Evləri də, təsərrüfatımızı da, yaşayışımızı da. Sonra da minillərdir o yerlərdə yaşamış dədə-babalarımız kimi yenidən əbədi məskən salacağıq Susda!”

“Əsas kəndimə qayıdım, təsərrüfat quraram, heyvan saxlayaram…”

Zabux kənd sakini Rövşən Həsənov: “Bu gün bütün Laçın sakinləri, Zabux camaatı, bütün xalqımız sevinc içərisindədir. Çox sağ olsun cənab Prezidentimiz, torpaqlarımızı alıb bizə qaytardı. İndi hamımız, bütün zabuxlular səbirsizliklə öz kəndimizə qayıdacağımız günü gözləyirik və inşallah, hamımız bir nəfər kimi Zabuxa qayıdacağıq! Bilirik ki, bunun üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülür, nə lazımdır görüləcək. Elə bir neçə gün öncə Müzəffər Ali Baş Komandanımızın tapşırığına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bizim camaatı qəbul etdi. 2-3 saat söhbət elədik, qayıtmağımızla bağlı məsələlər müzakirə olundu – Ora qayıdanların işlə təmin edilməsi, məktəb, bağça və s. Yəni, bəzi zəruri məsələlər öz həllini tapan kimi geri qayıdacağıq, inşallah.

62 yaşımın yarısını Zabuxda, digər yarısını Vətən həsrəti ilə yaşamışam. İndi əsas kəndimə qayıdım, iş də, yaşayış da yoluna düşəcək. Təsərrüfat quracam, heyvan saxlayacam. Əvvəllər olduğu kimi…”

…və nəhayət

Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masasındakı böyük Qələbəsinə, torpaqlarımızın düşməndən təmizlənməsinə uzun illər çox dəqiq, məqsədyönlü, ardıcıl şəkildə aparılmış siyasət nəticəsində nail oldu. Ermənistan rəhbərliyinin, onların havadarlarının “Münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur” sözlərinə cənab Prezidentimiz haqlı olaraq cavab verirdi ki, məsələnin bir də hərbi yolu var. Əgər döyüş meydanında düşmənin başını əzməsəydik, o, heç vaxt öz xoşu ilə nə digər işğal etdiyi torpaqlardan, nə də Laçından çıxmazdı. Laçın şəhəri, rayonun azərbaycanlıların nəzarətinə keçən digər kəndləri şanlı tariximizə qızıl hərflərlə yazılan möhtəşəm zəfərimizin daha bir səhifəsidir – hər oxuduqca qürur duyacağımız səhifəsi!

Gözünüz aydın, laçınlılar!

Azadlığın mübarək, əziz Laçın, əziz Zabux, Sus!

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hərbçimiz qəzada öldü

Next

Mərhum Məhəbbət Kazımovun məşhur “Laçınım” mahnısı Laçında səslənir VİDEO

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv