Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Gözlənilən aclıq başladımı – 48 ölkə ərzaq şoku yaşayır

By Vüsal Rafiqoğlu
06.10.2022 3 Min Read

İqtisadçı ekspert: “Hazırda Azərbaycanda aclıqla bağlı hər hansı narahatlığa əsas yoxdur”

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra dünyanı ərzaq böhranı bürüyəcəyinə dair rəylər kifayət qədər ciddi hesablamalara əsaslanırdı. Həm bu mühribə, həm də dünyada baş verən digər siyasi-iqtisadi çalxalanmalar, dünyanın yenidən bölüşdürülməsi prosesi xeyli ölkəni artıq aclıq həddinə gətirib.

Beynəlxalq Valyuta Fondu (BVF) təcili şəkildə qida yardımı ilə bağlı maliyyə dəstəyi istəyə biləcəyi 48 ölkənin adını açıqlayıb.

Fondun rəhbəri Kristalina Georgiyeva bildirib ki, “ərzaq şoku pəncərəsi” üçün potensial namizədlər aşkar ediblər. Bunlar tədiyyə balansında ciddi problemlərlə üzləşən 48 ölkədir.

Siyahıda olan ölkələrdən heç də hamısı yeni alətdən istifadə edə bilməyəcək. 10-20 qədər əsasən Afrika ölkəsinin bu alətdən faydalanacağı gözlənilir. Digər ölkələrin Dünya Bankı kimi mənbələrə baş vuracağı BVF rəhbəri tərəfindən qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Fond il ərzində fəaliyyət göstərəcək “ərzaq şoku pəncərəsi” adlanan yeni aləti istifadəyə verib.

Ərzaq yardımına ehtiyacı ola biləcək ölkələr arasında Əfqanıstan, Pakistan, Tacikistan, Şri-Lanka, Ukrayna, Vyetnam və Tailand var.

Beləliklə, artıq dünyada qlobal aclığın başladığını hesab etmək olar. Dünyanın mövcud 200-ə yaxın dövlətinin dördə biri aclıqla üzləşibsə, ərzaq yardımı istəyirsə, deməli vəziyyət kifayət qədər kirtikdir. Çıxış yolu nədir? Yoxsa bu “dünyada insanların sayını azaltmaq” projesinin düşünülmüş bir elementidir?

Ekspert: “Bu, qaza tələbatın artmasına təkan verib” - 16.07.2021, Sputnik  Azərbaycan

Eldəniz Əmirov

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a bildirdi ki, hazırda Azərbaycanda aclıqla bağlı hər hansı narahatlığa əsas yoxdur: “Tədiyyə balansı kifayət qədər müsbətdir. Ötən illə müqayisədə göstəricilər qənaətbəxşdir. Dünyada ciddi problemlər var. Böhranlar bir çox ölkəyə ciddi təsir edəcək. Lakin hesab edirəm ki, qorxulu heç nə yoxdur. 2014-cü ildən başlayaraq verilən proqnozlar özünü doğrultsa idi, dünya iqtisadiyyatı alt-üst olmalı idi”.

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransı bildirib ki, mütəxəssislərin proqnozlarına görə, 2022-ci ildə qlobal iqtisadiyyatın artımı 2,5% olub, 2023-cü ildə isə bu temp 2,2%-ə qədər azalacaq. Gələn ilin sonuna qədər qlobal ÜDM-in artım tempi hələ də koronavirus pandemiyasından əvvəlkindən aşağı olacaq. İqtisadi geriləmə planetin bütün regionlarına təsir edəcək, lakin BMT-nin qurumu xüsusilə inkişaf etməkdə olan ölkələrdəki vəziyyətdən narahatdır. Proqnozlara görə, bu ölkələrdə artım templəri 3%-dən aşağı düşəcək və davamlı inkişaf üçün kifayət etməyəcək. Eyni zamanda Afrikanın aşağı gəlirli ölkələrinin demək olar ki, 60%-i artıq borc stressi və ya yüksək risk altındadır və qitə ölkələrinin 60%-dən çoxunun ərzaqla təmin olunması üçün xarici yardıma ehtiyacı var. Hazırda dünyanın 46 inkişaf etməkdə olan ölkəsi çoxsaylı iqtisadi sarsıntılara məruz qalır, daha 48 ölkə isə ciddi şoklara məruz qalır ki, bu da qlobal borc böhranı təhlükəsini artırır. Ticarət və İnkişaf üzrə Konfrans dünya ictimaiyyətini inkişafa yardımı artırmağa çağırır.

Prezidentin yüksək vəzifə verdiyi Məmməd Abbasbəyli kimdir?

Məmməd Abbasbəyli 

Bakıda keçirilən XII Beynəlxalq Taxıl Ticarət Konfransı çərçivəsində “Report”a açıqlama verən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib ki, Azərbaycan özünü istehsalı ilə təmin etmək üçün geniş imkanlara malik ölkə deyil: “Məhz bu səbəbdən də dövlətin qarşısında duran vacib məsələlərdən biri daha rəqabətqabiliyyətli sahələri müəyyənləşdirmək və əsasən diqqəti həmin sahələrə yönəltməkdir. Biz olduqca çətin bir dövrdə yaşayırıq. Zəmanəmizdə çox sayda həm klimatik, həm də geosiyasi çağırışlar mövcuddur. Biz elə bir yolayrıcına gəlib çatmışıq ki, artıq qloballaşma, yoxsa fərdiləşmə istiqamətində hərəkət edəcəyimizə qərar verməliyik. Hər birimiz anlayırıq ki, belə bir vəziyyətdə əsas diqqəti ölkələrimizin ərzaq təhlükəsizliyinə yönəltməliyik”, – xidmət rəhbəri vurğulayıb.

M.Abbasbəylinin sözlərinə görə, Azərbaycan üçün hazırda taxıl istehsalına görə dünya liderləri olan Rusiya, Ukrayna, Rumıniya, Fransa, Kanada və digər ölkələrlə rəqabət aparmaq olduqca çətindir: “Dövlətimiz üçün hazırda ən doğru siyasət bu məhsulun idxalı və ixracı arasındakı düzgün nisbəti müəyyənləşdirməkdir. Bu istiqamətdə son zamanlar ciddi işlər görülüb. Həm texniki, həm də qida məqsədli taxılın ölkəmizdə mümkün həcmdə geniş istehsalı təmin olunub. Lakin bu, ölkənin taxıla olan ehtiyacını tam ödəmir. Sonuncu hədəfə çatmaq üçün biz yerli sahibkarlarla da olduqca məhsuldar işləyirik. Biz onları ölkənin ərzaq təhlükəsizliyini təmin etmələri üçün hər cür dəstəkləyirik”, – M.Abbasbəyli bəyan edib.

O, həmçinin Azərbaycanın əsasən Rusiya, qismən də Qazaxıstandan taxıl idxal etdiyini, son zamanlarda isə ölkədaxili bazarda Qazaxıstan taxılının öz payını artırdığını qeyd edib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gələn ildən pensiyalar nə qədər artacaq?

Next

YAP Bərdə rayon təşkilatının üzvləri şəhid ailələrindən olan müəllimləri ziyarət ediblər.

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv