Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Dəfn mərasimi, yoxsa şou? – Qıcıq doğuran yeni “adətlər”

By Vüsal Rafiqoğlu
22.10.2022 2 Min Read

Son vaxtlar dəfn mərasimlərində yeni “adətlər” peyda olub. Yəqin ki, siz də diqqət etmisiniz: xüsusilə tanınmış insanların və onların ailə üzvlərinin dəfn mərasimlərinə gələn bəzi şəxslər sosial şəbəkələrdə canlı yayımlar açıb, fotosessiyalar edərək, cəmiyyətin diqqətini öz üzərlərinə çəkməyə çalışırlar.

İnsanların kədərli anlarını şouya çevirən dırnaqarası blogerlərin dəfn mərasimlərinə gətirdiyi qondarma adətlər təəssüflər olsun ki, günün reallığına çevrilib və belə hallar getdikcə kütləvi hal almağa başlayır.

Sosial şəbəkə paylaşımlarına diqqət etsək görərik ki, insanların buna münasibəti birmənalı deyil. Bir çoxları “dəfn şou”larının yolverilməz olduğunu, bu kimi halların dünyasını dəyişən şəxsə və onun ailə üzvlərinə qarşı hörmətsizlik olduğunu düşünür. Lakin “burada nə var ki?” deyib, yasdan reklam tutanlara haqq qazandıranlar da az deyil.

Qıcıq doğuran yeni “adətlər”dən biri də cənazənin alqışlarla qarşılanıb, son mənzilə yola salınmasıdır. Axı bunu necə başa düşmək olar? Gözüyaşlı insanların çiyinlərində daşıdığı cənazəni alqışlamaq nə deməkdir?

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, yas mərasimləri bütün mənalarda öz məcrasından çıxıb. Onun sözlərinə görə, artıq yas və toy məclislərini tənzimləmək lazımdır:

“Dəfn mərasimləri, toylar protokollaşdırılmalıdır. Bəzi Orta Asiya respublikalarında olduğu kimi yas mərasimləri və digər tədbirlərin tənzimlənməsi üçün müəyyən normativ hüquqi aktlara ehtiyac var. Bununla bağlı qaydaların formalaşdırılması vacibdir, çünki bu proseslər tənzimlənmədikcə, xoşagəlməz halları daha çox müşayiət edəcəyik. Bəzən yas mərasimlərini kimlərsə şouya çevirmək istəyir, əllərində kamera canlı yayımlar edirlər. Yaxını vəfat edən şəxs bilmir ki, yasını keçirsin, yoxsa belə insanlarla məşğul olsun. Xüsusilə də şəhidlərin anım mərasiminin sırf dini mərasimlərə çevrilməsi cəhdlərini görürük. Yas mərasimləri tənzimlənmir, buna görə də xoşagəlməz hallar baş verir. Hər kəs bundan narazı və narahatdır, amma addım atılmır”.

Deputat qeyd edib ki, bu gün hamı yas və toy mərasimlərindəki israfçılıqdan əziyyət çəkir:

“Bir yas mərasimini keçirmək üçün ən azı 20 min, ən çoxu isə 100 min manat vəsait xərclənilir. Ölkədə ən gəlirli sahələrdən biri mərasim evlərinin işlədilməsidir. İsrafçılıq bizi uçuruma aparır. Azərbaycanda yaslar elə vəziyyətə gəlib ki, sanki toy mərasimidir. İnsanlar bundan narazıdır, amma prosesi tənzimləmirlər. Ancaq biz müdaxilə etməliyik ki, yas mərasimlərində süfrədə nə olsun. Çünki xalq, millət olaraq inzibatçılığa meyilliyik. İnsanlar gedib borc, kredit götürür ki, yaslarını yola versinlər. Bakıda qəbiristanlıqda yerin qiyməti 4-5 min manatdır. Yas mərasimində çay süfrəsi və xurma yetərlidir. Yasa gələn 99% insanın o süfrədəki yeməyə ehtiyacı yoxdur”.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli isə vurğulayıb ki, yas mərasimləri sadə olmalı, israfçılığa yol verilməməlidir:

“Yasda şan-şöhrət güdülməməlidir. İsrafçılığa yol vermək olmaz. Məncə, yas mərasimləri məcrasından çıxıb demək olmaz, amma dəyişən bəzi şeylər var”.

Din xadimi dəfnin canlı yayımla nümayiş etdirilməsinə də münasibət bildirib:

“Düzdür, dində bu məsələ ilə bağlı hər hansı qadağa yoxdur. Ancaq yaxınını dəfn edən birinin ürəyi yanır, fəryad edirsə, ağlayırsa, belə görüntülərin çəkilməsi doğru deyil. Hər bir halda dəfn zamanı canlı yayım məhdudlaşdırılmalıdır. Dünyadan köçən birinin alqışlarla yola salınması isə dini qaydalara aid deyil”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İrandakı etirazlar insanların illərlə yığılıb qalan problemlərindən qaynaqlanır – FOTO

Next

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv