Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Rusiya mediasında Azərbaycana qarşı daha bir təxribat

By Vüsal Rafiqoğlu
24.10.2022 2 Min Read

Rusiya mediasının Azərbaycana qarşı təxribatları davam edir.

APA xəbər verir ki, “Pervıy kanal”ın efirində 20 oktyabr tarixində yayımlanan “Bolşaya İqra” tok-şousundakı təxribatdan sonra bu dəfə “Komsomolskaya Pravda“ qəzetində anti-Azərbaycan mövqeli məqalə nəşr olunub.

“Paşinyan Ermənistanı Qərbə aparmaq üçün Qarabağı təslim edir” başlıqlı məqalədə guya Vaşinqtonun Moskvanın xəbəri olmadan İrəvanı təslim olmağa və “Artsax”dan imtina etməyə razı saldığı qeyd olunub.

Əvvəldən axıra qədər Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan fikirlərin qeyd olunduğu məqalədə bir müddət əvvəl “Telegram” kanallarında yayımlanan Azərbaycan-Ermənistan nizamlanması ilə bağlı Vaşinqtonun planının əks olunduğu sənəddən bəhs olunur.

“Sənədin məzmununa görə, imzalanacağı təqdirdə Azərbaycan-Ermənistan dövlətlərarası sərhədlərinin delimitasiyası üzrə işlər aparılacaq, Zəngəzur dəhlizi adlanan və Azərbaycanın qərb rayonlarından Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən yüksəksürətli marşrut xəttinin tikintisinə başlanacaq. Bundan əlavə, Azərbaycan Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları ilə bağlı məsələləri müzakirə etmək üçün rəsmi nümayəndə təyin edəcək. Sənədə əsasən, Qarabağ ermənilərinə, hətta tanınmamış “DQR”ə hansısa statusun verilməsi nəzərdə tutulmayıb”, – deyə məqalədə qeyd olunub.

Göründüyü kimi, “Komsomolskaya Pravda“ Qarabağ ermənilərinin İkinci Qarabağ müharibəsinin yekununda gorbagor olan “status”unun dərdinə düşüb.

Məqalədə Azərbaycan əleyhinə təxribatçı fikirlər bununla bitməyib. Müəllif Aleksandr Sergeyev məlum sənədin dərc olunmasının Ermənistanda və Qarabağda etiraz hərəkatında yeni dalğaya hələlik səbəb olmadığını və reallıqda bunun Qarabağın tamamilə Azərbaycanın yurisdiksiyasına keçməsi anlamına gəldiyini yazıb. Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar və onlara Azərbaycanın Konstitusiyasına tam uyğun davranılacaq” bəyanatını xatırladıb. Bir az da irəli gedərək, “Qarabağda tezliklə bir dənə də erməni qalmayacaq” kimi təxribatçı fikir qeyd edib.

Göründüyü kimi, dövlət tərəfindən maliyyələşən “Komsomolskaya Pravda” qəzeti Rusiya dövlətinin, Kremlin Azərbaycanın ərazi bütövlüyünü tanıması mövqeyinə, Prezident Vladimir Putinin İkinci Qarabağ müharibəsindən dərhal sonra verdiyi müsahibədə “Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir və hər zaman belə olub” bəyanatına qarşı çıxıb.

Nəşri Qarabağın Azərbaycanın yurisdiksiyasına keçməsi və bunun nəticəsində guya həmin ərazidə bir dənə də erməninin qalmayacağı çox narahat edib. Buna Ermənistandakı və Qarabağdakı ermənilərin artıq kütləvi etiraz etməməsi isə “Komsomolskaya Pravda”da maraq doğurub. Deyəsən, Qarabağda separatçı toxumu səpənlər özlərini yavaş-yavaş büruzə verirlər…

Məqalənin ən maraqlı hissəsi isə Ermənistan baş naziri Nikol Paşinyanın sülh sazişini tezliklə imzalamağa razılıq verməsindən bəhs olunduğu məqamdır. Müəllif bildirir ki, əgər bu sənəd imzalansa, o zaman bu, Cənubi Qafqazda tektonik katalizator olacaq.

“Azərbaycan və Türkiyə ilə sülh imzalayan, Qarabağı itirən və bununla da ekzistensial təhlükələrdən qurtulan Ermənistanın nə Gümrüdəki Rusiya bazasına, nə də Qarabağdakı Rusiya sülhməramlılarına ehtiyacı olacaq. Aydındır ki, Qərb vasitəçilərinin əsl məqsədi budur”, – deyə müəllif qeyd edib.

Məqalənin bu hissəsindən Azərbaycanla Ermənistan arasında kimin sülhü niyə istəmədiyi, bu münaqişənin illərlə davam etməsini nə məqsədlə istədiyi aydın olur.

Müəllif Sergeyev əslində bununla Qafqaza separatçılıq toxumlarını səpənləri ələ vermiş olub: “Azərbaycanla Ermənistan barışsalar, onda Rusiya nəyə lazımdır?” – deyə qeyd edib.

“Komsomolskaya Pravda” məqalədə erməniləri təhdid etməyi də unutmayıb:

“Çətin ki, ermənilər yaxın tarixin dərslərini unudublar və Vaşinqtonun səmimi şərəf sözü altında həll olunmamış təhlükəsizlik problemləri ilə üz-üzə qalanda nələrin baş verə biləcəyini, yəqin ki, xatırlayırlar”, – yazan müəllif Qarabağın Azərbaycanın yurisdiksiyasına keçməsilə qətiyyən razılaşmamağa dair ermənilərə çağırış edib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyevin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü keçirilib – YENİLƏNİB + FOTO

Next

Azərbaycanda məzuniyyətə gələn əsgər intihar etdi

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv