Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Alıcılıq qabiliyyəti düşdü: Narın satışı üçün yeni bazarlar axtarılmalıdır? – ARAŞDIRMA + FOTO

By Vüsal Rafiqoğlu
05.12.2022 3 Min Read

“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Fərhad Qaraşov məlumat verib ki, bu il nar istehsalçıları məhsullarını xarici bazarlarda satmağa çalışsa da, ixracda ciddi problemlər var. Bu, əsasən Rusiya və Ukrayna arasındakı müharibədən qaynaqlanır. Buna görə də  nəzərdə tutulan ixracın 40-50 %-i reallaşdırılıb. F.Qaraşovun sözlərinə görə, xaricə nar aparan sürücülər Ukrayna ərazisinə daxil olmaq üçün digər Avropa ölkələrinin ərazisindən istifadə etməli olurlar. Bunun üçün isə Şengen vizası almaq lazımdır. Bu vəziyyət ixrac müddətini 5 gündən 20 günə qədər artırır. Ona görə də istehsalçılarımız Azərbaycan narının Ukraynaya ixracına bir o qədər də səy göstərmirlər. Rusiyada isə alıcılıq qabiliyyəti aşağı düşdüyündən narın alışı zəifləyib. Düzdür, Rusiyaya ixrac davam edir, amma bu ənənəvi bazarda qiymətlər aşağıdır. Avropaya nar ixrac etmək üçün isə “Globalgap” sertifikatı tələb olunur. Bütün bu səbəblərə görə fermerlər nar ixrac edə bilmirlər.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İllərdir xarici bazara nar ixrac edən fermer Ülvi Cəfərov bildirib ki, bu il Rusiya-Ukrayna müharibəsinə görə xaricə məhsul çıxaran fermer demək olar ki, olmadı:

“Çünki həm gömrükdəki rüsumlar, həm də Rusiyada alıcı kütləsinin az olması məhsul ixrac etmək üçün sərfəli deyil. Xaricə çıxara bilmədiyimiz məhsulu daxili bazara yönəldirik. Belə olan halda daxili bazarda da məhsul bol olduğundan qiymət də aşağı olur. Bu da istehsalçını qane etmir. İstənilən halda məhsulu daxildə satmaqdansa, xaricə ixrac etmək daha yaxşıdır. Çünki xaricdən əldə etdiyimiz gəlir daha çox olurdu. Ümumilikdə nar ixracının azalması biz fermerlərə çox pis təsir edib”.

Göründüyü kimi, narın ixracı ilə bağlı problemlər yaşayırıq. Bəs ixracla bağlı problemləri həll etmək üçün dövlət qurumları nə düşünürlər? Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirdi ki, ixrac məsələlərinə Dövlət Gömrük Komitəsi nəzarət edir. Dövlət Gömrük Komitəsindən isə bu məsələlərin Kənd Təsərrüfatı Nazirliyinə aid olduğu bildirildi. Dövlət Gömrük Komitəsinin statistikasına görə, 2022-ci ilin ilk 10 ayı üzrə 8479 ton nar ixrac edilib. 2021-ci ilin yanvar-oktyabr aylarında isə 13 172 ton nar ixracı olub. Statistikadan da göründüyü kimi bu il ixracımız keçən illə müqayisədə xeyli azalıb.

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli qeyd edib ki, ixracdakı problemləri həll etmək üçün digər bazarlara yönəlməliyik:

“Ölkəmizin narı daha çox Ukrayna və Rusiyaya satılır. İndi o ölkələrdəki vəziyyətlə əlaqədar ixracda çətinliklər yaranıb. Həmçinin alıcılıq qabiliyyəti də aşağı düşüb və nəticədə məhsula tələbat azalıb. Amma nar elə bir məhsuldur ki, ona sadəcə Rusiya və Ukraynada deyil, dünyanın hər yerində tələbat mövcuddur. Bildiyim qədər nar şirə şəklində emal olunandan sonra Avropaya, xüsusilə İsrailə satılırdı. Fermerlərin daha uzaq bazarlara məhsul çıxarması üzrə malın qeydiyyat, sertifikasiya məsələlərində çətinlik olur. Bunları vaxtında etmirlər deyə, ixracda çətinliklər yaşanır. Bu məsələləri həll edib Ukrayna və Rusiyadan başqa daha geniş bazarlara da malın göndərilməsini təmin etmək, bazar çeşidliliyini artırmaq lazımdır”.

İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, narı Avropaya çıxarmaqda problemlər yaşasaq da, Şərq ölkələrinə ixrac edə bilərik:

“Qeyri-neft sektoruna aid məhsulları əsasən Rusiya bazarlarına çıxarırıq. Burada əvvəl-axır problemlə üzləşəcəyimiz qaçılmaz idi. Nar dünyada ən çox tələb olunan meyvə növlərindən biridir. Niyə bu məhsulu Yaxın Şərq ölkələrinə ixrac edə bilmirik? Ərəb ölkələrinə, Asiyaya ixrac üçün real imkanları götür-qoy etməliyik. Qeyd etdiyim ölkələrdən kifayət qədər gəlir götürmək olar. Rayonlarda kənd təsərrüfatı məhsullarının emalı zavodları var. Müxtəlif şirələr, konservlər, kompotlar istehsal olunur. Bu məhsulları həmçinin xaricə də göndəririk. Nar emal olunduqda, ondan müxtəlif məhsullar əldə etmək mümkündür. Biz narın özünü deyil, ondan hazırlanan məhsulları ixrac edərək xeyli valyuta əldə edə bilərik”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda körpüdən aşan avtomobil yanıb

Next

Vətən müharibəsi qazisi: “Maşının qarşısına raket düşdü, amma partlamadı” – FOTO

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv