Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Yaşar Əliyevin Baş katib Antonio Quterreşə ünvanladığı məktub BMT sənədi kimi yayımlanıb

By Vüsal Rafiqoğlu
24.01.2023 2 Min Read

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Yaşar Əliyevin təşkilatın Baş katibi Antonio Quterreşə ünvanladığı məktub Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məktubda 1990-cı illərin əvvəllərindən başlayaraq Ermənistanın təcavüzü zamanı itkin düşmüş bir neçə min vətəndaşımızın taleyinin müəyyənləşdirilməsində Azərbaycanın göstərdiyi səylər barədə ən son məlumatlar Baş katibin diqqətinə çatdırılıb.

Bildirilib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 3 890 vətəndaşı, o cümlədən 719 mülki şəxsi itkin düşüb. Bu mülki şəxslər arasında 71 uşaq, 267 qadın və 326 qoca var. Müəyyən edilib ki, 872 nəfər (605 hərbi qulluqçu və 267 mülki şəxs, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca) əsir və ya girov götürülüb. Sonuncu dəfə bəzilərinin əsirlikdə sağ olduqları məlum olsa da, onların sonrakı taleyi haqqında heç bir məlumat yoxdur. Həmçinin, onlarla azərbaycanlı əsir Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin onlara baş çəkməsindən sonra da erməni əsirliyində ölüb və ya itkin düşüb.

2020-ci ilin sonunda işğaldan azad edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən beynəlxalq hüququn kobud və sistemli şəkildə pozulmasının inandırıcı sübutları aşkar edilib. 2021-ci ilin fevralından 2022-ci ilin noyabrına qədər bu ərazilərdəki kütləvi məzarlıqlarda təxminən 118 nəfərin qalıqları tapılıb. Bu insan qalıqları Azərbaycanın mülki əhalisinin və beynəlxalq humanitar hüquqla qorunan digər şəxslərin qəsdən öldürülməsini sübut edir. Kəlbəcər rayonunun Başlıbel kəndi yaxınlığındakı dağ mağarasında aşkar edilmiş kütləvi məzarlıq göstərib ki, Ermənistan silahlı qüvvələri mağarada gizlənən kənd sakinlərini birbaşa atəşə tutub, onlardan azı 12 nəfəri, o cümlədən 2 uşaq və 5 qoca həlak olub.

Xocalı rayonunun Fərrux kəndindəki kütləvi məzarlıqda da uşaq və qadın qalıqları tapılıb.

Daha bir qəddarlığın sübutu Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş, əl-ayaqları məftil və kəndirlə bağlanmış onlarla azərbaycanlının qalıqlarının olduğu kütləvi məzarlıqdır. Bu da onların qısa müddət ərzində öldürülməsindən xəbər verir.

Azərbaycanın işğaldan azad edilmiş digər rayonlarında da kütləvi məzarlıqlar tapılıb.

Ermənistan 30 ilə yaxın müharibə və işğal dövründə itkin düşənlər haqqında məlumat verməkdən və onların taleyini öyrənmək üçün araşdırma aparmaqdan imtina edib.

“Təkcə 2022-ci ildə Ermənistan Azərbaycana 106 nəfərin qarışıq qalıqları olan 67 torba təhvil verib. Ermənistanın bütün əxlaqi prinsiplərə zidd olaraq, beynəlxalq humanitar hüququ pozaraq, insanların öz yaxınlarının taleyi haqqında bilmək hüququna açıq şəkildə məhəl qoymadan bu qalıqları otuz il ərzində saxlaması dərin hiddətə səbəb olmaya bilməz”, – məktubda qeyd edilib.

Eyni zamanda, diplomat Ermənistanın “hələ də Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kütləvi məzarlıqlar barədə məlumat verməkdən” yayındığını vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın işğalı zamanı Azərbaycan ərazisinə qoyduğu yüz minlərlə minanın tam və dəqiq xəritələrini təqdim etməkdən imtina etdiyi üçün Azərbaycanın axtarış əməliyyatlarına ciddi mina təhlükəsi də mane olur.

Yaşar Əliyev xatırladıb ki, Baş Assambleya və Təhlükəsizlik Şurası itkin düşmüş şəxslərlə bağlı bir sıra qətnamələr qəbul edərək, dövlətlərin beynəlxalq humanitar hüquq çərçivəsində zorakı itkin düşmələrin qarşısının alınması və itkin düşmüş şəxslərin taleyi haqqında hesabat vermək öhdəliklərini təsdiqləyib: “Bu öhdəliklər qurbanların və onların ailələrinin hüquqlarını qorumaq üçün təcili tədbirlərə çevrilməlidir”.

Yekunda Azərbaycan nümayəndəliyinin başçısı qeyd edib ki, beynəlxalq ictimaiyyətin Ermənistanın sözügedən mövzuda öz öhdəliklərini yerinə yetirməsi üçün israr etməsi vacibdir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Nazarbayev xəstəxanadan evə buraxılıb

Next

44 günlük aksiya 44 günlük savaş kimi… – məğlublar şərt diktə edə bilməz!

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv