Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Cəbrayıl Ağayev: “NK-nın qərarı bizi keyfiyyətsiz qida məhsullarından qoruyacaq” – MÜSAHİBƏ + FOTO

By Vüsal Rafiqoğlu
20.05.2023 3 Min Read

Azərbaycanda “AZCHEMCO” MMC və Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Texniki Bitkiləri Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasının (ATS) əməkdaşlığı ilə hazırlanmış yeni dövlət standartı qəbul edilib.

Bununla bağlı stansiyanın direktoru, aqrar elmlər doktoru Cəbrayıl Ağayev “Report”un suallarını cavablandırıb:

– Cəbrayıl müəllim, ideya necə yarandı və sizi bu layihədə iştirak etməyə nə sövq etdi?

– Azərbaycanda istehsal edilən məhsulların keyfiyyətinin yüksəldilməsi və davamlı inkişafının təmin edilməsində və beynəlxalq standartların tələblərinə cavab verən məhsulların çeşidlərinin artırılması qarşıya qoyulmuş prioritet vəzifələrdəndir. Bu sahədə elmi tədqiqat müəssisələri ilə özəl istehsal sahələrinin birgə əməkdaşlığının genişləndirilməsi çərçivəsində bitki sağlamlığı vasitələri istehsalı ilə məşğul olan “AZCHEMCO” şirkəti ilə ATS-nin birgə çalışmaları ilə AZS 932:2023 “Gübrələr-Maye” standartının layihəsi hazırlanıb.

Bizim üçün qürurvericidir ki, standart layihəsini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşma İnstitutu 23 aprel 2023-cü il tarixdə AZSTAND/Q-16/2023 saylı qərarı ilə dövlət standartı kimi təsdiq edib və standartlaşma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib. Standart layihəsinin hazırlanmasında, ekspertizasında və qəbul edilməsində əməyi olan tərəfdaşlarımıza təşəkkürümüzü bildiririk.

– Stansiyada tədqiqatların aparılması prinsipləri və ölkənin özəl sektorunun nümayəndəsi olan “AZCHEMCO” şirkəti ilə əməkdaşlıq barədə məlumat verə bilərsinizmi?

– ATS 1930-cu ildə yaradılıb, Azərbaycanda ilk bitki mühafizəsi elmi müəssisəsidir. “Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin standartlaşdırılması üzrə Texniki Komitə”nin sədri olaraq ölkədə sahənin yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə normativ tənzimləmə sənədlərinin hazırlanması ilə də məşğul oluruq.

Azərbaycanda gübrəyə olan tələbatın ödənilməsində daxili istehsalın təşkil edilməsi prioritetlərdən hesab edilir. “AZCHEMCO” şirkətinin bu sahədə planları ilə tanış olduqdan sonra şirkətin fəaliyyətinə elmi əsaslandırılmış üsullarla kömək etmək arzusunda olduğumuzu bildirdik.

Təklif müsbət qiymətləndirildi və artıq 2 ilə yaxın bir zamandır ki, yaxından əməkdaşlıq edirik.
“AZCHEMCO” şirkətində istehsal edilməsi nəzərdə tutulan gübrələrin ilkin sınaq nümunələri ATS-nin ərazisində tarla sınaq təcrübələrində sınaqdan keçirilir. Gübrələrin səmərəliliyi ATS-nin təcrübə-nümayiş sahəsində yüksək ixtisaslı alim və mütəxəssislərin icraçılığı ilə yerinə yetirilir. Gübrələrin müxtəlif məsarif normaları açıq və örtülü şəraitdə becərilən bitkilər üzərində tətbiq edilərək sınaqdan keçirilir. Sınaq təcrübələrinin nəticələri əsasında gübrələrin tətbiqi reqlamentləri təyin edilir. Geniş təsərrüfat təcrübələrində isə optimal məsarif normalarının səmərəliliyi dəqiqləşdirilir. Əldə olunmuş nəticələrdən sonra gübrələrin tətbiqi üzrə məsləhətlər hazırlanır.

Azərbaycanda açıq və örtülü sahələrdə becərilən kənd təsərrüfatı bitkilərinin, bəzək bağçılığında istifadə edilən bitkilərin qida elementləri ilə təminatının yüksəldilməsində “AZCHEMCO”nun istehsal etdiyi gübrələrin tezliklə istehsalçıların tələbatının ödənilməsində və idxalın qismən aradan qaldırılmasında mühüm rolunun olacağına əminliyimizi bildiririk.

– Bu il mayın 5-də “Qida məhsullarının təhlükəsizliyi haqqında” 523-VIQ nömrəli qanunda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin Qərarı verildi. Siz edilən dəyişikliklər haqqında nə düşünürsünüz?

– İlk növbədə onu bildirmək istəyirəm ki, sənəddə kənd təsərrüfatında aqrokimyəvi vasitələrdən istifadəyə yanaşmada strateji dəyişikliklər, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə olunan aqrokimyəvi maddələrə daha ciddi nəzarətin təmin edilməsi qəbul edilib. Heç kimə sirr deyil ki, kənd təsərrüfatında aqrokimyəvi maddələrdən istifadənin yanlış metodologiyası və onların keyfiyyətinin tələb olunan səviyyədə olmaması ölkənin əsas istehsal vasitəsi olan torpağın strukturunda ciddi problemlər yaradır, qida məhsullarının tərkibində pestisidlərin və aqrokimyəvi maddələrin izafi toplanması milli genofonda sağalmaz ziyan vura bilər. Mən bu qərarı tam dəstəkləyirəm, çünki əminəm ki, yüksək keyfiyyətli aqrokimyəvi maddələrdən istifadə etməklə məhsul yetişdirilməsinin innovativ üsullarının tətbiqi nəinki ölkənin bu sahəsinin intensiv inkişafına təsir göstərəcək, həm də Azərbaycan xalqını tərkibində kimyəvi iz olan keyfiyyətsiz qida məhsullarının istehlakından qoruyacaq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Tovuzda 13 yaşlı qız itkin düşüb

Next

İcbari tibbi sığorta üzrə yeni xidmətlər zərfinin yaxın günlərdə təsdiq olunacağı gözlənilir

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv