Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Söyüdlü “dilemma”sı: icra başçısının dediklərindən deputatın xəbəri varmı? – VİDEO

By Vüsal Rafiqoğlu
22.06.2023 4 Min Read

Milli Məclisdəki deputatlar arasında danışmamaları danışmalarından, sükutları şərhlərindən daha məntiqli olanları var.

Onların arasında Arzu Nağıyev xüsusilə fərqlənir.

Cənab Nağıyevin Söyüdlü kəndindəki hadisələrlə bağlı açıqlaması isə ümumiyyətlə, “necə danışmamalı” standartlarına daxil edilə bilər.

Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşı qadına qarşı ciddi qəbahətə yol verib, bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək.

Dünən Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.

Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

Bu gün Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvlərinin iştirakı ilə Gədəbəy Rayon İcra Hakimiyyətində iclas keçirilib.

İclasda komissiya üzvləri ilə yanaşı, rayon rəsmiləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edib.

İclasda Söyüdlü kəndində vəziyyət müzakirə olunub.

Komissiya üzvləri iclasdan sonra Söyüdlü kəndinə gedəcək, kənd sakinləri ilə görüşəcək, süni gölün tikintisi aparılan əraziyə baxış keçirəcəklər.

“Əvvəla onu qeyd etmək istəyirəm ki, insanlarımızı narahat edən əsas məsələ ikinci göl deyil, onları narahat edən artıq 11 ildir, ərazidə olan və fəaliyyət göstərən göldür”.

Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov isə olay yerinə, Söyüdlüu kəndinə yollanaraq sakinlərlə görüşüb, jurnalistlərin suallarını cavablayıb.

Orxan Mürsəlov bildirib ki, sakinlərə bununla bağlı yanlış informasiyalar verilib: “Təəssüflər olsun ki, insanlarımıza da bununla bağlı dezinformasiyalar verilib. İnsanlarımızın sağlam həyat tərzi, xoşbəxtliyi bizim üçün əsas amildir. Ona görə də ölkə rəhbərinin tapşırığına əsasən, Nazirlər Kabineti tərəfindən 21 iyun 2023-cü il tarixində verilən Sərəncamla yaradılan müvafiq komissiya tərəfindən Söyüdlü kəndi ərazisində, sözügedən tullantıxanada monitorinqlərin aparılması və ictimaiyyətin məlumatlandırılması həyata keçiriləcək. Komissiya üzvləri sabah rayonda olacaq və insanlarımızı narahat edən məsələ araşdırılacaq. Mən bir daha vurğulamaq istəyirəm ki, insanlarımızın narahatlığına ciddi əsas yoxdur”.

İcra başçısı qeyd edib ki, bu məsələnin birdən-birə alovlanması narahatlıq doğurur: “Biz vətəndaşlarımızla mütəmadi olaraq görüşür, onları baş verən proseslərlə bağlı məlumatlandırırıq. Dünən baş verən hadisə – insanlarımızın qanunsuz şəkildə əraziyə toplaşması, polisin qanuni fəaliyyətinə mane olması kimi hallar yolverilməzdir. 11 ildir, burada fəaliyyət göstərən gölün insanlarımızda narahatlıq yaratması ilə bağlı heç bir sübut yoxdur. Məsələnin bu gün bu formada təzahür etməsi narahatlıq doğurur. Təəssüflər olsun ki, qadınlarımızın əraziyə toplaşması, polis əməkdaşlarına qarşı şiddət halları müşahidə olunub. Faktiki olaraq, polis ərazidə asayişin qorunması və şirkətin cari fəaliyyətinə maneçilik törədilməsinin qarşısını almaq məqsədi güdüb. Polisin qanuni fəaliyyətinə qarşı təxribat xarakterli, qıcıqlandırılmış şəkildə addımlar atılması yolverilməzdir. Baş verən hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin məlumatını eşitmisiniz. Bütün məsələlər hüquqi çərçivədə həllini tapacaq. Heç bir məsələ ölkəmizdə hüquqdan xaric müzakirə edilə bilməz, hər şey hüquq çərçivəsində həll edilir. İğtişaşa cəhd edən, ərazidə təxribat formalaşdıran, məsələni lüzumsuz formada şişirdənlərə qarşı polis qanuni fəaliyyətini həyata keçirib və 5 nəfər barəsində inzibati qaydada həbs müəyyənləşdirilib, 1 nəfər isə cərimə edilib. Bundan sonra da tam ədalətli, insanlarımızın hüquqlarını qoruyacaq formada qərarlar qəbul ediləcək”.

Hadisə və baş verənlərə verilmiş rəsmi dəyərləndirmələr budur.

Lakin Milli Məclisin deputatı, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən seçilmiş deputat Arzu Nağıyev isə deyəsən, həmişəki kimi, baş vermiş hadisələrdən bixəbər olmasına rəğmən, “şərh”lərini əsirgəmir.

O, AzTV efirində bəyan edib ki, sən demə, “Söyüdlü kəndinin yaxınlığında ikinci tullantı gölünün inşası barədə qərar qəbul edilib”.

Təqribən 2860 nəfər sakini olan Söyüdlü kəndinin həndəvərində “ikinci gölün inşası” ilə bağlı deputatın açıqlaması yəqin ki, Gədəbəy rayon rəhbərliyi ilə yanaşı, ölkənin müvafiq dövlət qurumları üçün də yenilikdir.

Çünki belə qərar olmayıb, yoxdur. Həmin qərarın verilməsi isə sual altındadır – hökumət başçısının göstərişi ilə yaradılmış komissiya məhz Söyüdlü kəndi ətrafındakı situasiyanın araşdırılması ilə məşğuldur.

Bəs belədirsə, deputat Arzu Nağıyev nəyə, hansı mənbələrinə, məlumatlarına əsaslanaraq “gölün inşası” ilə bağlı qərarın mövcudluğundan bəhs edir – məlum deyil.

Tovuz-Gədəbəy zonasından deputat seçilməsinə rəğmən, Arpzu Nağıyev Gədəbəyə yollanmayıb, sakinlərlə görüşməyib, problemi yerindəcə araşdırmağa çalışmayıb. Halbuki bu, onun deputatlıq səlahiyyətləri və öhdəliklərindən yaranan zəruri, aksiomatik əməldir.

Əvəzində cənab Nağıyev Azərbaycanın hökumət başçısının, nazirlərin və Gədəbəy rayon İH başçısının bəyanatlarının tam ziddinə olan açıqlama verir, “situasiyanı şərh etmək” cəhdinə baş vurur və əfsuslar olsun ki, həmişəki ampluasına sadiq qalaraq, sözlərinin hansı effekt verdiyinin fərqinə varmır.

Söyüdlüdəki hadisələrlə bağlı sosial şəbəkələrdə süni şəkildə gücləndirilərək yayılan “ikinci göl tikiləcək, kəndin ekoloji vəziyyətində ciddi problemlər yaranacaq” iddialarının, yerli sakinləri etiraz aksiyalarına təhrik edənlərin ssenarisinə uyğun olaraq paylaşılan dezinformasiyaların da əsasını məhz “qərar verilib” yalanı təşkil edir.

Bəhs etdiyimiz yalana müvafiq dövlət qurumları və rəsmilər yetərincə təfsilatlı, arqumentli cavab veriblər.

Deputat Arzu Nağyevin Söyüdlüyə yollanmadığı bəlli – heç olmasa, yaranmış situasiyanı “şərh” etməzdən əvvəl səlahiyyətli qurumların və rəsmilərin açıqlamaları ilə tanış ola bilərdi.

Amma yenə də deputat Nağıyev “fərqli” göründü, artıq sosial şəbəkələrdə ironiya və lağlağı obyektinə çevrilən açıqlamasını verdi.

Bu isə yalnız təəssüf hissi doğura bilər.

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu ölkədə 25 min kişini axtaladılar – Səbəb təəccübləndirir

Next

Yeni vəzifəyə təyin olunan Qulu Xəlilov DANIŞDI: “Çalışacam ki…”

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv