Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Qeyrəti öyüncə çevrilən Vüsal

By Vüsal Rafiqoğlu
25.07.2023 4 Min Read

Xilaskarlıq zirvəsində qazanılmış əbədiyyət

Faciəli xəbər ildırım sürətilə bütün Naxçıvana yayıldı. Bir saat keçməmiş bütün ölkə elektron media vasitəsilə Babək rayonun Uzunoba gölündə baş vermiş faciədən – polis serjantı Vüsal Əbülfəz oğlu Quliyevin suda batan 13 yaşlı qızı xilas etməsindən, uşağın anası Səadət Aslanlıya kömək göstərərkən onunla birlikdə həlak olmasından xəbər tutdu.

Qeyrətli polis işçisinin igidliyi xalqımız­da kədər, hüzn qarışıq öyünc və minnət­darlıq düyğuları da yaşatdı. Hamı bir daha əmin oldu ki, dinc günlərdə qayda-qanu­nun keşiyində duran, əmin-amanlığı qoru­yan, düşmənlə savaşda ön cəbhədə vuru­şan Azərbaycan polisinin təmsilçiləri mülki fəlakət anında da insanları xilas etmək üçün həyatından keçməyə belə hazırdır.

Prezident İlham Əliyev suda boğulan soydaşlarımızı xilas edərkən gösrərdi­yi igidliyə – öz həyatı təhlükə altında ol­duğu halda insan həyatını xilas etdiyinə görə polis baş serjantı Vüsal Əbülfəz oğlu Quliyevi ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif etdi. Bu xəbər isə bir daha göstərdi ki, Azərbnaycan dövləti və onun rəhbəri hər hansı bir ictimai fərqlənməni, fədakarlığı, insanların həyatı naminə xi­laskarlığı yüksək qiymətləndirir, belə hal­ları geniş təşviq edir.

Naxçıvanda isə Vüsal Quliyevin hünə­ri, igidliklə həlak olması 3 gündür ki, mux­tar respublikanın ictimai həyatına hakim kəsilib. Adamlar bu faciəli hekayədən da­nışır, bir-birilə kədərlərini bölüşür, qeyrətli polis işçisinin ruhuna rəhmət diləyirlər. Naxçıvan MR Daxili İşlər Nazirliyinin qü­rur duyduğu xilaskar işçisi Vüsal Quliyevin doğulub dəfn edildiyi Cəhri kəndində təşkil etdiyi yas mərasiminə gəlib-gedənlərin isə ardı-arası kəsilmir, sayı-hesabı bilinmir. Mərhumun 3 mərasimi isə daha izdihamlı idi.

Vüsalın qohum-əqrabası, dost-tanış­ları, xidmət yoldaşları ilə ani söhbət də onun gözəl insan, nümunəvi polis işçisi, başqalarına kömək etməkdən məmnun­luq duyan bir soydaşımız olduğunu üst-üstə isbatlayırdı. Ailə üzvləri üçünsə bu acı həqiqəti qəbul etmək çətin olsa da, el yanğısı, ölkə kədəri, şərəfli aqibət onlara toxtaxlıq, dözüm gətirir. Ölkə Preziden­tinin sərəncamı isə Vüsalın ailəsinə də, el-obasına da baş ucalığı duyğuları yaşa­dır.

Yas mərasiminə gələnlərin söhbətinin baş mövzusu da Vüsalın igidliyi və onun xilaskarlığına dövlət başçısının həssas və qədirbilən münasibəti idi.

Belə hüznlü günlərdə dünyasını də­yişmiş insanın ailə üzvləri ilə ünsiyyət qurmaq çətin olsa da, Vüsal Quliyevin atası Əbülfəz Quliyevə başsağlığı verib duyğu-düşüncələrini qeydə aldıq. Əbülfəz müəllim dedi ki, 3 övladı var – bir qız, iki oğlan:

– Vüsal ailənin ikinci övladı idi. Hər­bi xidmətdən sonra uzun illər idi ki, po­lis orqanlarında işləyirdi. 41 yaşı var idi. İndiyədək daim çalışqanlığı, dürüstlüyü, xeyirxahlığı ilə hər kəsin hörmətini qazan­mışdı. Bəlkə də elə buna görədir ki, bir müddət əvvəl xidmət müddətinin tamam olmasına baxmayaraq, rəhbərlik işini da­vam etdirməsini lazım bilmişdi. Sən demə, xidməti işdən ayrılmağı bu cür olacaq­mış…

Əbülfəz müəllim qəhərini boğub bil­dirdi ki, ağır xəbəri Bakıda eşidib:

– Həmin vaxt Vüsalın iki oğlu da mə­nim yanımda idi. Naxçıvana necə gəldi­yimi xatırlamıram. Ancaq sağ olsun Nax­çıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyi. Hadisədən sonra dərhal bütün hazırlıq işlərini ən yüksək sə­viyyədə təşkil edərək dərdimizə yaxından şərik oldular. 3 gündür ki, yas mərasimin­dən ayaqları kəsilmir.

Nazirlikdən nə lazımdırsa edirlər. Mə­zarının üstünü götürməyə də hazırlıq apa­rırlar. Elə məclisdəkilərin çoxu da polis işçiləridir. Hər kəs Vüsalın qorxmazlığın­dan, xeyirxahlığından, hadisə baş verən zaman heç nəyə baxmayaraq, digərlərinin həyatını qurtarmaq üçün necə riskə atıl­dığından danışır. Həmin gün Vüsal işdə deyilmiş. Amma buna baxmayaraq, o, bu hərəkəti ilə çevik, fədakar polis işçisi nümunəsi göstərib. Sağ olsun Prezidenti­miz. Onun oğlumun hünərinə verdiyi yük­sək qiymət ailəmizə təsəlli, həmyerlilərə öyünc gətirir.

Söhbətimizə Vüsal Quliyevin yaxın dostu, Cəhri kənd sakini Afiq Əhmədov da qoşuldu. O, özünü toparlayıb dedi:

– Vüsalla aramızda 13 yaş fərq olsa da, onunla dostluğumuz tay-tuş səviyyə­sində idi. O, məndən kiçik olsa da, hər zaman böyük-kiçik yeri bilməsi, sadəliyi, dürüstülüyü ilə hamımızın məhəbbətini qazanmışdı. Həddən artıq xeyirxah insan idi. Çalışardı ki, hər kəsə köməyi dəysin. Buna görə də kənddə hər kəs onu çox se­virdi. Vüsal həmişə bizim qəlbimizdə xe­yirxah insan kimi qalacaq.

Hüzr mərasimində söhbətləşdiyi­miz digər müsahibimiz isə Vüsal Qu­liyevin yaxın qohumlarından biri olan İman Hümbətov oldu:

– Vüsal dövlətini, Vətənini qəlbən sevən bir insan idi. Uzun illər polis orqan­larında çalışaraq komandirlərinin, rəisləri­nin böyük etimadını qazanmışdı. Ona bü­tün yoldaşları, dostları etibar edirdi. Birinə kömək lazım olanda tez Vüsala müraciət edirdi. Dostluğa sadiqliyi, qohum-əqrəba­ya yanarlığı, hər kəsə yardım əlini uzat­ması onun xarakteri və həyat tərzi idi. Onun yoxluğuna inana bilmirəm. Heyf ki, əcəl onu bizdən tez ayırdı.

İman Hümbətovun atası Dilsuz kişi də bu ailənin yaxın qohumu, ziyalı ağ­saqqal kimi yanıb-yaxılırdi:

– Bu acı xəbəri alanda gözlərim qaral­dı. Sonra öyrəndim ki, Vüsal Uzunoba gö­lündə boğulan bir qadın və uşağı xilas et­mək üçün suya atılıb. Məhz onun bu əməli ilə bu gün həmin azyaşlı uşaq həyatda ya­şayır. Heyf ki, uşağın anasını da xilas edə bilmədi, özü də igidliklə həlak oldu. Vüsal bu hərəkəti ilə gənclərimizə, yeniyetmələ­rimizə əsl nümunə oldu. Eyni zamanda, o, Azərbaycan polisi adını sonadək şərəflə daşıyaraq əsl xilaskarlıq nümunəsi ortaya qoydu. Buna görə də Vüsal Quliyev bun­dan sonra daim bir qəhrəman, igid polis kimi xatırlanacaq.

Qardaşı haqqında danışmaq Vüqa­ra çətin olsa da, hünəri ölkəni dolaşan, bütün xalqımızın yas tutduğu, öyündü­yi polis qardaşı ilə qürur duyduğunu dedi:

– Prezidenti İlham Əliyevin sərəncamı ilə qardaşımın “İgidliyə görə” medalı ilə təltif olunması ailəmiz üçün bir fəxarətdir. Buna görə dövlətimizə minnətdarıq.

…Mərasim evindən ayrılanda qəh­rəman polisimizin atası Əbülfəz Quli­yevlə sağollaşıb dedik:

– Başınız sağ olsun, dünənədək Vü­sal sizin oğlunuz idi. İndi hünəri ilə Vətən oğlu olduğunu sübuta yetirdi. Vüsal kimi oğulları olan bu məmləkət hər zaman qəh­rəmanlar yetirəcək. O qəhrəmanlar ki, la­zım olan anda xalqımızın, dövlətimizin xilaskarlarına çevrilməyi bacarırlar. Elə torpaqlarımızı Vətən edən də belə oğulla­rımızdır.

Səbuhi HƏSƏNOV,

“Xalq qəzeti”

Naxçıvan – Cəhri

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Duzlu qidaların orqanizmə təsiri – BU XƏSTƏLİKLƏRİ YARADIRMIŞ

Next

Qız uşaqlarını niyə sevmirlər?

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv