Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Prezident Əliyev o görüşə tək də gedə bilərdi…

By Vüsal Rafiqoğlu
05.10.2023 3 Min Read

Fransa və Almaniya niyə NATO-nun ən güclü ikinci ordusuna sahib olan müttəfiqləri Türkiyənin masada olmasına qarınları ağrıdı?

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun da masaya oturacağı görüşə getməməsi mübahisəsiz doğru qərardır.

6813__cw6st-min.jpg (218 KB)

Əslində, Şarl Mişelin vasitəçilik formatına əvvəl Makronun soxulması, onun ardınca isə Almaniya kanslerinin də masya oturması heç bir xüsusi perspektiv vəd etmirdi. Fransanın danışıqlarda daima “bacısı”nın maraqlarını müdafiə etməsi hələ Minsk Qrupunda vasitəçi olandan bəllidir. Almaniya isə Qarabağ danışıqlarında heç vaxt xüsusi rol almayıb. Ukrayna ilə Rusiya arasında imzalanmış və yerinə yetirilməmiş Minsk razılaşmasında Fransa daxil, Almaniyanın da imzası olsa da, indi hər iki ölkə ABŞ-ın təhriki ilə bu müharibədə əsas qızışdırıcı rol alıblar. Fransa bu münaqişə konteksində ölkəsində ciddi sosial problemlərlə üzləşib, xalq etirazlarını görməzdən gələn, onlara küçələrdə divan tutan və danışıqlar masasına oturmayan prezident Makronun vasitəçilik iddiası qeyri-ciddilikdən başqa bir şey deyil.

Aydındır ki, Fransa o masada ermənilərin müdafiəçisi kimi oturub və rəsmi Parisin son aylar daha da artan anti-Azərbaycan fəaliyyəti bunu bir daha təsdiq edir. Guya bitərəf kimi baxdığımız Almaniya da Qarabağdakı son antiterror tədbirlərindən sonra qərəzini gizlədə bilmədi. Xarici işlər naziri Annalena Berbok Azərbaycana qarşı xüsusilə aqressiv mövqe sərgiləyir. Məhz hakim koalisiyaya daxil olan “yaşıllar” ardıcıl olaraq anti-Azərbaycan və anti-Türkiyə mövqedən çıxış edirlər.

armenia-2.jpeg (213 KB)

Annalena Berbok Azərbaycana qarşı sanksiyaların tətbiqinin zəruriliyi ilə bağlı bəyanatından əlavə, Azərbaycan Silahlı Qüvvələrinin faktiki olaraq qanunun aliliyinin bərpasına yönəlmiş antiterror tədbirlərini də kəskin tənqid edib. Siyasi savadsızlığı ilə heyrətləndirən Berbokun (bu günlərdə deyib ki, Avropa Birliyinin sərhədləri Lissabondan Luqanskıya qədər (Rusiyanın işğalındadır) uzanmalıdır) məsələn, Xankəndini Azərbaycan xəritəsində göstərə biləcəyi şübhəlidir.

Almaniyanın erməni yalanına və anti-Azərbaycan xoruna qoşulması ancaq təəssüf doğurur. Çünki nə Fransa, nə Almaniya nə digər erməni dəstəkçiləri Azərbaycanın Qarabağda tam suverenliyinin bərpa etməsinə əngəl ola bildilər. İndi mümkün görüşdə gündəm Ermənistanla sülh müqaviləsi olmalı idi. Azərbaycanın beş prinsipi bəllidir. Amma şübhə yoxdur ki, “Euronews” telekanalına müsahibəsində “Azərbaycanın Qarabağda hərbi əməliyyat keçirmək qərarından son dərəcə məyus olduğunu” açıqlamaqla özünü vasitəçi mövqeyindən sapındıran Şarl Mişel də daxil məlum üçlüyün niyyəti heç də təməlli sülh sazişinin müzakirəsi olmayacaqdır. Onlar “birləşərək” Azərbaycanı ittiham etmək niyyətində idilər ki, Prezident Əliyevin indi bu boş və əsassız iddialara qulaq asmağa zamanı yoxdur.

7ce6171d017413485bd39d2ada674921.jpg (532 KB)

O səbəbdən, Azərbaycan regionda ciddi təsir imkanları olan Türkiyənin də bu formatda iştirakında təkid edib. Axı necə ola bilər ki, regiondan uzaq olan ölkə liderləri, Avropa İttifaqı masada otursun, Türkiyə isə kənarda qalsın. Həm də haqlı sual ortaya çıxır: Fransa və Almaniya NATO-nun üzvü olduğu halda, niyə Şimali Atlantika blokunun ən güclü ikinci ordusuna sahib müttəfiqləri Türkiyənin masada olmasına qarınları ağrıdı ki? Demək bu regiona Ermənistanın himayəçisi kimi daxil olmaq istəyənlərə “yaşıl işıq” olmalı, amma Azərbaycanla müttəfiq olan Türkiyəyə “qırmızı işıq”? Bu təklifə tərəflərin niyə razılaşmadıqlarının hər hansı bəhanələri varsa, bu bizi qətiyyən maraqlandırmır.

Çünki əsl niyyət bəllidir: Azərbaycanın bölgədə artan gücünün qarşısını almaq, Türkiyənin regional güc mərkəzi olmasını əngəlləmək. Qranada görüşündən imtina özünü az qala istənilən situasiyanın yönləndirici hesab edən dövlətlərə etiraz deyil, xəbərdarlıqdır. Prezident Əliyev o görüşə əvvəlki kimi tək də gedə bilər, Azərbaycanın da mövqeyini ən yüksək səviyyədə müdafiə edə bilərdi. Amma buna ehtiyac yoxdur, Azərbaycanın heç kimə verə bilməyəcəyi cavab yoxdur, amma ən əsası öz ərazisində separatizmin kökünü kəsmək üçün kimdənsə icazə alası, razılq gözləyəsi də deyildi. O dövrlər keçib, indi regionda özünü müdafiə edə biləcək, sözükeçən Azərbaycan və onun ən yaxın müttəfiqi olan Türkiyə var. Bununla hesablaşmaq lazımdır, bu, bir reallıqdır.

Azərbaycan Prezidenti xalqa son müraciətində də regiondan uzaq ölkələrin Cənubi Qafqaza müdaxilə etməməyə səslədi. Məncə, Brüsselin vasitəçiliyinə də daha çox ümid etmək gərək deyil.

Tiflis bu danışıqlar məkanı, Gürcüstan vasitəçi kimi ən uyğun ölkədir. Qranada danışıqlarında sülh mövzusunda xüsusi irəliləyiş gözləmək əlbəttə ki, sadəlövhlük olardı. Zatən, indi İrəvanın və Paşinyanın başı ölkədaxili gərginliyə qarışıb.

Paşinyan hökuməti indi vurnuxur və ona Qərb liderləri ilə görüş çox lazımdır. Getsinlər, nə qədər istəyirlər şəkil çəkdirsinlər…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Yeraltı müharibə”nin torpaq üzərində saçdığı dəhşət

Next

Putin daha İrəvana getməyəcək – Kreml lideri ad günü “hədiyyəsi”nə necə cavab verəcək…

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv