Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Pis xırda burjuylar

By Vüsal Rafiqoğlu
21.11.2023 5 Min Read

Yenə biq qrup yaradıcı şəxsin dövlət tərəfindən mənzillə təltif edilməsi xeyli insanı rəncidə edib.

Yenə kin, nifrət, föhş, söyüş əlindən sosial mediaya baxmaq olmur. Ünvan yalnız qərarvericilər deyil, təltif olunmuşlar da hədəfdir.

O işləri bir zaman yaxından izləmək imkanı olmuş birisi kimi hər hansı tərəfə haqlılıq verməkdə çətinlik çəkirəm.

Yazıçılar Birliyi bir həmkarlar ittifaqıdır, yanlışları ola bilər. Amma cümlə xəyanətlərə bais elan edilməsi, vallah düz deyil. Bir həmkarlar ittifaqıdır, öz müəyyən etdiyi kriteriyalarla mənzil bölgüsü keçirə bilərdi və keçirib də. Qiyabi, virtual tanıdığım iki şəxs də mənzil alıb, onlar bunu haqq edirdi, sosial ehtiyacları da vardı, xidmətləri də. Yazıçılar Birliyindən qeyri hansı yaradıcı ittifaqın, ya sahəvi həmkarlar ittifaqının bu tip sosial layihələri var? Nəsə mən xatırlamıram.

İntəhası, YB dövlətdən ciddi maliyyə dəstəyi alan qurumdur. Madam ki, cəmiyyətdə suallar var, o kriteriyalar haqda cəmiyyətə bir məqbul izahat vermək lazımdır. “Sədr kimi istəyib ona mənzil verib” deyə bir kriteriya ola bilməz axı. Bu, əslində görülən işə özləri tərəfindən şübhə toxumu səpməkdir.

Amma yalnız o qurum deyil, cəmiyyət olaraq çox əcaib görünürük. Bir-iki nümunə xatırladacağam. Hər dəfə mənzilsizlik davası edənlərdən biri iri həyət evində 3-5 kirayənişin də saxlayırdı. Amma ağladı, ağladı axırda “pəpə” verdilər. Haqqı olduğuna əminəm. Niyə həm həyətində 3-5- kirayəçi saxladığını, həm də təltifi haqq etdiyini deyirəm? Dövlətin təltifi olaraq ev verilməsinin əsas kriteriyası sosial ehtiyac deyil çünki. Sırf sosial mənzil layihəsi kimi ipoteka var, MİDA layihəsi var, şəhid və qazi ailələri üçün proqramlar var, yetimlər, başçısını itirmiş ailələr üçün layihələr var və s. Proqramlarda qüsur varsa, yazın, tələb edin, təkmilləşsin, icrası problemlidirsə, yanlışını göstərin. Amma ölkənin bütün problemi təltiflərin üstündəymiş kimi danışanda, özünüzə kənardan da baxın – siz özünüz nə qədər adil və vicdanlı davranırsınız?

Ya ümumən dövlətin, dövlət başçısının hədiyyəsi kimi mənzil verilməsi dayandırılmalı, başqa bir forma tapılmalıdır, ya da hər hansı dövlət təltifi üçün qoyulan kriteriyalar burada da keçərli olmalıdır. Buyurun, e-qanun.az səhifəsinə girin, dövlət mükafatları üçün müəyyən edilmiş kriteriyalarla tanış olun; çalışdığı sahədə 10 ildən az olmayan staj, bu sahədə etiraf edilən xidmət və s. Dediyim şəxsin xidməti (sahədə uğurlar) hər halda var idi. Bəs niyə yeddi dəsmalla ağlayırdı? Söyülməkdən, qınanmaqdan özünü sığortalamaq istəyirdi. Çünki özü də, bütün sülaləsi də deyingən qarı kimi hər dəfə başqalarını söyüb-qınayanlardan, qarğıyanlardan olmuşdu.

Mexanizm mükəmməldirmi? Deyil. Ümdə problemləri sadalayım. Məsələn, siz iki dəfə əməkdar artist adı ala bilərsiniz? Təbii ki yox. Bəs necə olur ki, iddialara inansaq, iki dəfə mənzil ala bilənlər olur? Və ya dövlətin sosial ipotekasından istifadə edənlər ikinci dəfə dövlətin yenə mənzil fondunu yaxşılaşdırmaq üçün digər sosial layihəsinə iddia edirlər? Birinci səbəb yaradıcı insanlarımızda ifrat özünəvurğunluq, hüquqa deyil, müstəsnalıqlarına inanmaq hissinin üstün olmasıdır.

İkinci səbəb bir sahədə həvəskar fəaliyyətlə peşəkar fəaliyyətin hüdudlarının itməsidir. Məsələn, biri dağda çoban ola-ola bütün ölkədə sevilən bir bəstə qoşa, bunu əqli mülkiyyəti kimi patentləşdirə və sonra da yaxşı qiymətə sata bilər. Amma mədəniyyət xadimi kimi təltif olunmaq, ya Bəstəkarlar İttifaqına sədr olmaq üçün mütləq Konservatoriya təhsili, musiqi sahəsində hüquqi staj tələb edəcəklər. Sadəcə staj yox, hüquqi olaraq sübut edə biləcək staj. Tutaq ki, əsas staj yazılan iş yeriniz AMEA-olub, amma KİV-lə də qonorar qarşılığında əməkdaşlıq etmisiniz. Bu əməkdaşlıq sizə çox uğur, imza tanıtma imkanı gətirə bilər. Amma jurnalist kimi vergiödəyicisi deyilsizsə, vergi və sosial müdafiəyə məsul qurumlar sizin bu sahədə fəaliyyətinizi təsdiqləmirsə, zəhmət çəkib AMEA əməkdaşı kimi imtiyaz tələb edin. Qısası, pensiyanı hansı işə görə alacaqsınızsa təltifləriniz , o cümlədən mənzil imtiyazınız da oradan təmin olunmalıdır.

Üçüncüsü, sahibkarların məsuliyyətsizliyi, vergidən yayınma üçün öz əməkdaşlarına rəsmi qaydada yüksək əmək haqqı veməməsidir. Rəsmən yüksək əmək haqqı alan şəxslər asanlıqla sosial ipotekdan istifadə edə bilərdi. Məsələn, bir müddət əvvəl bağlanmış telekanalın keçmiş əməkdaşlarının əksəriyyətinin rəsmi stajsız işlədiyi və təbii ki, nəinki bu gün peşəylə bağlı təltiflərə, gələcəkdə normal pensiyaya da iddia etmələrinin çətin olacağı üzə çıxdı. İşçi götürüblər, bu və ya digər şəkildə qazanmalarına, tanınmalarına “raskrutka” olunmalarına imkan yaradıblar, amma qazancı, əməkdaşlığı rəsmiləşdirməyiblər. Nəticədə o jurnalistlərin hər biri bu gün də, gələcəkdə də dövlətə yükdür, indi imtiyazlardan bəhrələnə bilmədikləri üçün dava döyürlər, sabah pensiya ala bilməyəcəkləri üçün də davaya çıxacaqlar.

Hesab edin ki, dövlət adına qərar qəbul edənlər, ya gözü çıxan qardaşlarından ibrət alıb sui-istifadələrin qarşısını almaq üçün təşəbbüs göstərmirlər, ya da maraqlı deyillər. Bəs cəmiyyət? Cəmiyyəti və dövləti qınayanlar?

Tərcüməçinin 60-70 tərcümə kitabını (!) nəşr edən nəşriyyat həmin tərcüməçi üçün yardım istəyir. Bir kitabın tərcüməsinə görə normal ödəniş 3 mindən aşağı olmamıldır. Amma bu pulu vermirlər, ona veriləcək əmək haqqı ilə öz sərmayələrini artırır, əyləncələrini bol edirlər.

Tanınmış qocaman yazıçını yenicə əmək fəaliyyətinə başlamış gənc tərcüməçi kimi aşağı əmək haqqı ilə istismar edən başqa bir sahibkar cəmiyyəti yazıçıya laqeydlikdə suçlayır.

Heç kim iddia etməsin ki, kitab biznesində , təhsildə, kinoda, musiqidə qazanc yoxdur. 5-10 il əvvəl Bakını yenicə kəşf edənlər, efirlərdə antireklama-qabırğalarına döşənməsi gücünə reklam olunmağa razılaşanların indiki həyatlarına baxın. Özlərinin və ailə üzvlərinin xaricdə şellənməyə sərf etdikləri bir illik xərcə 10 Sevil Gültəni, bir o qədər də Əlisa Nicatı məsud etmək olar. Yaxşı tərcüməçi yaxşı kurs da apara bilər, yaxşı müəllim də ola bilər, nəşriyyatlarda (özəl və ya dövlət) yaxşı redaktor da ola bilər. Axı çox zaman kurslar, orta məktəblər, nəşriyyatlar, kitab mağazaları bir zəncirdə birləşir. Bir normal rəsmi əmək haqqı avtomatik olaraq sosial ipotekadan bəhrələnmək imkanı deməkdir. Əlisa Nicat yaşda yazıçı normal pensiya almalı, ustad dərslərindən, ədəbi gecələrdən, görüşlərdən, müsahibələrdən, istisna halda bədii redaktorluqdan bəs deyincə qazanmalıdır. Daha gənc tərcüməçi kimi istismar edilməməlidir.

Nəhayət, hər dəfə belə problem ortaya çıxanda bir təşəbbüs göstərib, filan yazıçının, filan tərcüməçinin, jurnalistin, artistin ktablarının fərdi satış sərgisi keçirin, artistin, müğənninin fərdi konsertini təşkil edin. Elan edin ki, əldə olunan gəlir, onun müalicəsinə, mənzil problemin həllinə və s. qeyri ehtiyacına gedəcək. Konsertlərə də, kitaba da , tamaşalara da, filmə də maraq var, sırf xeyriyyə məqsədilə gəlmək istəyənlər yetərincə olacaq.

Dünyasını dəyişmiş, tanınmış bir mədəniyyət xadiminin xatirəsinə həsr olunmuş konsertdə qəribə səhnəyə şahid olmuşdum. Bir sabiq məmurun cibindən dolu zərf çıxarıb mərhumun ailə üzvlərinə verməsi bir az pisimə gəlmişdi. O sabiq məmurun oğlu orta səviyyəli iş adamı idi, yəqin ki, atasının himayəsi ilə. Amma qazandığını belə paylaşa da bilirdi və o zaman az qala əxlaqsız kimi qəbul etdiyim həmin sabiqi indi hörmətlə anır, şəfalar arzulayıram.

Aya milyonlar qazananlardan niyə mədəd umursunuz axı, ay aylığı 10, 100 mini aşanlar? Onlar Rövşən Behcəti, Əlisa Nicatı, Adil Mirseyidi, Əkrəm Əylislini, Çingiz Hüseynovu, Ramiz Mirişlini, Oqtay Kazimini, Yalçın Rzazadəni…tanımır, oxumur, dinləmir… Rusdilli, ingilisdili, osmanlı dillidirlər. Bunlar sənin yazıçın, sənin bəstəkarın, sənin müğənnin, sənin tərcüməçindir. İldə bir avtomobil dəyişmə, pis zəmindar kimi tərcüməçini biyara işlədib sonra cəmiyyətə yük eləmə. Yazıçına, bəstəkarına, musiqiçinə, şairinə sahib çıx, xırda müzirr burjuy ünsürü kimi davranma… Pis kapitalistlər…..

Cəmaləddin Quliyev

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İshal əleyhinə nar qabığından hazırlanan ev üsulu çarə

Next

Vəfaya 1 dəstə dollar hədiyyə etdilər

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv