Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Ermənilər narahatdırlar: Brüssel görüşü yeni fəlakətlərin başlanğıcı ola bilər – ŞƏRH + FOTO

By Vüsal Rafiqoğlu
04.04.2024 4 Min Read

Sabah Brüsseldə keçiriləcək Ermənistan-Avropa İttifaqı-ABŞ üçtərəfli görüşünün nəticəsi erməniləri növbəti faciələrə sürükləyə bilər. Bu ehtimalın reallaşacağını hayların özləri də təsdiqləyirlər. Əsas mülahizələrdən biri də Ermənistanın Suriyaya, Ukraynaya çevriləcəyidir.

Baş nazir Nikol Paşinyanın komandasından fərqli olaraq erməni mediası və bəzi siyasətçilər daha uzaqgörən mövqe nümayiş etdirirlər. Bu ölkənin müstəqil mediasında 5 apreldən sonra Ermənistanda fəlakətlərin artacağı xüsusi vurğulanır. Əsas xətt də bundan ibarətdir ki, Brüsseldə keçiriləcək görüş erməni xalqının maraqları və qarşıya qoyduğu hədəflərlə uzlaşmır.

Məsələn, “Zham.am” qəzetində dərc olunan bir məqalə “erməni xəyalları”nı alt-üst edir. Qeyd olunur ki, sabah keçiriləcək görüşdən sonra Ermənistanın dağılması prosesi başlayacaq. Məqalədə bir sıra digər maraqlı məqamlar da yer alıb. Nəzərə alaq ki, bu mətbu orqan müəyyən müstəqil fəaliyyəti ilə seçilir. Brüsseldə ABŞ və Avropa İttifaqının Ermənistana təhlükəsizlik təminatı, Aİ-yə üzv olmaq prosesinə başlanılacağı vədini verəcəyi bildirilsə də, bunun arxasında başqa hədəflərin gizləndiyi vurğulanır. Bildirilir ki, Qərb Ermənistanı baş nazir Nikol Paşinyanın əli ilə dağıtmağa və Moskvaya zərbə endirməyə cəhd göstərir. Ukrayna cəbhəsində uğursuzluqlardan sonra Qərb regionda Paşinyan vasitəsilə revanş götürməyə çalışır. Ermənistana alət rolunda yer ayrılıb.

Qəzet yazır ki, Moskva Qərbə Ermənistanda möhkəmlənməyə imkan verməyəcək. Bir şey aydındır – bu hədəflər erməni xalqının real maraqları və hədəfləri ilə üst-üstə düşmür. Əminliklə ifadə olunur ki, İrəvanı bu görüşdən sonra hansısa bir müsbət tendensiya gözləmir.

Yeri gəlmişkən, Brüssel görüşü ilə bağlı dünən mediaya sızan məlumatlarda göstərilir ki, orada İrəvan üçün siyasi, iqtisadi, humanitar yardımın əks olunduğu planın təsdiqi nəzərdə tutulub. Hədəf də Ermənistanın avrointeqrasiyasına nail olmaqdır. Maraqlı olan MDB məkanında ilk dəfə olaraq məhz İrəvan üçün təhlükəsizliklə bağlı presedentsiz əməkdaşlığın təklif ediləcəyi iddialarıdır.

Əvvəla, əgər təsdiqini taparsa, bu, Ermənistan üçün ciddi mənfi nəticələrə gətirib çıxara bilər. Çox güman ki, bunun ardınca ölkədəki Avropa İttifaqının Azərbaycanla sərhəddəki mülki monitorinq missiyası üzvlərinin sayının bir qədər də artırılması baş verə bilər. Təsadüfi deyil ki, bir neçə gün bundan əvvəl ABŞ-dən olan bir qrup mobil təlimatçı İrəvana gəlib. Rəsmi məlumatda bildirilib ki, onlar Ermənistan hərbçiləri ilə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparacaqlar. Qeyd edilib ki, səfər Ermənistan-ABŞ müdafiə əməkdaşlığı çərçivəsində baş tutub. Məlumata görə, ABŞ hərbçiləri aprelin 5-dək Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin, “Zinuj Media” dövlət qurumunun əməkdaşlarına təlim keçəcəklər.

Bu təcrübə mübadiləsi İrəvana təklif olunan həmin presedentsiz əməkdaşlığın tərkib hissəsidir. Bu isə şübhəsiz ki, Kremli cavab addımları atmağa vadar edəcək. Dünən Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ilk dəfə İrəvanı açıq şəkildə milli maraqları satmaqda ittiham edib.

“Ermənistan hökuməti Rusiya və digər yaxın müttəfiqləri ilə münasibətlərini Avropa İttifaqı və ABŞ-nin müvəqqəti bonusları naminə qurban verir. Ermənistanın Qərb ölkələri ilə əlaqələri erməni xalqının maraqlarına xələl gətirir. Söhbət ondan gedir ki, onlar bizə, tərəfdaşlarına və müttəfiqlərinə deyil, öz xalqlarına xəyanət edirlər. Problem də məhz bundadır”, – o qeyd edib.

Zaxarova, həmçinin, vurğulayıb ki, rəsmi İrəvan beynəlxalq aktorlarla müxtəlif formatlarda görüşlər təşkil edərkən Vaşinqtonun ən yaxın müttəfiqlərini hara aparıb çıxardığını unutmamalıdır.

Bu gün isə “Qolos Armenii” qəzetində “Əgər 102-ci baza İrəvana doğru istiqamət götürərsə” başlıqlı məqalə dərc olunub. Bunu da İrəvana sərt xəbərdarlıq kimi qiymətləndirmək olar. Yazıda qeyd olunur ki, bu ssenari həyata keçirilərsə, ermənilərin özləri də Rusiya hərbçilərinə qoşularaq paytaxt İrəvana doğru hərəkət edə bilərlər. Ona görə də yazıda Rusiyanın Ermənistandakı “beşinci kolonu” məsələsi xüsusi qabardılır.

Ermənistan üçün təklif olunacaq məsələlər sırasında o da iddia olunur ki, Vaşinqton və Brüssel enerji təhlükəsizliyi məsələsində İrəvana kömək etmək istəyirlər. İddialara görə, istismar müddəti başa çatdıqdan sonra Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması təklif edilir. Brüsseldə İrəvana yeni AES-in inşası üçün avadanlıqlar, texnologiya və maliyyə resursları verilə biləcəyi qeyd olunur. Paşinyan hökumətinin Ermənistanda modul nüvə reaktorlarının və enerjisaxlama qurğularının yerləşdirilməsində maraqlı olduğu da nəzərə çatdırılır.

Qeyd edək ki, ötən ilin sonundan etibarən Ermənistan və ABŞ arasında nüvə enerjisi üzrə çərçivə sazişinin – “Saziş 123” adlandırılan sənədin imzalanması məsələsi üzrə məsləhətləşmələr davam edir.

ABŞ və Aİ, həmçinin Paris sazişinin müddəalarına uyğun olaraq Ermənistanın yaşıl enerjiyə keçidini dəstəkləməyi, Günəş və su elektrik stansiyalarının tikintisinə sərmayə qoymaqla bərpa olunan enerjinin inkişafına yardım etməyi planlaşdırır. Bütün bunlar İrəvanın xəyanətinə cavab olaraq Rusiya tərəfindən ona tətbiq olunacaq enerji blokadasına qarşı hazırlıqdan, yardım planından xəbər verir.

Beləliklə, aprelin 5-i Ermənistanın tarixinə, özlərinin də ifadə etdiyi kimi, yeni fəlakətlərin başlanğıcı olaraq düşmək ehtimalını saxlayır.

“Report” İnformasiya Agentliyi

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Avropalı ekspert: “Azərbaycan və Gürcüstanın Brüsselə dəvət olunmaması anlaşılmazlıq yaradır”

Next

Azərbaycan yeni münaqişə ocağına qarşı: Əsas hədəf təhlükəsiz Cənubi Qafqazdır – ŞƏRH + FOTO

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv