Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Psixoloqdan valideynlərə “ev tapşırığı” – az bal yığan övladınızı qucaqlayın!

By Vüsal Rafiqoğlu
06.04.2024 3 Min Read

“Elə edin ki, hər etdiyi səhvdə uşaq sizin yanınıza gəlsin, əks halda…”

Xəbər verildiyi kimi, Abşeron rayonunda 17 yaşlı gənc itkin düşüb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, 21 avqust 2007-ci il təvəllüdlü Hilal Hidayət oğlu Mustafayev aprelin 3-də yaşadığı Ceyranbatan qəsəbəsindəki evdən çıxıb və geri qayıtmayıb. Hilal məktub yazaraq evi tərk etmə səbəbi kimi imtahanda az bal toplamasını göstərib (artıq tapılıb – red.)

Bəllidir ki, tibbi təsnifata görə, 15-18 yaş arası (yeniyetməlik dövrü) uşaqlar şəxsiyyətin, “eqo”nun formalaşması baxımından keçid dövrü yaşayır. O səbəbə hər şey, xüsusən də tənqidə qarşı çox həssas, qıcıqlı olurlar. Hətta özlərinə buna görə xəsarət də yetirə bilərlər. Qarşıdan isə imtahan dövrü gəlir.

Yada salaq ki, zaman-zaman imtahandan az bal topladığına görə özünə qəsd edən abituriyentlər də az olmayıb. Elə ötən il imtahandan belə bir hadisə Xırdalan şəhərində baş vermişdi. 2006-cı il təvəllüdlü S.Səlimov (şərti soyadlı) şəhərin Heydər Əliyev prospektində yerləşən 12 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü atıb. 17 yaşlı oğlan hadisə yerində vəfat edib. Araşdırmalar zamanı məlum olub ki, S.Səlimov orta məktəbin 11-ci sinif şagirdi olub və bir neçə gün əvvəl buraxılış imtahanı verib. İmtahanın nəticələri açıqlanarkən o, gözlədiyindən az bal toplayıb. Daha sonra həyatına qəsd edib.

Bəs valideyn yüksək bal toplamayan övladına qarşı hansı davranışa üstünlük verməlidir?

İntim Münasibətlərdə Psixalogiyanın Rolu – Psixoloq Ülviyyə Murtuzova -  7Times.Az – Son Xəbərlər, Dünya Xəbərləri və Multimedia

Psixoloq Ülviyyə Murtuzova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, şəxsiyyət tipinin formalaşması əslində 13-18 yaşlar arasında baş verir: “Burada stress göstəricisi və pozuntusu var. Sonda isə posttravmatik stress pozuntusu var. Hər kəs üçün individual yanaşma var. Həmin dönəmi yaşayan 13-18 yaş yeniyetmələrdən danışırıqsa, onların hər biri öz düşüncəsinə və təfəkkürünə görə bunu qəbul edir. Təbii ki, valideynin övladına məcazi minada dediyi söz onlar üçün real, həqiqəti əks etdirən, bundan başqa yol yoxdur deyə qəbul edən gənclər var. Təbii ki, bunu görməzdən gələn, öz yoluna davam edən gənclər də var. Yəni bu, şəxsiyyət tipinə bağlı olan məsələlərdir. Övladlarda bu məsələyə iki formada yanaşma olur. Valideynin onu həqiqətən də cəzalandıracağı, “imtahanda yüksək nəticə göstərməsən, evə gəlmə, səni övladlıqdan çıxaracağam” kimi ifadələr övladlar tərəfindən real, gerçək kimi qəbul edilir. Bəziləri isə isterik övladların verdiyi hərəkətlərdir. Bunlar sadəcə diqqəti öz üzərinə çəkmək, isterik şəkildə, “bunu etməsəniz bunu edəcəm” deməsi, özünü evdən qaçmış kimi göstərməsi, intihara cəhd etmələri kimi özlərinə tablo yaratmaları, özünü dərman içirmiş kimi göstərmələr – bunlar hamısı valideyn üzərində avtoritar rejim yaratmaq, diqqəti özünə çəkmək deməkdir. Bunu da edən övladlarımız var. Bu hadisələrin yaşanmaması üçün valideyn övladının yanında olmalı, ona dəstək olmalıdır. Səhv və yanlışlarınla, topladığın balın nə qədər olmasından asılı olmayaraq hər zaman yanındayam deyə dəstəyini göstərməlidir. Bəzən belə hallar yaşananda övlad kömək üçün yad yerə, qonşuya deyil, öz ata-anasının yanına üz tutmalıdır. O dövrlərdə yeniyetmələrdə sosial şəxsiyyət pozuntusu ola bilər, ona görə valideyn elə etməlidir ki, hər etdiyi səhvdə uşaq valideynin yanına gəlsin”.

Elçin Əfəndi: “Distant təhsil mütləq bərqərar olmalıdır”

Təhsil eksperti Elçin Əfəndi də mövzu ilə bağlı fikrini bildirib: “Qarşıdan imtahanlar gəlir. Hər bir valideyn əlbəttə övladından uğur gözləyir. Amma unutmayaq ki, heç bir imtahan övladımızdan daha artıq deyil, nəinki imtahanda əldə etdiyi bal, hətta arı balı belə övladımız qədər şirin deyil. Əlbəttə mənə görə bu uyğun müqayisə deyil, amma bəzi valideynlərə görə məcburam anlaşılan formada izah edim. İmtahanda az bal yığsan, gözümə görünmə deməyək, əsas canın sağlam olsun, gözünə dönüm deyək. Onlara özgüvən verək və deyək ki, səni sevirəm, sənə çox güvənir, inanıram. Əminəm ki, sən bacaracaqsan”.

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Təhsil eksperti Kamran Əsədov da bu məsələ ilə bağlı narahatlığını bildirib: “Uşaqlarının imtahandan yaxşı qiymət alması üçün valideynlər narahatdırlar. Amma onu nəzərə almaq lazımdır ki, imtahanda oturan uşaqların da içərisində rəssam var, heç onun riyaziyyatı bilməyi vacib deyil. Orada sahibkar var, hansı ki tarix, ingilis dili və ya ədəbiyyatı bilməyinə ehtiyacı yoxdur. Orada musiqiçi var, onun kimyadan alacağı qiymətin fərqi yoxdur. Orada idmançı var, onun fiziki sağlamlığı fizika bilməyindən daha vacibdir. Əlbəttə, uşaqlarınız yaxşı qiymət alacaqsa bu əladır. Yox, əgər almasalar onların özünə inamını və qürurunu əllərindən almasınlar. Desinlər ki, hər şey yaxşı olacaq, bu sadəcə imtahandır. Sən həyatda daha böyük şeylər üçün yaranmısan… Bunu etsinlər, o zaman onlar bütün dünyanı fəth edəcəklər. Bir imtahan və ya aşağı qiymət onların arzusunu və istedadını əlindən almayacaq. Bir də xahiş edirəm, düşünməsinlər ki, həkim və mühəndislər dünyada yeganə xoşbəxt insanlardır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Fəridi qətlə yetirən məşqçinin anası ilə yazışmaları… ŞOK TƏFƏRRÜAT!

Next

Rusiya pomidorun idxal rüsumunu sıfırladı – Azərbaycanda qiymət bahalaşdı

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv