Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Seçki başlamamış yenə referendum İDDİALARI

By Vüsal Rafiqoğlu
27.07.2024 3 Min Read

Bir sıra qanunları yeniləməyə ehtiyac var, amma zaman…

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq partiyalar namizədlərini müəyyənləşdirib, müstəqil şəxslər ayrı-ayrı dairələrdən namizəd olublar. Namizədliyini irəli sürənlərdən rəsmi qeydiyyata alınanların sayı artır. Eyni zamanda, namizədliyini irəli sürən şəxslərin bir çoxu hazırda imza toplamaqla məşğuldur. İmzaların və digər sənədlərin DSK-lara təqdim olunması üçün son tarix 2 avqustdur. Təbliğat-təşviqat kampaniyası isə 9 avqustdan başlayacaq.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərindən öncə Azərbaycanda referendumun keçiriləcəyi barədə iddialar yayılmışdı. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarışıq seçki sisteminə keçid ediləcəyi deyilirdi.

Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin önə çəkilməsi referendum barədə müzakirələri səngitdi. Buna baxmayaraq, bəzi ekspertlər və ictimai şəxslər referendum mövzusunun hələ aktual olduğunu düşünür.

Siyasi şərhçilər referendumun növbəti il, bələdiyyə seçkilərindən, bəziləri isə Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra keçirilə biləcəyini deyirlər.

İndiyə qədər bu barədə yayılan xəbərlərdə referendumda konstitusiyaya bir sıra mühüm dəyişiklərin ediləcəyi bildirilir. Bu dəyişiklərdən bir neçəsinin də məhz Milli Məclisə seçkilər və Milli Məclis üzvlərinin sayı ilə bağlı olacağı vurğulanır. Məsələn, hələ də rəsmi təkzib olunmamış xəbərlərdə qeyd olunur ki, proporsional seçki sistemi bərpa ediləcək, Milli Məclis seçkilər qarışıq sistemlə-həm proporsional, həm majoritar qaydada keçiriləcək, Milli Məclis üzvlərinin sayı 125 nəfərdən 151 nəfərə qaldırılacaq.

Vüqar İsgəndərov seçkiyə qatılır? - QƏRAR - GlobalInfo.az

 Vüqar İsgəndərov

Gələn il referendumun olacağı ilə bağlı modern.az-a danışan VI çağırış Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib ki, Azərbaycanda 2018-ci ildən Prezident İlham Əliyev tərəfindən geniş əhatəli islahatlar paketi icra olunur: “Əsasən 2020-ci ildə əldə edilən qələbə və ondan yaranan yeni siyasi reallıqlar ölkəmizi həm geopolitik, həm də qlobal aləmdə nüfuzunun yüksəlməsinə gətirib çıxarır və gün keçdikcə daha böyük vüsət alır. Siyasi institutların yenilənməsi, yeni çağırışlara uyğunlaşmaq məsələləri də prioritetdir. Biz 2024-cü ildə suverenliyimizi tam bərpa etmişik. Əsasən siyasi institutlarda sabitlik bərqərar olunmalıdır. Azərbaycan Prezidenti növbədənkənar Prezident seçkilərinin keçirilməsi üçün sərəncam verdi. Bundan sonra xalq yenidən cənab İlham Əliyevi öz lideri olaraq seçdi. Bunun ardınca Parlament seçkilərinin növbədənkənar keçirilməsi də reallıqların tələbidir. İlk dəfə olaraq ölkəmizin bütün ərazisində vətəndaşlarımız öz nümayəndələrini Parlamentə seçəcəklər. Qarşıda olan COP29 tədbirinin seçkilərlə eyni dövrə təsadüf etməsi seçkilərin vaxtının dəyişdirilməsini labüd etdi. Dekabrda bələdiyyə seçkilərinin də keçirilməsi təmin ediləcək. Dövlətimiz bütün seçkilərdən üzüağ, alnıaçıq çıxacaq.

Geniş müzakirə olunan məsələlərdən biri də referendum keçirilməsi ilə bağlıdır. Uzun müddətdir həm siyasi məkanda, həm də məişət zəminində bu məsələ müzakirə olunur. Yüz illərlə dəyişilməz qalan qanunların sayı çox azdır. Qanunlar ya dəyişir, ya da siyasi tələblər və yeni çağırışlar nəticəsində islahatlar həyata keçirilir. Ölkəmiz də bu işlərdə iştirak etməli, lazımi islahatları həyata keçirilməlidir. Zaman-zaman bəzi qanunda dəyişikliklərə, referendumların keçirilməsinə ehtiyac duyulur. Bu bütün dünya dövlətlərinin keçdiyi bir yoldur. Bunlar ölkə başçısının səlahiyyətlərinə aiddir. Hələlik qarşıda parlament seçkilərimiz və sonrasında da bələdiyyə seçkiləri durur. Referendumun keçirilməsi həyata keçiriləcəksə, bir sıra müddəalar yenilənməlidir”.

V.İsgəndərov qeyd edib ki, referendum olacaqsa, orada kifayət qədər maddələr, yeni qanunlar öz əksini tapacaq. Amma onun hazırda keçirilməsinin vacib olub-olmaması, yaxud nə vaxt keçirilməsi məsələsi aktual deyil: “Çünki qarşımızda parlament və bələdiyyə seçkiləri var. Təbii ki, referendum məsələsi labüd olacaqsa, bu xalqın iradəsi ilə bağlıdır. Buna uyğun olaraq da ölkə Prezidenti referendum keçirilməsi ilə bağlı hüququndan istifadə edəcək. Düşünürəm ki, zamanı gələndə referendumun keçirilməsi təmin ediləcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə…”

Next

Ermənilər qorxu içində: Vedidə Azərbaycan bayrağı dalğalanır!

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv