Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan-Rusiya əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur

By Vüsal Rafiqoğlu
22.08.2024 5 Min Read

Hər iki ölkənin qarşılıqlı münasibətlərində əsas tendensiya hadisələrə praqmatik yanaşma və milli maraqların qorunmasıdır

Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Ötən illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək bğölgə ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim mübarizə  aparan rəsmi Bakı müxtəlif beynəlxalq aktorlar arasında daim orta xətti qoruyub. Azərbaycanın Qərb, Rusiya və İranla münasibətlərində milli maraqlarımızın nəzərə alınması daim ən ali məqsəd olub.

Eyni zamnda, mehriban qonşuluğa  sədaqətli,  əməkdaşlıqlara açıq olmağımız həm bir xalq kimi, həm də bir ölkə kimi bizim yaşam tərzimizdir. Azərbaycan  xoş niyyətdə olan qonşu dövlətlərlə münasibətlərini də məhz bu dəyərlər üzərində formalaşdırır. Qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərində olduğumuz dövlətlərdən biri də ən böyük qonşumuz Rusiya Federasiyasıdır. Hal-hazırda ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərirlər. Məhz bu cür münasibətlərin formalaşması regional təhlükəsizliyin təmin olunması baxımından önəmli haldır.

Qonşularla mehriban və dostluq münasibətlərinin qorunub saxlanılması son otuz ildə Azərbaycanın xarici siyasət doktrinasının əsas prinsiplərini təşkil edib. Azərbaycanın bütün qonşuları, o cümlədən Rusiya ilə münasibətləri də məhz bu prinsiplər üzərində qurulub. Bu səbəbdən də avqustun 18-19-da Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri dövlətlərimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunun təsdiqidir. Səfər çərçivəsində  keçirilən görüşlərdə bəyanatlardakı müsbət tendensiyalar ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir.

Bu günün  reallığı belədir ki, bölgənin ən böyük ölkələrindən biri olan Rusiya ilə ölkəmiz tarixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir. Dünyanın aparıcı dövlətləri sırasına daxil olan Rusiya BMT Təhlükəsizlik Şürasının 5 daimi üzvündən biridir və çoxqütblü dünya nizamında öz yerini qoruyub saxlayır. Ölkələrimiz arasındakı münasibətlər uzun tarixə və kompleks xarakterə malikdir. Bu münasibətlər son vaxtlar yüksələn xətlə inkişaf edib və son illərdə də yeni mərhələyə qədəm qoyub.  Rusiya Prezidentinin Bakı səfəri zamanı imzalanan müqavilələr, sazişlər və razılaşmalar bu əlaqələrin müxtəlif yönlərini əhatə edir və hər iki ölkənin strateji maraqlarına uyğundur.

Həmçinin siyasi münasibətlərdə də əhəmiyyətli irəliləyişlər olub. Yəni,  yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin gücləndirilməsinə və regionda sabitliyin təmin edilməsinə yönəlib. Təbii ki, münasibətlərin strateji önəm kəsb etməsində Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü siyasət də önəmli rola malikdir.  Məhz şimal qonşumuzla qurulmuş balanslaşdırılmış iqtisadi və siyasi əməkdaşlıqlar sayəsində ölkəmiz qarşısında duran tarixi vəzifələrin həllinə nail oldu, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Ümumiyyətlə, Rusiya rəhbərinin  Azərbaycana bu  səfəri bir çox aspektlərinə gbrə önəmlidir. Belə ki, Vladimir Putinin  son səfəri dövlətimizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi bir dövrdə reallaşdı. 30 il işğal altında inləyən torpaqlarımızda indi tikinti-quruculuq işləri aparılır və keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı proqramı uğurla icra edilir.  Bu ərəfədə isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına dair geniş müzakirələr aparılır. Məhz Rusiya Prezidenti bu səfər zamanı bildirdi ki, ölkəsi Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına hərtərəfli dəstək verməyə hazırdır. Vladimir Putin onu da xüsusi qeyd etdi ki, Prezident İlham Əliyevlə danışıqların nəticələrini Azərbaycana səfərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanla da müzakirə edəcək. Bu isə ondan xəbər verir ki, şimal qonşumuz Azərbaycanla  Ermənistan arasındakı keçmiş  münaqişənin sülh əvəz olunmasına ciddi maraq göstərir.

Prezidentlərin mətbuata birgə bəyanatlarında  bildirildi ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər 2022-ci ilin fevralında imzalanmış Bəyannamə əsasında daha da inkişaf edib. V. Putin deyib: « Bəyannamə uğurla həyata keçirilir. Bu ilin aprelində Moskvaya səfəriniz ikitərəfli münasibətlərimizin inkişafına yaxşı təkan verib». Onun bu fikri bir daha göstərir ki, Rusiya Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. Çünki bu ölkə  Azərbaycanın regiondakı mövcud siyasi nüfuzunu və gücünü yaxşı dərk edərək Cənubi Qafqazda siyasətini də məhz prinsiplərə uyğun  qurur.

Prezident Vladimir Putinin bu səfəri ona da aydın gətirdi ki, iki ölkə arasında həm ticarət, həm də iqtisadi əməkdaşlığın inkişaf perspektivləri genişdir. Hazırda Azərbaycanla Rusiya arasında 4 milyard dollarlıq ticarət dövriyyəsi  mövcuddur. Lakin Rusiya Prezidenti bildirdi ki, bu göstərici hər iki   ölkənin iqtisadi potensialından azdır: « Gələn il daha da artırılması vacibdir. Burada təkcə energetikadan deyil, həm də sənaye kooperasiyalarından, nəqliyyat logistikasından, yüngül sənayedən danışmaq olar. Bizim birgə iş üçün çoxsaylı istiqamətlərimiz var».

Rusiya Prezidentinin Bakı səfərində o xüsusi vurğulandı ki, Azərbaycan çoxmillətli və tolerant ölkədir.  Vladimir Putin monoetnik Ermənistandan fərqli olaraq Azərbaycanda yaşayan bütün xalqların hüquqlarının qorunub saxlanılmasını xüsusi qeyd etdi. Bildirdi ki, Rusiya Azərbaycanda rus dilinin inkişafına göstərilən diqqətə böyük əhəmiyyət verir və buna görə minnətdarlığını bildirir: «Azərbaycanda rus dilində 300 məktəb, aparıcı ali məktəblərimizin filialları fəaliyyət göstərir. 1000 azərbaycanlı gənc Rusiyanın aparıcı ali məktəblərində təhsil alır. Biz bu qarşılıqlı əlaqəni genişləndirməyə hazırıq.» Putin Rusiya mədəniyyətinin ölkəmizdə geniş təmsil olunmasından da danışdı: «Yeri gəlmişkən, bu ilin iyununda Azərbaycanda Rusiya Mədəniyyəti Günləri keçirilib. Bu işin təşkilinə görə sizə təşəkkür edirik.»

Bu gün Azərbaycan dövlətinin qarşısındakı digər mühüm hədəf Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİCS kimi beynəlxalq platformalarda fəal iştirak etməkdir.  Rusiya ilə birgə fəaliyyət bu təşkilatlarda Azərbaycanın geosiyasi rolunu daha da gücləndirib. Bir sözlə, ölkəmizin  ŞƏT çərçivəsində Rusiya ilə əməkdaşlığı regionda sabitliyin qorunmasına və iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edib. Gələcəkdə bu təşkilatların üzvü olmaq həm də Asiyanın ən böyük dövlətləri ilə yeni iqtisadi ticari əməkdaşlıq imkanları qazanmağımız deməkdir. Bu gün Azərbaycan- Rusiya münasibətlərində hərbi- texniki əməkdaşlıq da mühüm yer tutur.

Beynəlxalq və nüfuzlu tədbirlərə ev sahibliyi etmək təcrübəsi olan Azərbaycanın noyabr ayında COP29 konfransına ev sahibliyi təkcə region üçün deyil, həm də bəşəriyyət üçün ekoloji təhlükəsizliyə böyük töhfədir. Bu tədbirdə ən böyük qonşumuz Rusiyanın da fəal iştirakı ölkəmizin beynəlxalq səviyyədə mövqeyini gücləndirəcək. COP29 çərçivəsində Azərbaycan və Rusiya enerji səmərəliliyi, yaşıl texnologiyalar və iqlim dəyişikliklərinə uyğunlaşma sahəsində də geniş əməkdaşlığa başlayacaqlar.

Prezident İlham Əliyevin geosiyasi fəaliyyətində digər önəmli məsələ ondadır ki, dünyanın bu qarışıq zamanında təkcə Rusiya ilə deyil, onunla problemlər yaşayan Ukrayna ilə də isti münasibətlərini davam etdirir. Təsadüfi deyil ki, Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiya qazının alınmasından tam imtina etdikdən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlıq cəhdlərini artırmağa çalışır və Azərbaycan qazının Ukrayna ərazisindəki qaz kəmərləri vasitəsilə nəqlini nəzərdən keçirir. Təklif ilk növbədə Avropa İttifaqı və Ukrayna tərəfdən səsləndirilib. Təsadüfi deyil ki, ukraynalı  siyasi şərhçilər də dövlətimizin yürütdüyü balanslı siyasəti nümunə gətirir və Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Qərblə Rusiya arasında münaqişə arenasına çevrilmədiyini və öz milli məqsədlərinə nail olduğunu qeyd edərək  bunu yüksək qiymətləndirirlər. Bu gün Azərbaycan dünyada həm də dialoq məkanı kimi tanınır. Yəni, gələcəkdə  həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olan ölkə kimi Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində dövlətimizin imkanlarından istifadə oluna bilər.

Elçin Zaman, «İki sahil»

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xüsusi xarakter daşıyan dövlət səfəri

Next

Ölkəmizin artan gücü rahat həyatımızın təminatçısıdır

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv