Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ölkəmizin bölgədəki liderlik rolu daha da güclənir

By Vüsal Rafiqoğlu
23.08.2024 3 Min Read

Ermənistan isə odla su arasında qalıb

Rusiya ictimaiyyətində, mətbuatında və dövlət qurumlarında anti-Ermənistan ovqat gündən-günə kəskinləşir. Bu mövzuların müzakirəsinin radiusu dərinləşməkdədir. Bütün söhbətlərin mövzusu əsasən Ermənistanın Rusiyaya görünməmiş xəyanəti, ABŞ-ın və Qərbin Cənubi Qafqaz regionunda yerləşməsinə şərait yaratması, siyasi əlaqələrini yeni havadarları ilə qurması, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı barədədir. Politoloqlar, siyasi şərhçilər və innovasiya mərkəzləri Ermənistanla əlaqələrin getdikcə zəifləməsindən və qırılacağından narahatlıqlarını bildirirlər. Bir çoxları isə “özləri doğub bələdikləri” Ermənistanı dönüklükdə və namərdlikdə ittiham edirlər.

“Ermənistan Cənubi Qafqazda faktiki olaraq geosiyasi təcrid vəziyyətindədir.”

Bu sözləri mətbuata tanınmış rusiyalı politoloq Stanislav Tarasov deyib: “Putinin Bakı səfərini müsbət qiymətləndirirəm, vaxtında edilmiş səfər idi. Əgər əvvəllər Rusiya liderləri Cənubi Qafqaza səfərləri zamanı əvvəlcə İrəvan, sonra Bakıya və ya əksinə səfər edirdilərsə, indi bu səfər fərdi xarakterdə oldu. Bu, mühüm parametri müəyyən edir-strateji əməkdaşlıq perspektivləri, Şimal-Cənub dəhlizi kimi birgə layihələrdə iştirak, Azərbaycanın postsovet məkanına potensial inteqrasiyası, Avrasiya İqtisadi Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı və hətta BRİKS-ə mümkün üzvlüyü. Necə deyərlər, qapılar Bakıya bağlanmır. Bu, birincidir.

İkincisi, Bakı-Moskva-Tehran üçbucağında strateji əməkdaşlıq imkanları nəzərdən keçirilir. Yeri gəlmişkən, bu, bütün Cənubi Qafqazın konfiqurasiyasını tamamilə dəyişəcək. Həyatda necə olacağını görəcəyik, amma nəzəri olaraq hər şey düzgündür”, – ekspert bildirib.

Tarasov bölgədəki mümkün dəyişikliklərin Ermənistana mənfi təsirlərinə də toxunub: “Ermənistan haradadır? Ermənistandan yalnız sülh müqaviləsinin imzalanmasının mümkünlüyü kontekstində danışılır. Zəngəzur dəhlizi probleminin həll olunduğunu söyləyirlər, indi görəcəyik ki, ermənilər öz Zəngəzur dəhlizlərini necə satacaqlar, kimlərin yemi olacaq. Ankara və Bakı Zəngəzur dəhlizinin yeni istiqamətinin İrandan keçəcəyi barədə razılığa gəlib, bu, təsadüfi deyil. Gedişat onu deməyə əsas verir ki, İrəvandakı problemlər ikinci-üçüncü plana keçəcək”.

Lakin Ermənistan Türkiyə-Rusiya-Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarına qarşı çıxır. Dörd ilə yaxındır ki, bu məsələni Qərbdən aldığı təlimata əməl edərək pozmaqdadır. Sülh sazişini də eyni ssenari üzrə uzadır. Rusiyalı politoloq regiondakı durumun Ermənistanın xeyrinə olmadığını qeyd edib: “Ermənistan faktiki olaraq geosiyasi təcrid vəziyyətindədir. Azərbaycanla razılaşma yoxdur. İranla da münasibətlər ona görə gərginləşib ki, Tehran İrəvanla Qərb arasında münasibətlərin dinamikasını bəyənmir. Xüsusi nümayəndələrin nələrisə razılaşdırmasına baxmayaraq, Türkiyə ilə də heç nə işləmir, üstəgəl, türklər ermənilərə Azərbaycanla sülh müqaviləsi imzalanmadan heç nəyə imza atmayacaqlarını deyirlər. Ermənistanın potensial tərəfdaşlarına – Qərbə və ya Avropa İttifaqına gəlincə, onlar çox uzaqdadırlar və Ermənistana deklorativ bəyanatlardan, cüzi maliyyə yardımından, əgər olsa, hərbi dəstəkdən başqa heç nə təklif edə bilməzlər.

Hazırda vəziyyət politoloqun söylədiyi kimidir. İrəvanın yaxası bir neçə dövlətin əlində qalıb. Paşinyan hökuməti isə kim hara dartırsa ora da gedir. Müti vəziyyətdə tapşırıqlara əməl etməkdən başqa ayrı çıxış yolu tapa bilmir, müstəqil siyasət aparmaq isə heç yadına da düşmür. Keçən dörd ilə yaxın müddətdə rəsmi İrəvanın gahgir fikirləri və hərəkətləri bunu sübut edir.

Prezident  Vladimir Putinin Bakıya səfəri göstərdi  ki, Rusiya Cənubi Qafqazda gedən proseslərdən, o cümlədən Ermənistanla Azərbaycan arasında davam edən müzakirələrdən, sülh danışıqlarından kənarda qalmaq niyyətində deyil. Bu baxımdan Prezident  Putin iki ölkə arasında gedən danışıqlarda ya vasitəçi, ya hər hansı formada iştirakını davam etdirmək istəyir. Hazırda Fransanın və ABŞ-ın təsiri ilə danışıqlardan yayınan Ermənistanın Rusiyanın təşəbbüslərinə ciddi reaksiya verəcəyi gözlənilən deyil. Səbəbləri də hər kəsə məlumdur. Böyük ehtimalla Ermənistan  Rusiyanın təklif və təşəbbüslərini  qətiyyətlə, birbaşa rədd etməyəcək, amma əvvəlki kimi sülh danışıqlarından yayınmaqda davam edəcək.

Bir faktı göstərək ki, Ermənistan Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı təkliflərini bu minvalla, yəni yumşaq formada rədd edib. Ermənistanın Rusiyanın təkliflərini rədd etməyə başlamasının səbəbi 2020-ci ildə ikincinin qətiyyətsizliyi üzündən oldu, desək, yəqin səhv olmaz. Çünki o vaxt Rusiya Ermənistanda şəriksiz hökmran idi. Müharibənin nəticələri ilə əlaqədar  məsələləri iki-üç ayın içərisində həll edə bilərdi. Lakin etmədi. Bu boşluqdan istifadə edən Nikol Paşinyan hakimiyyəti ona “yağlı vədlər” verən ABŞ və Fransanı bölgəyə gətirdi.    İndi isə artıq gecdir. Hazırda Cənubi Qafqaz regionunda düzən təxminən belədir: Bir tərəfdə məğlub Ermənistan, o biri tərəfdə küskün İran və Gürcüstan,  digər tərəfdə isə müharibədən qalib çıxmış güclü Azərbaycan var. Qalib ölkə aybaay, ilbəil irəliləyir, potensialını yüksəldir.

Rusiya Prezidenti Vladimir Putinin Bakıya ikigünlük səfəri, qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan yeni sənədlərin imzalanması, Cənubi Qafqazdakı mümkün köklü dəyişikliklər Azərbaycanın bölgədəki lider rolunu daha da gücləndirəcək.

Vəli İlyasov, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək

Next

Tarixi ədalətin təntənəsi

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv