Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Amnesty İnternational”ın bəyanatına sərt reaksiya

By Vüsal Rafiqoğlu
04.09.2024 3 Min Read

Aydın Mirzəzadə: “Hökumətin tənqidçisi Müsavat Partiyasıdır, onun liderləri İsa Qəmbər və Arif Hacılı həbsdədirmi?”

Beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyi davam edir. Son olaraq, “Amnesty İnternational” hüquq-müdafiə təşkilatı dövlətə xəyanət ittihamı ilə həbs edilən Bəhruz Səmədovu və Azərbaycan hökumətinin təqiblərə məruz qalan digər tənqidçilərini azad etməyə çağırıb. 

“Amnesty İnternational” Milli Məclisə sentyabrın 1-də keçirilən növbədənkənar seçkilər fonunda seçki kampaniyası zamanı jurnalistlərin və fəalların təqib edildiyini iddia edir. “Hökumət tənqidçilərinin narahatlıq doğuran yeni həbsləri diqqətdən kənarda qalmamalıdır. Beynəlxalq ictimaiyyət bunu ən qətiyyətli şəkildə tənqid etməlidir. Son iki həftədə iki görkəmli xadim saxta ittihamla saxlanılıb, digərləri isə təhdid və təqiblərə məruz qalıb”, – deyə “Amnesty İnternational”ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalya Nozadze bildirib.

Jurnalistlərin və fəalların təqibi, “xüsusən Ermənistanla sülhün tərəfdarı olan şəxslərə qarşı fərqli düşüncəni boğmaq və söz azadlığını məhdudlaşdırmaq cəhdindən” başqa bir şey deyil.

“Azərbaycan bu ilin noyabrında COP29-u qəbul etməyə hazırlaşdığına görə dünya liderlərinin insan hüquqlarının davam edən pozuntularına görə hökuməti məsuliyyətə cəlb etməsi həddindən artıq vacibdir. Biz insan hüquqlarını həyata keçirdiyinə görə saxlanılan hər kəsi dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq. Azərbaycan həmçinin COP29-un keçirildiyi ölkə haqqında bu yaxınlarda imzalanan Sazişi dərhal dərc etməlidir”, – deyə “Amnesty İnternational”ın nümayəndəsi qeyd edib.

“Məhdud siyasi və hüquqi mühit” şəraitində keçirilən 1 sentyabr növbədənkənar parlament seçkiləri ərəfəsində hökumətin bir neçə tənqidçisi saxlanılıb. Belə ki, avqustun 21-də tədqiqatçı və fəal Bəhruz Səmədov həbs olunub və Azərbaycanın Dağlıq Qarabağla bağlı siyasəti haqqında tənqidi məqalələrinə görə “dövlətə xəyanətdə” və erməni fəallarla əlaqələrdə ittiham olunub. Eyni ittihamla iyulda talış azlığın müdafiəçisi İqbal Əbilov da həbs edilib, hər ikisi hələ də həbsdədir.

Bəyanatda həmçinin Səmədovun işi üzrə dindirilən OC Media-nın müxbirləri Səməd Şıxı və Cavid Ağanın qısa müddət üçün saxlanıldığı qeyd edilir.

Deputat Aydın Mirzəzadə bütün gecəni aeroportda kimi gözləyib? - TƏFƏRRÜAT  - VİDEO

Aydın Mirzəzadə

Deputat Aydın Mirzəzadə bu hesabatla bağlı kifayət qədər sərt danışdı: “Çox qərəzli və həqiqətə uyğun olmayan  hesabatdır. Hökumətin tənqidçisi Müsavat Partiyasıdır, onun liderləri İsa Qəmbər və Arif Hacılı həbsdədirmi? Hökumətin tənqidçisi Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır, onun lideri Əli Kərimli ən radikal mövqedədir, bəs o necə, həbsdədirmi? Hökumətin tənqidçiləri REAL, AMİP və AĞ Partiyalardır. Onun liderləri və funksionerləri həbsdədirmi? “Amnesty İnternational” hökumət tənqidçiləri ilə qanunu pozanlar arasında bir bərabərlik yaratmağa çalışır. Bunlar tamam fərqli məsələlərdir. Hökuməti tənqid etmək olar, onun siyasəti ilə razılaşmamaqda da olar. Amma bununla belə, qanuna riayət edən siyasi qüvvələr var. Bizim gəlib çatdığımız məhz budur ki, cəmiyyətimizdə siyasi rəqabət var, fərqli fikirlər mövcuddur. Amma bununla belə, hər kəs Azərbaycan dövlətçiliyinin mövcudluğunda maraqlıdır. Bu gün “Amnesty İnternational” kimi təşkilat təcili surətdə qeyri-qanuni şəkildə həbsdən buraxdırmaq istədiyi insanların hər birinin qanun pozuntusu var. Ya bu qərəzli şəkildə vergi ödəməməkdir, ya da xarici qüvvələrin, ölkələrin maraqlarını qeyri-qanuni şəkildə Azərbaycanda müdafiə etməkdir. Yaxud da hansısa bir qanun pozuntusu ilə cəzalarını çəkirlər. Azərbaycan bu gün demokratik hüquqi dövlətdir. Ölkəmizdə açıq cəmiyyət mövcuddur. Azərbaycan vətəndaşı konstitusiya ilə ona verilmiş hüquqların dövlət tərəfindən qorunduğunun fərqindədir. Bugünlərdə keçirilmiş növbədənkənar parlament seçkilərində də gördük ki, hər bir dairədsə ciddi rəqabət var idi. Hər bir dairədə hər bir namizəd özünün fərqli mövqeyini ortalığa qoyurdu, etirazlar ən yüksək həddə çatırdı. Ancaq bununla belə, seçkilər başa çatdı, parlament formalaşdırıldı. Həyat davam edir. Hesab edirəm ki, xaricdə müəyyən təşkilatların, dairələrin Azərbaycanın daxili işlərinə qarışmaq,  prokuror kimi nəzarət həyata keçirmək istəməsi yolverilməzdir. Azərbaycan dövləti və cəmiyyəti, ən əsası sadə bir vətəndaşı belə buna heç zaman imkan verməyəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentin baş çəkdiyi tunel adından bəhs etdirəcək – VİDEO

Next

ABŞ Azərbaycanda “tam fərqli” layihələrə başlamaq istəyir – ARAŞDIRMA

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv