Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Zəngəzur Ermənistana veriləndə harada idin, qonşu?!

By Vüsal Rafiqoğlu
05.09.2024 5 Min Read

Bu vəziyyətdə adam elə dilxor olur ki, az qalır durub desin, “bəsdir də, İran, bu nə müsəlmanlıq, nə qonşuluqdur?!” A kişi, müsəlman da yolkəsən olar? İslamda məgər qonşunun yolunu kəsməklə bağlı tövsiyə var? Qonşu-qonşunun halına yanar, dərdinə həmdərd olar, yoxsa bu nə yolverilməz yolverməzlikdir, bu nə anti-Zəngəzurluqdur?!

Söhbətin nədən getdiyini təxmin etdiniz yəqin. İran Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında 30 ildən artıqdır quru əlaqəsinin təmin olunmasını nəzərdə tutan Zəngəzur dəhlizinin açılmasına açıq-aşkar müqavimət göstərir. Xüsusilə də Rusiya və Azərbaycan prezidentlərinin son telefon danışığında bu məsələnin müzakirəsi, Rusiya rəsmilərindən Zəngəzur dəhlizi ilə bağlı davamlı açıqlamalar İranın yuxusunu qaçırıb. Bu günlərdə bəlli oldu ki, Moskvanın son zamanlarda Bakını Naxçıvanla Ermənistan üzərindən birləşdirən dəhlizə dəstək verməsindən sonra İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla görüşüb. İran XİN rəsmisi bildirib ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə və istənilən geosiyasi dəyişikliyə qarşı çıxır.

Rusiyanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb » Missiya.az

Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, Ermənistan ərazisinə iddiası yoxdur, sadəcə delimitasiya, demarkasiya prosesinin sürətlə aparılmasını, sərhədlərin dəqiqləşdirilməsini istəyir. Ermənistanın sərhədlərini  özünün “qırmızı xətti” sayan İran rəsmiləri nədənsə sərhədlərin dəqiqləşdirilməsinə tələsmirlər. Əslində əksi olmalı idi, tehrandakılar da ən azı Nikol Paşinyan qədər kadastr sənədi olmayan Ermənistanın ərazilərinin keçdiyi nöqtələrin dəqiqləşməsini istəməliydilər. Əks təqdirdə İranın “qırmızı xətti”nin yeri də bəlli olmur.

NİKOL PAŞİNYAN'IN 24 ARALIK 2021'DEKİ ÇEVRİMİÇİ BASIN KONFERANSI

Çox əcaib-qəraib siyasət və reaksiyanı müşahidə edirik. İranı çoxdan tanıyırıq, “Gülüstan”, “Türkmənçay” müqavilələrini bir kənara qoyaq. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti elan olunanda İran Azərbaycan adına iddia edərək, müstəqilliyimizi qəbul etmək istəmirdi. Sonrakı dönəmlərdə daşı ətəyindən tökdü, təbii ki, ABŞ və Avropanın, Rusiyanın Azərbaycanın dövlət olaraq mövcudluğu faktını qəbul etməsinin qarşılığında.

İrandan Azərbaycana Gülüstan və Türkmənçay hədəsi – Azərbaycandan Cənubi  Azərbaycanın birləşməsi təşəbbüsü

1991-ci ilin 18 oktyabrda müstəqilliyimizi bərpa edəndən sonra da cənub qonşumuz qıcıq oldu, hər halda müstəqilliyimizi ilk tanıyan ölkələr sırasında yer almadı. Qarabağın işğal olunmasındakı “sülh təşəbbüsü” də Şuşanın işğalı ilə yekunlaşdı. 30 illik işğal dövründə də Ermənistana “nəfəslik” oldu, şəhər və kəndlərimizin sökülərək daşınmasında da yer alanlardan oldu İran şirkəti. Hətta Yuxarı Gövhərağa məscidinin “təmir”inə başlamışdı İran şirkəti…Araz çayı üzərindən evlərimizin sökülən damlarının daşınması üçün alternativ yollar çəkmişdilər, təəssüf ki…

Araz — Vikipediya

Təkcə bunlardırmı? 44 günlük Vətən Müharibəsində ordumuzun Araz sahili boyunca ildırımsürətli hücumunu ləngidən də İran tərəfi olmuşdu, hətta əsgərlərimizin qarşısına canlı qüvvə çıxartmışdı. Qubadlı istiqamətində, Şurnuxu kəndi tərəfdə Gorus-Qafan magistralının Azərbaycan ərazisindən keçən hissəsində sərhəd və gömrük postumuzu qoyanda da ilk etirazlar Ermənistanla yanaşı, İrandan gəldi. İrandan gəlmiş yük maşınlarının sürücülərinin çıxartdığı oyunlar çoxlarına bəllidir. Hətta müharibədən sonra İran nömrə nişanlı TIR-ların Laçın yolu ilə Xankəndidəki ermənilərə yanacaq və digər məhsullar daşınmasının da qarşısı məhz dövlətimizin qüdrəti nəticəsində alındı. O da məlum oldu ki, İran vətəndaşları Qarabağa qanunsuz soxularaq, erməni quldurlara hərbi təlimləri keçiblər, pasportlarının seriyasınadək aşkarlandı, ifşa olundular. İranın işğalçı Ermənistanı silahlandırması, onu qazla təchiz etməsi, qarşılığında Qarabağın talanması prossesində iştirakı barədə illərlə yazılıb, deyilib. Yəni müsəlmançılığa, qonşuluğa yaraşmayan hadisələr baş verib, dözmüşük. İndi bu nə məzhəkədir, Azərbaycanın əsas hissəsi ilə Naxçıvana rahat gediş-gəlişə imkan verilməsinə qarşı çıxır? Hətta Ermənstanı qızışdırır ki, Rusiyanın üzünə ağ olsun, dəhlizin işə salınmasına mane olsun. Naxçıvanın yüz minlərlə əhalisi var, blokadada yaşayır, İran bu durumu niyə nəzərə almaq istəmir? Qəzza müsəlmanları üçün göz yaşı axıdan müsəlman qonşumuz Naxçıvan müsəlmanlarının 30 ildən çoxdur Ermənistanın işğalı nəticəsində ağır durumda yaşadığını, ölkənin əsas hissəsi ilə birbaşa əlaqədən məhrum olduqlarını, xeyirdə-şərdə iştirakdan qaldıqlarını niyə nəzərə almır? Axı, müsəlmanlıqdır, adamlar öz doğmalarını aparıb kəndində dəfn edə bilmirlər, yasına getmək imkanından məhrum olublar. Bütün bu hallar varkən İran “Zəngəzur dəhlizi açılamayacaq, yaxud açılmasına imkan verməyəcəyəm” tövrü nümayiş etdirir. Qos-qoca dövlətin adına yaraşarmı?! İran əhalisinin yarıdan çoxu türklərdir, azərbaycanlılardır, ən azı onlardan ayıbdır!

Zəngəzur dəhlizi - "Qlobal Gateway" yoxsa "Зангезурский коридор"?

Bilirik ki, bu məsələdə Azərbaycanla düşmənçilik edən, torpaqlarımızı azad etdikdən sonra ordusunu Araz çayı istiqamətində cəmləyib, bizə hərbə-zorba gələn qüvvələr, hay dostları, türk düşmənləri söz sahibidir. Amma nə vaxta qədər belə davam edəcək, Azərbaycanın da səbri var axı. Azərbaycan o ölkədir ki, illərdir anti-İran koalisiyasına öz ərazisində meydan tanımayıb, Bakıya qarşı Qərbdən bir sıra təzyiqlər də məhz bundan qaynaqlanır. Amma baxın, Ermənistan özünü açıb, buraxıb, ABŞ hərbi yüklər daşıyır, Fransa silah yollayır, Avropa İttifaqı casuslarını yığıb. Bütün bunlar İranın “qulağının dibində” baş verir. ABŞ Zəngəzurda, Qafanda, İranın qarşısını almağa çalışdığı Zəngəzur dəhlizinin beş addımlığında hərbi baza qurur! İran üçün sürprizlər gözlənilir, cənub qonşumuz bütün bu təhlükələri nəzərə almır, Azərbaycanın yolunu kəsir. Məscidləri donuz tövləsinə çevirən, Allahın evlərini darmadağın edən ölkəyə havadarlıq etməyi Allah da götürməz.

2020-ci ilin 9-10 noyabrda, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı bəyanatın 9-cu bəndi icra olunmalıdır, vəssalam! Həmin bəndi İrandakı Zəngəzur əleyhdarları üçün də xatırladaq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri  mətbuata bəyanatla çıxış ediblər » Azərbaycan Prezidentinin Rəsmi internet  səhifəsi

Bu müddəanın icrası əslində təbii insan haqqıdır, həm də beynəlxalq hüquqa istinad olunur. Burada hər hansı ərazinin qəsbindən, işğalından söhbət getmir ki, qonşumuz hay-küy qaldırıb. Özü də paralel şəkildə Araz çayı üzərindən Naxçıvana yolun çəkilməsi barədə razılaşma əldə olunub. İran anlamırmı ki, əgər o, Avropa və Asiya arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizinə mane olacaqsa, o halda dünya gücləri Araz çayı üzərindən marşrutun reallaşmasına da əngəl törətməyə çalışacaqlar?

Bir də ki, icazə verin soruşaq, Zəngəzur dəhlizi yox e, ümumiyyətlə, Qərbi Zəngəzur 1920-ci ilin dekabrında Azərbaycandan qoparılıb, Ermənistana veriləndə İran dövləti harada idi, yatmışdımı? Yoxsa Azərbaycan ərazilərinin işğalı, qəsb olunması məsələsində müsəlman qonşumuzun “qırmızı xətti” işləmir? Necə ki, Qarabağ və Şərqi Zəngəzur 30 il işağlda qaldı, bir dəfə də olsun “Azərbaycanın ərazi bütövlüyü bizim üçün qırmızı xətdir” bəyanatını eşitmədik…İranda yəni bunu da bilmirlər ki, sovetlər dövründə, hətta Qafan, Mehri, Qarakilsə, Gorus və digər ərazilər Azərbaycandan alınandan sonra belə, Zəngilandan Ordubada gedən dəmir yolu Azərbaycan SSR Dəmiryolları Nazirliyinin balansında olub. Azərbaycanın əmlakını darmadağın edib Ermənistan. Biz çox şey istəmirik ki, öz yolumuzu bərpa etmək istəyirik.

Sonra gec olacaq, çox gec. Ermənistanın da yer aldığı və meydan verdiyi Qərb koalisiyası İranın boğazına çökəndə, elə Mehri nəfəsliyini kəsəndə Azərbaycanın xəbərdarlıqları yada düşəcək…

Elşad PAŞASOY
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb

Next

Bu şəxslərə hər ay 150 manat veriləcək – Qərar

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv