Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Şou biznes

Meyxanaçı Kərim kimdir? – “Ölən və öldürən” susqun MƏRSİYƏXAN

By Vüsal Rafiqoğlu
11.09.2024 3 Min Read

Lent.az “Bioqrafiya” rubrikasında məşhur meyxanaçı Kərim haqqında maraqlı faktları təqdim edir.

– Kərim harada və nə zaman anadan olub?

Kərim Novruzov (Ağakərim) 1964-cü ildə Bakının Maştağa kəndindən anadan olub.

– Kərim ali təhsil alıb?

Xeyr. 1981-ci ildə 209 saylı orta məktəbi bitirib. Təhsil illərində onda ədəbiyyat fənninə maraq olub. “Kərim bədii ədəbiyyatı sevdiyini bildirir, daha çox Şərq ədəbiyyatını oxuduğunu deyir: “Şərq klassik poeziyası ilə daha çox maraqlanıram, Füzulinin də, Nizaminin də yaradıcılığını oxumuşam, amma mənim sevimlim Seyid Əzim Şirvanidir. Seyid Əzim dahidir. Bəzi meyxanaçılar adını dahi qoyub. Mən Şirvaniyə dahi deyim, yoxsa meyxanaçıya?”- o verdiyi bir müsahibədə demişdi.

– Kərimin meyxanaya meyli necə yaranıb?

Meyxanaya marağı da qonşusu Ağasəlim Çıldağın audiokasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə Əliağa Vahidə həsr olunmuş qəzəlxan festivalının ən yüksək mükafatını alıb.

– Kərim meyxanada kimi ustad hesab edir?

Ağasəlim Çıldağın ən yaxın iki tələbəsindən biridir.

– Kərimi digər meyxanaçılardan fərqləndirən cəhət nədir?

Kərim uzun illər meyxana deyiləndə ilk ağıla gələnlərdən olub. Meyxana tədbirlərində, televiziya proqramlarında, münsiflər kürsüsündə daim öndə idi. Kərimi meyxanada həmkarlarında xüsusi fərqləndirən cəhət onun avazıdır. Meyxanasevərlər onun deyişmələrini belə mahnı kimi dinləyir.
Məşədibaba deyirmiş ki, deyişmədə Kərim adamı öz avazında məğlub eləmək istəyir. Onun tembrində cavab vermək istəyəndə adam batır. Gərək onun avazına aldanmayasan, öz tembrində deyəsən.

– Kərimin ən məşhur meyxanaları hansıdır?

“Amandı”, “Azərbaycanlılar”, “Bu gedər, o biri gələr”, “Divanə kimi”, “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi”, “Günahkar mavi Xəzərdir”, “Kasıb”, “Maştağa”, “Nizami”, “Pul”, “Rədd elə getsin”, “Varmı, görəsən?”, “Vurulmuşam” mahnı və meyxanaları ilə tanınıb.

– Kərimin meyxanadan başqa sənəti var?

Meyxana ilə yanaşı Kərim gül təsərrüfatı ilə də məşğul olub. Qərənfil, çobanyastığı və başqa növdən olan güllər becərib. Gül ticarəti ilə məşğul olan Kərim bunu həm qazanc yeri, həm də sevdiyi iş kimi qiymətləndirib: “Orucluq, məhərrəmlik aylarında toy az olur, onda təsərrüfatla məşğul oluruq”.

– Kərimin tələbələri olub?

Adlarını çəkməsə də 3 tələbəsi olduğunu bildirib. Lakin onlardan biri haqqında yüksək fikirdə olmayıb: “Üç tələbəm vardı. Onlardan ikisi yaxşı öyrəndi, biri isə sənəti öyrəndi, adamlığı yox. Canında olmasa, onun üçün nə isə edə bilmərəm. Gərək istedadı olsun ki, bacardığımdan onu rəndələyim, cilalayım”.
Müsahibələrinin birində gənc həmkarı Aqşin Fatehə atmaca ataraq, onun ifrat iddialı təxəllüs götürdüyünü demişdi: “Özünə elə təxəllüs götürüb: “Fateh”. Dünyada üç-dörd fateh olub. Çingiz xan, Teymurləng, Sultan Mehmet. Hələ Stalinə də bu adı vermək istəyirdilər, vermədilər. Bu insanlar ölkələr fəth edib, imperiyalar saxlayıblar. Sən kimsən? Götürdüyün ad gərək səni doğrultsun”.

– Kərimi nə üçün həmkarının ölümündə günahlandırırlar?

Kərim digər bir neçə həmkarı ilə bir yerdə mərhum meyxanaçı Elçinin ölümündə günahlandırılır. İddiaya görə Məşədibaba Elçini bıçaqla vurduqdan sonra bir neçə meyxanaçı onu xəstəxanaya bilərəkdən gec çatdırıb. Elçin də qanaxmadan dünyasını dəyişib. Lakin bu iddia şayiə olaraq qalır.

– Kərim mərsiyə deyib?

Bəli. Özü deyirmiş ki məni ağladan qəzəllərlə Segah üstündə mərsiyə demişəm. Kərimin avazı mərsiyəyə çox yatqın olduğu üçün Məhərrəm aylarında bu sahədə öz bacarığını göstərib.

– Kərimin oğlu Kamli onun yolunu davam etdirib?

Xeyr. O, övladının meyxanaçı olmasını istəməyib. Övladının ingilis dilini yaxşı öyrənməsini və öz təəbirincə desək, daha yuxarılarda olmasını arzu edib.

– Kərim nə üçün xəstələnib?

Toyxanada yüzlərlə adamın qarşısında hər gün yarışmağın həyəcanı meyxanaçıların səhhətinə ağır təsir edib. Həmin həyəcan Kərimi səhhətinə təsirsiz ötüşməyib. Diabet və təzyiq xəstəsi olan söz adamı 53 yaşında, 2017-ci ildə insult keçirib. Heydər Əliyev Fondu meyxanaçının müalicəsini üzərinə götürüb. Lakin həkimlər onun sağalmayacağını bildiriblər. Söz adamı, meyxananın nalə çəkən bülbülü o gündən ömürlük susub, danışa bilməyib.
İnsult keçirdikdən sonra bir müddət ayaq üstə dura bilsə də, ardınca dayaq sistemində də problem yaranıb.

– Kərimin vəziyyəti indi necədir?

Ailəsi onun qulluğunda durur. Oğlu Kamilin dediyinə görə, müalicələr heç bir effekt vermir. Atası heç kimi tanımır, danışmır, nəsə istəyəndə bunu mimikasından, kiçik jestlərindən anlayırlar. Kərim xəstələndikdən sonra onun haqqında dəfələrlə ölüm xəbəri yayılıb. Bu xəbərlərdən ilki yayıldığı zaman anası xəbərdən təsirlənib. Deyilənə görə, anasının ölümünə səbəb də məhz həmin qəfil xəbər olub.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Çörək bu tarixdən bahalaşacaq? – AÇIQLAMA

Next

Zəfər salnaməmizin şanlı səhifələri

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv