Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Hüquq müdafiəçisi: Qarabağda antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi

By Vüsal Rafiqoğlu
19.09.2024 3 Min Read

“Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olunmuş tarixi qələbəmiz ölkəmizin dünya birliyindəki reytinqini daha da yüksəltdi. 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Bəyanatla bizim qələbəmiz, işğalçıların isə məğlubiyyəti rəsmən təsdiqləndi. Lakin Ermənistan bu məğlubiyyətdən nəticə çıxarmaq əvəzinə yenidən təxribatlara əl ataraq sərhədboyu ərazilərdə atəşkəs rejimini pozdu və mina terroru ilə həm mülki şəxslərin, həm də hərbçilərimizin həyatını itirməsinə səbəb oldu. İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunub. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Müharibədən sonra Azərbaycan tərəfi dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, işğalçı ölkə hər dəfə danışıqlardan boyun qaçırmış, hətta suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirmişdir”.

Bu fikriləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini və hərbi texnikasını Azərbaycanın ərazisindən çıxarmamışdır. Bu barədə ölkəmiz haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xarici havadarlarına müraciət etsə də, işğalçı ölkə öz çirkin niyyətindən əl çəkməmişdir. Azərbaycan işğala məruz qalan tərəf olsa da, Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb təxribatlar törətməklə məşğul oldular. İşğalçı Ermənistan ordusu mina terroru həyata keçirməklə hətta mülki əhalini qətlə yetirir, insanların rahat yaşamalarına ciddi problem yaradırdı. Halbuki, Prezident, Ali Baş Komandan İlham Əliyev Qarabağda lokal xarakterli antiterror əməliyyatı keçirilən zaman bütün hərbi birləşmələrimizə ciddi tapşırıq vermişdi ki, antiterror tədbirləri zamanı Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Hərbçilərimiz yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail oldular. Eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki şəxslər özlərini tamamilə sığortalanmış vəziyyətdə hiss etdilər. Bununla yanaşı, göstəriş verilmişdi ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, yalnız hərbi infrastruktur sıradan çıxarılmalıdır. Yenilməz ordumuz həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərərək tapşırıqları uğurla icra etdi.

Hüquq müdafiəçisi: Qarabağda antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi

Tanınmış hüquqşünas deyib ki, imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Üstəlik, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələr daşınırdı.

Ç.Qənizadənin sözlərinə görə, bütün bunların qarşısını almaq və Ermənistan tərəfindən birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın – Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq, Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi quruldu.

Ç.Qənizadə deyib ki, bütün bunlar yenə də separatçıları öz məkrli niyyətindən döndərə bilmədi. 2023-cü il sentyabrın 19- da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdilər. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün erməni silahlı qüvvələri növbəti terror aktı törətdi və bu da iki mülki əməkdaşın həlak olması ilə nəticələndi. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsini labüdləşdirdi.

Sentyabrın 19- dan 20-ə keçən gecə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Bununla da Qarabağda separatizmin kökü birdəfəlik kəsildi. Bu dəfə də ordumuzun peşəkarlığı, böyük qəhrəmanlığı və şücaəti dünyanın diqqət mərkəzində oldu.

“Hazırda Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma, tikinti-quruculuq işləri davam etdirilir. Keçmiş məcburi köçkünlər dədə-baba yurdlarına qayıdır, hər cür infrastruktura malik mənzillərdə rahat və təhlükəsiz yaşayırlar. Artıq dünya birliyi də şahiddir ki, Qarabağ Azərbaycandır!” – deyə Çingiz Qənizadə bildirib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kişi paltar yumağa görə bacısının burnunu sındırdı

Next

Prezidentdən MÜHÜM SƏRƏNCAM- Dövlət Suverenliyi Günü təsis olundu

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv