Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qarabağlının öz evini kirayə vermək HÜQUQU YOXDUR? – ARAŞDIRMA

By Vüsal Rafiqoğlu
24.09.2024 4 Min Read

İşğaldan azad edilən torpaqlara köçürülən sakinlərə dövlət tərəfindən bağışlanan evlərin kirayə verilməsi bir neçə gündür mediada müzakirə mövzusuna çevrilib. Keçmiş məcburi köçkünlərin həmin evlərə yaşayış yeri kimi deyil, yeni gəlir mənbəyi kimi baxmasına tənqidi yanaşma ortaya qoyulub.

Hətta məsələ o səviyyəyə çatıb ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu məsələyə münasibət bildirib. Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzurda yaşayış sahələrinin istismarı qaydalarını yoxlamaq Dövlət Komitəsinin səlahiyyətində deyil.

Buna baxmayaraq, bəzi ekspertlər mediaya açıqlamasında bildiriblər ki, Qarabağdakı evi kirayə verib biryolluq Bakıda yaşamaq yolverilməzdir. Onların qənaətincə, ata-baba yurduna əlavə gəlir yeri kimi baxmaq olmaz.

Maraqlıdır, niyə? Nə üçün Şamaxıda, Gəncədə, Bakıda, Goranboyda yaşayan Azərbaycan vətəndaşı öz evini kirayə verə, əlavə qazanc əldə edə bilər, amma Qarabağda yaşayan sakin bunu edə bilməz? İstər hüquqi, istərsə də mənəvi baxımdan bu məsələdə məhdudlaşdırma, qadağa mövcuddurmu?

İşğaldan azad olunmuş Cəbrayıldan Milli Məclisə deputat seçilmiş Ceyhun Məmmədov mövzu ilə bağlı Medianews.az-a bildirib ki, sözügedən məsələ ətrafında bu qədər ajiotajın yaradılmasına ehtiyac yoxdur.

Millət vəkilinin sözlərinə görə, heç də bütün keçmiş məcburi köçkünlər evlərini kirayə verib paytaxta üz tutmur: “Mövzunun bu qədər müzakirə edilməsini doğru hesab etmirəm. Hamı nəzərə almalıdır ki, torpaqlar şəhidlərimizin qanı hesabına azad edilib. İnsanlarımız da dövlətin verdiyi evlərdə yaşamalıdır. İstəmədikləri halda isə təhvil verməlidirlər. Bəzən bu, işlə bağlı olur. Vətəndaşlar köçdükləri ərazidə iş yeri tapmadıqları üçün Bakıya üz tutub, evlərini kirayə verirlər. Bu, düzgün bir yanaşma deyil. Düşünmürəm ki, bütün keçmiş məcburi köçkünlər evlərini kirayə verib paytaxta gəlirlər. Hazırda müzakirə edilən məsələ qaçqın və qeyri-qaçqınları qarşı-qarşıya qoymaq üçün təxribatdır. Bu cür yanaşmalara yer verməməliyik. Bu, mənə 90-cı illərin əvvəllərini xatırladır”.

C.Məmmədov hesab edir ki, vətəndaş ona dövlət tərəfindən verilən mənzildə yaşamalıdır: “Əks halda dövlətin bu evləri alması doğru bir qərardır. Lakin bu məsələ oraya köçən insanların məşğuliyyətini bir daha qabardır. Biz bölgələrə köçü işlə paralel aparmalıyıq. Proses bu formada getməlidir. Düşünün ki, bir vətəndaş köçür, amma işi yoxdur. O çətinlik çəkdiyinə görə, qayıtmağa məcbur olur. Bir daha qeyd etmək istərdim ki, sözügedən mövzu ətrafında müzakirələrin aparılmasının əleyhinəyəm. Yanaşma kökündən yanlışdır”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə Medianews.az-a söyləyib ki, Qarabağa köçürülən insanların mülkiyyət məsələləri, hüquqi tənzimlənmə havadan asılı vəziyyətdə qalıb. Onun qənaətincə, hazırda müzakirə mövzusu olan məsələnin kökündə də məhz bu amil dayanır: “Əgər həmin ev oraya köçürülən şəxsin mülkiyyətinə aiddirsə, bu, Azərbaycan qanunvericiliyinə görə tənzimlənir. Belə olan halda əmlakı satmaq, bağışlamaq, icarəyə vermək vətəndaşın müstəqil seçimidir. Kimsə buna müdaxilə edə bilməz. Qanunvericilikdə bu, açıq-aydın göstərilib”.

Ekspertin fikrincə, işğaldan azad olunmuş ərazilərdə təcili həll edilməli olan ən böyük məsələlərdən biri vətəndaşların torpaq, mülkiyyət hüququ ilə bağlıdır: “Daşınmaz əmlak üzərində mülkiyyət hüququ məsələsi işğaldan azad olunan ərazilərdə də təcili həll olunmalıdır. Azərbaycan vətəndaşlarının harada qeydiyyatda olmasına baxmayaraq, işğaldan azad olunmuş hansısa rayonumuza köçmək istəsə, onun realizə olunması məsələsi havadan asılı qalan problem kimi özünü göstərir. İşğaldan azad olunan ərazilərdə bu məsələnin həlli köklü olaraq mülkiyyət dilemmasının, probleminin ortadan qaldırılmasından keçir. Yəni, torpaq, ev kimə məxsusdur, özəlləşməsi aparılacaqmı və sair kimi məsələlər açıq qalıb. İşğaldan azad edilmiş ərazilərdən olmayan digər vətəndaşlar nə üçün Qarabağa köçə bilməz? Mən Azərbaycan vətəndaşıyamsa, Şəkiyə, Gəncəyə, Şamaxıya köçüb yaşaya, ev, torpaq alıb həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququmu təmin edə bilirəmsə, nə üçün Qarabağda bunu edə bilmərəm? Mən niyə Laçına, Qubadlıya, Şuşaya, Zəngilana köçə bilmərəm? Bu kimi bir çox sualların cavabı işğaldan azad olunmuş ərazilərdə mülkiyyət məsələsinin həllini tapmasındadır”.

Hüquq müdafiəçisi Rüfət Səfərov da Medianews.az-a açıqlamasında vurğulayıb ki, hamı qanun qarşısında bərabərdir. Hüquqşünasın sözlərinə görə, əgər daşınmaz əmlak, mülkiyyət xüsusidirsə, onun barəsində sərbəst qərar vermək mümkündür: “Azərbaycan Konstitusiyasının 25-ci Maddəsinin II hissəsinə əsasən, dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Eyni zamanda, kirayəyə verilən mülkiyyətin növünü dəqiqləşdirməliyik. Əgər daşınmaz əmlak, mülkiyyət xüsusidirsə, onun barəsində sərbəst qərar vermək mümkündür. Mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Bu mənada, əgər Qarabağdakı və Bakıdakı daşınmaz əmlaklar xüsusi mülkiyyətdirsə, şəxs onu kirayəyə verə bilər. Vətəndaşın bu hüququnun məhdudlaşdırılması qanunaziddir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Samir Piriyevin xanımının məktəb direktoru ilə bağlı iddialarına CAVAB

Next

COP29 və biz: nəyi necə etməliyik? – tövsiyələr

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv