Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubFOTO

By Vüsal Rafiqoğlu
25.09.2024 5 Min Read

Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 25-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” (qazax dilində) kitabının təqdimatı keçirilib.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxışında qeyd edib ki, Qazaxıstanda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatını təşkil etmək bizim üçün böyük şərəfdir: “Bu təqdimat tədbiri təkcə Ulu öndərə ehtiram əlaməti deyil, həm də ölkələrimiz arasında möhkəm tarixi əlaqələrin olduğunu təsdiqləyir. Azərbaycan və Qazaxıstan qardaş ölkələr olmaqla uzun illərdir ki, qarşılıqlı hörmət, etimad və əməkdaşlığa əsaslanan münasibətləri inkişaf etdirirlər. Bizi ümumi tarix, mədəniyyət və adət-ənənələr birləşdirir ki, bu da əlaqələrimizi xüsusilə dəyərli edir. Azərbaycan ilə Qazaxıstan arasında möhkəm dostluq münasibətləri bizim ümumi inkişaf və tərəqqi istəyimizə əsaslanır. Bu əlaqələr çoxillik dostluğun nəticəsi kimi xalqlarımız arasında gələcək əməkdaşlığın da açarıdır. Azərbaycan-Qazaxıstan münasibətlərinin və bugünkü yüksək inkişaf səviyyəsinin banisi Ulu öndər Heydər Əliyevdir. Ümummilli liderin dost ölkəyə səfərləri, keçirdiyi görüşlər bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradıb. Biz Qazaxıstanda Ulu öndərin xatirəsinə dərin hörmət və ehtiramdan məmnunluq duyuruq. Ötən ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Astanada Heydər Əliyev adına küçənin açılışının keçirilməsi bunun bariz nümunəsidir”.

Ümummilli liderin ideyaları türkdilli dövlətlər arasında, xüsusən də mədəniyyət sahəsində əlaqələrin inkişafında həmişə mühüm rol oynayıb. Bu gün türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi Azərbaycanın xarici siyasətinin ən mühüm istiqamətlərindən biridir: “İnanırıq ki, Heydər Əliyevin zəngin dövlətçilik irsi gələcəkdə də ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi və dərinləşməsi üçün öz töhfəsini verəcək”.

“Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı haqqına söz açan nazir bildirib ki, bu nəşr, sadəcə, ədəbi əsər deyil, görkəmli siyasi xadim, yeni müstəqil Azərbaycan dövlətinin banisi və Ümummilli lider Heydər Əliyevin və onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyatının mühüm məqamlarını əks etdirən təsirli hekayətdir. Elmira Axundovanın çoxsaylı kitabları arasında onun bir neçə dilə tərcümə edilmiş və Azərbaycanın Respublikasının Dövlət Mükafatına layiq görülmüş “Heydər Əliyev və onun dövrü” çoxcildlik əsəri də xüsusi yer tutur.

Xalq yazıçısı Elmira Axundova kitab haqqında məlumat verərək deyib: “Altıcildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatı üzərində işlədiyim dövrdə, təbii ki, qəhrəmanımın ömür-gün yoldaşının şəxsiyyəti ilə də yaxından maraqlanmışdım. Çoxsaylı müsahiblərim Zərifə xanım haqqında, xüsusən də Heydər Əliyevlə münasibətləri barədə xeyli maraqlı məqamları danışmışdılar. Zaman keçdikcə bu mozaik epizodlardan mükəmməl bir lövhə yarandı. Başa düşdüm ki, Heydər Əliyevə həqiqi ailə xoşbəxtliyi, bir-birindən layiqli, istedadlı oğulla qız bəxş edən yeganə qadın haqda yazmasam, qəhrəmanımın həyat və tale epopeyası yarımçıq olacaq… Çoxillik axtarışların bəhrəsi olan həmin əsər artıq qarşınızdadır və onun nə qədər uğurlu alındığını yalnız oxucu söyləyə bilər. Ümid edirəm ki, həcmcə çox da böyük olmayan bu kitabı oxuyub başa vurandan sonra qəhrəmanlarımı daha çox sevəcəksiniz”.

Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi Arxiv, sənədləşmə və kitab işi komitəsinin sədr müavini Rollan Kuspan, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva, tarix elmləri doktoru, professor, kulturoloq Fuad Məmmədov, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizova, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və başqaları çıxış edərək kitabın əhəmiyyətini yüksək qiymətləndiriblər.
Sonda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Məhəmməd Füzulinin “Bəngü-Badə” əsərinin əlyazmasının surətini, Xalq yazıçısı Elmira Axundova isə müəllifi olduğu kitablardan bir neçə nüsxə Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasına hədiyyə ediblər.

Qeyd edək ki, kitabda xalqımızın tarixində müstəsna yeri olan iki parlaq şəxsiyyətin –Zərifə və Heydər Əliyevlərin boya-başa çatdıqları ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətindən söhbət açılır.

Əsər “Xarakterlərin formalaşması (1940-cı illər – 1950-ci illərin əvvəlləri)”, “Sevmək haqqı”, “Əks-kəşfiyyatçının şəxsi həyatı”, “Ordinatorluqdan akademikliyə”, “Lider”, “Respublika rəhbərinin xanımının gündəlik həyatı”, “Qalstuksuz” Heydər Əliyev (XX əsrin 70-ci illəri)”, “Moskva həyatı (7 saylı hökumət bağının divarları arxasında)”, “O, əzablarını sona qədər gizlətdi…” və “Ölümə qalib gələn məhəbbət” adlı bölmələrdən ibarətdir.

Bakıda “Füyuzat” mətbəəsində çap olunan kitabın redaktoru Tamilla Nuriyevadır. Kitab Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə qazaxcaya tərcümə edilərək nəşr olunub.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Dünənki qəzada həlak olan hərbçilərin FOTOLARI

Next

Daha fəal xarici siyasət həyata keçiriləcək

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv