Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Siyasi partiyalarımız artıq Milli Məclisdədir – ŞƏRH

By Vüsal Rafiqoğlu
25.09.2024 3 Min Read

Sentyabrın 23-də 7-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi və bununla da yeni parlament rəsmi olaraq öz fəaliyyətinə başlamış hesab olunur. Əlbəttə ki, bu gözəl məmləkətin hər bir vətəndaşı kimi biz də yeni parlamentə yalnız uğurlar arzu edə bilərik. Bəli, gözləntilər böyükdür və bu gözləntilər heç də səbəbsiz deyil. Artıq hər birimiz Qalib xalqın nümayəndəsiyik və beynəlxalq münasibətlər sistemində ölkəmizin artan statusu da qeyd etdiyimiz gözləntiləri təbii olaraq artırır. Elə məhz buna görə də ehtimal edə bilərik ki, yeni parlamentin fəaliyyəti daim ictimai diqqətin mərkəzində olacaqdır.

Mövcud istiqamətdə xarici ölkələrin təcrübəsini nəzərə alaraq deyə bilərik ki, mətbuatda yeni parlamentin ilk aylardakı fəaliyyəti seçkilər zamanı aparılmış təbliğat-təşviqat kampaniyalarının bir növ davamı kimi təsvir olunacaqdır. Yəni, təşviqat dövründə yaşanmış bəzi qalmaqalları Milli Məclisin salonuna da dartıb gətirmək cəhdləri ola bilər. Sözsüz ki, sözügedən təzahürdə təbii inersiyanın da payı var. Ancaq bu mərhələdə də qərəzli manipulyasiyaların davam etdirilə biləcəyini unutmaq olmaz.

Sirr deyil ki, hər bir manipulyasiyanın strateji hədəfi həqiqətlərin gizlədilməsidir. Məhz həqiqətlərin gizlədilməsi nəticəsində reallıq təhrif olunur və cəmiyyətdə yanlış sosial-siyasi stereotiplər formalaşdırılır. Odur ki, müxtəlif siyasi hadisələrlə bağlı adekvat və obyektiv qiymət vermək haqqımızı qorumaq naminə hər bir manipulyasiya cəhdi mütləq olaraq ifşa olunmalıdır. Sözügedən məsələdə isə siyasi maarifləndirmə işi müstəsna əhəmiyyətə malikdir.

Yeni parlament kontekstində, bu kiçik yazıda bir əlamətdar məsələyə diqqət yetirək. Yeni parlamentdə partiya mənsubiyyəti olan 81 seçilmiş deputat var. Yəni, deputatların təqribən 65%-nin partiya mənsubiyyəti var. Razılaşın ki, sözügedən fakt ölkəmizdə siyasi partiyaların inkişafı və populyarlaşdırılması üçün önəmli stimuldur. Əlbəttə ki, qeyd olunan məsələni vurğulayan zaman biz konkret ad və simaları nəzərdə tutmamalıyıq, burada söhbət partiyaların siyasi institut kimi inkişafından gedir. Parlament seçkilərinin nəticələri bizlərə onu da göstərdi ki, seçki sisteminin növündən asılı olmayaraq siyasi partiya, eyni zamanda Milli Məclisə düşmək vasitələrindən biridir. Ehtimal edə bilərik ki, siyasi partiyalar özlərini cəmiyyətdə məhz bu cür tanıtdırsalar, onlara olan maraq əsaslı şəkildə artacaqdır. Bəli, bu uzun və davamlı prosesdir, ancaq bu proses demokratik münasibətlərin təkamül yolu ilə inkişafının təzahürüdür.

Belə ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən yeni Milli Məclisdə 11 siyasi partiya təmsil olunur. Yəni, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların təqribən yarısı Milli Məclisdə təmsil olunur. Qeyd olunan statistika bilavasitə siyasi plüralizmin göstəricisidir. Hər hansı bir digər dövlətin parlamenti bu cür göstəricilərə sahib olsa idi, bizim demaqoqlarımız çoxdan həmin parlamenti Azərbaycan ictimaiyyətinə demokratiyanın parlaq nümunəsi kimi “sırıyardılar”.

Onu da xatırladaq ki, parlament seçkilərində dövlət qeydiyyatına alınmış 26 siyasi partiyadan 25-i seçkilərdə iştirak etmişdir. Sözügedən fakt isə öz növbəsində o deməkdir ki, ölkədə fəaliyyət göstərən siyasi partiyalar seçkilərə fəal qatılaraq öz partiyalarını geniş kütləyə tanıtdırmaq imkanını qazanmışdılar. Yaranmış bu imkandan siyasi partiyalar necə faydalana bilmişdir, bu artıq  başqa sualdır. Bəli, mövcud kontekstdə etiraf etməliyik ki, bəzi siyasi partiyaların rəhbərləri hələ də nüfuzlu siyasi fiqura çevrilə bilməmişdir. Ancaq bu məsələ sırf konkret siyasi partiyanın üzərində düşünməli olduğu daxili problemidir. Buna baxmayaraq konkret partiya sədrinin zəifliyi ən önəmli siyasi institutlardan biri hesab olunan siyasi partiyaların inkişafına maneə olmamalıdır. Mövcud kontekstdə yeganə prinsipial meyar milli maraqlardır. Yalnız ölkənin milli maraqlarına təhdid yarada biləcək partiyanın mövcudluğu qəbulolunmazdır.

Yuxarıda qeyd olunan rəsmi statistikaya istinadən birmənalı olaraq deyə bilərik ki, siyasi partiyalarımız artıq Milli Məclisdədir. 11 siyasi partiyanın parlamentdə təmsil olunması həm də o deməkdir ki, hər hansı bir konkret qanun layihəsinin hazırlanmasında 11 müxtəlif yanaşma və düşüncə paradiqmasından istifadə olunacaqdır. Əlbəttə ki, bu cür yanaşma tətbiq olunduğu təqdirdə qazanan tərəf Azərbaycan cəmiyyəti və dövləti olacaqdır. Odur ki, 11 siyasi partiyanın Milli Məclisdə təmsil olunması eyni zamanda parlamentdə fikir müxtəlifliyinin mövcudluğu üçün mükəmməl zəmin yaradır. Və nəhayət, sözsüz ki, seçkilərdə uğur qazanmış 11 siyasi partiya artıq “parlament partiyası” olaraq ölkədə fəaliyyət göstərən digər partiyalarla müqayisədə müəyyən üstünlüklərə malik olacaqlar. Rasional düşüncə müstəvisində sözügedən fakt digər siyasi partiyaları ruhdan və həvəsdən salmamalı, əksinə daha məhsuldar və effektiv fəaliyyətə sövq etməlidir ki, növbəti seçkilərdə onlar da uğur qazanmış partiyaların sıralarında özlərini görə bilsinlər.

Asif Adil,
politoloq

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xalqımız güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu

Next

MN-nin mənimsəmə ittihamı ilə həbs olunmuş sabiq vəzifəliləri barədə olan hökmlərdən apellyasiya protesti verilib

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv