Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

“Hazırkı təhsil sistemi uşaqların uşaqlığını yaşamaqdan məhrum edir…” – Ekspertdən ŞOK açıqlama

By Vüsal Rafiqoğlu
26.09.2024 2 Min Read

“Hazırda repetirorluq uşaqları yaşamağa qoymur. Bütün şagirdlər dərsdən sonra dərsə gedirlər. Uşaqlar uşaqlığını yaşamaqdan məhrum olurlar”.

ARANTV.AZ  bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib. Ekspert qeyd edir ki, hazırkı təhsil sistemi və ali məktəblərə qəbul prosesi uşaq psixologiyası və inkişafı üzərində ciddi mənfi təsir göstərir:

“Valideynlərin yüksək rəqabətə görə övladlarını repetitor yanına göndərməsi geniş yayılan bir praktika halına gəlib. Bu vəziyyət uşaqları çox erkən yaşdan sıx bir tədris prosesinə cəlb edir, onların sosial və emosional inkişafını geridə qoyur, nəticədə uşaqlar uşaqlıqlarını tam yaşaya bilmir.

Ali məktəblərə qəbul üçün Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi test imtahanlarında yüksək nəticə göstərmək valideynlərin əsas prioritetinə çevrilib. Rəqabət böyükdür, buna görə də valideynlər uşaqlarını repetitor yanına göndərməyə məcbur qalır. Lakin repetitorluq xidmətləri əlavə maliyyə yükü gətirir və bir çox ailələr bu xərci qarşılayarkən ciddi maddi çətinliklər yaşayır.

Ali təhsil almağın vacib olduğu bir mühitdə valideynlər övladlarının gələcəyinə investisiya etmək üçün cibindən böyük məbləğlər xərcləyirlər. Lakin bu vəziyyət təhsil bərabərliyini pozur, çünki maddi imkanı olanlar repetitor xidmətindən istifadə edərək daha yaxşı nəticə əldə edirlər, imkanı olmayanlar isə geridə qalır.

Sıx repetitorluq dərsləri uşaqların təbiətən ehtiyac duyduğu boş vaxtları və oyun fəaliyyətlərini əvəz edir. Uşaqlar yalnız dərs öyrənməklə, test həll etməklə vaxt keçirdikdə, onların emosional inkişafı və sosial bacarıqları zəifləyir.

Uşaqların teatr, incəsənət, idman kimi fəaliyyətlərə qoşulması, yaradıcılıqlarını inkişaf etdirməsi üçün vaxt qalmır. Bu isə balanssız inkişafın əsas səbəbidir. Uşaqların əylənmək, dostları ilə oyunlar oynamaq, maraqlı fəaliyyətlərdə iştirak etmək kimi əsas hüquqları repetitorluq yükü altında əzilərək ikinci plana keçir”.

Kamran Əsədov bildirir ki, repetitorluq mərkəzlərində uşaqlar yalnız qəbul imtahanlarına hazırlaşdırılır və bu prosesdə əsas diqqət test suallarının cavablandırılmasına yönəlir, nəticədə bədii ədəbiyyat oxumaq, yaradıcı düşünmək və tənqidi analiz bacarıqları kənarda qalır:

“Teatr tamaşalarına getmək, bədii əsərləri müzakirə etmək, geniş dünyagörüşü formalaşdıran mədəniyyət tədbirlərində iştirak etmək uşaqların həyatından çıxarılır. Bunun nəticəsində, uşaqların estetik zövqləri və yaradıcılıq qabiliyyətləri azalır, tənqidi düşüncə bacarıqları zəifləyir”.

Ekspert həmçinin qeyd edir ki, repetitorluq uşaqlar üzərində ciddi psixoloji təzyiq yaradır:

“Uşaqlar, çox vaxt valideynlərin gözləntilərinə cavab vermək, cəmiyyətdə uğurlu bir şəxs olmaq üçün təzyiq hiss edir və bu, onların psixoloji sağlamlığına mənfi təsir göstərir.
Təzyiq, stres, yorğunluq kimi amillər uşaqların həvəsini qırır, məktəbdən, dərslərdən və ümumilikdə təhsildən uzaqlaşmalarına səbəb olur”.

Ekspert qeyd edir ki, təhsil sisteminin köklü islahatlara ehtiyacı var, valideynlərin repetitorluğa müraciət etməmələri üçün məktəblərdə tədris keyfiyyəti artırılmalı, şagirdlərə daha interaktiv və maraqlı dərs metodları təqdim edilməlidir.

“İmtahanlara hazırlıq sadəcə test həlli ilə məhdudlaşmamalı, uşaqların geniş dünyagörüşünə, sosial və yaradıcı bacarıqlarına da xüsusi diqqət ayrılmalıdır. Bununla yanaşı, məktəbdənkənar fəaliyyətlərin, teatr, incəsənət və idman tədbirlərinin tədris prosesinə inteqrasiyası vacibdir.

Beləliklə, repetitorluq sisteminin geniş yayılması uşaqların həm akademik, həm də sosial inkişafına mənfi təsir göstərir.
Təhsilin balanslı və hərtərəfli olması üçün məktəblərdə tədris keyfiyyətinin artırılması, uşaqların mədəni və yaradıcı fəaliyyətlərə qoşulmasına şərait yaradılması təxirəsalınmaz bir zərurətdir.
Ailələrin repetitorluq xərcləri ilə bağlı maddi sıxıntılar yaşadığı bir mühitdə, təhsil bərabərliyinin təmin olunması və uşaqların uşaqlıq illərini doya-doya yaşaması üçün dövlət siyasətində dəyişikliklər edilməlidir”, deyə Kamran Əsədov vurğulayıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əhaliyə ŞAD XƏBƏR – Minimum əməkhaqqı bu qədər ARTACAQ

Next

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv