Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Makronun növbəti hoqqabazlığı

By Vüsal Rafiqoğlu
27.09.2024 3 Min Read

Fransa Prezidenti Emmanuel Makron sentyabrın 25-də BMT Baş Assambleyasındakı çıxışında bir daha öz şər-böhtan maşınını işə salıb. Belə ki, o, guya “Azərbaycanın Ermənistana təzyiqləri və ərazi iddiaları şəraitində Fransanın bu təcavüzkar ölkə ilə  çiyin-çiyinə dayandığı”nı bildirib. Buna ikiüzlülüyün, riyakarlığın, həyasızlığın zirvəsindən başqa ad vermək mümkün deyil. Hətta Makron utanıb-qızarmadan beynəlxalq ictimaiyyəti də sülh prosesinə əngəllər yaradan təcavüzkar Ermənistanın yanında olmağa çağırıb. Bu isə o deməkdir ki, imperialist gündəliyə malik Fransa Cənubi Qafqazda sülh istəmir və iki dövlətin yenidən münaqişəyə girməsi üçün Ermənistanın üstünlüyünü təmin etməyə çalışır.

Bununla da Makron Fransası həm ölkəmizə, həm də ümumilikdə sülh prosesinə göstərdiyi qərəzli ermənipərəst yanaşmanın növbəti nümunəsini ortaya qoyub. Başqa sözlə desək, o, ölkəsinin maraqları naminə Azərbaycanın Ermənistana təzyiqindən, ərazi iddialarından dəm vurmaqla revanşistlərin dəyirmanına su tökməkdə israrlı olduğunu, təcavüzkar ölkənin hansı addımlar atmasından asılı olmayaraq onu dəstəkləyəcəyini bir daha göstərib. Halbuki, ondan bir neçə gün öncə həmin tribunada çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana qarşı  bu cür ittihamlar səsləndirməmişdi. Bu isə o deməkdir ki, Makron sözün həqiqi mənasında ermənidən betər erməni imiş.

Bəli, Makronun 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyon azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salan, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törədən, ərazisindən kütləvi şəkildə deportasiya edilən yüz minlərlə azərbaycanılının qayıdış hüququnu heçə sayan, 30 illik işğalı unutdurmağa çalışan Ermənistanı sülhsevər qurban ölkə kimi təqdim etməsi bir daha Fransanın Cənubi Qafqazda apardığı siyasətin nə qədər iyrənc olduğunu ortaya qoyur. Şübhəsiz, Ermənistanı revanşizmə hazırlayan, elə işğalçı niyyətlə bu ölkənin açıq-aşkar  silahlandıran, həmçinin digər dövlətləri də özü kimi addımlar atmağa məcbur edən Fransanın Azərbaycan tərəfini təzyiqlərdə, ərazi iddiasında təqsirləndirməsi absurddur.

Reallıq bundan ibarətdir ki, rəsmi Bakı heç bir zaman Hayastana təzyiqlər göstərməyib, həmçinin ona qarşı ərazi iddiasında olmayıb. Azərbaycan sadəcə İkinci Qarabağ müharibəsi və 23 saat davam edən lokal antiterror əməliyyatı nəticəsində 30 il davam edən erməni işğalına son qoyub və bununla da beynəlxalq hüquq normaları çəçivəsində suverenliyini tam bərpa edib. Üstəlik, Cənubi Qafqazda yeni reallıqlar yaradıb. İndi isə ölkəmiz işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparır.

Amma bəzi dövlətlər, xüsusilə Fransa İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Bütün bunlar da Ermənistanı həvəsləndirir. Bəli, Hayastanın himayədarlarının bizə qarşı yenidən Qarabağ mövzusunu ortaya atmaları, sülh müqaviləsinin gedişatında qeyri-adekvat və qeyri-səmimi münasibət, vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan da əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir. Azərbaycan isə neçə ildir ki, bölgədə sülhün bərqərar olması üçün bütün vasitələrdən istifadə edir.  Amma Ermənistanın Konstitusiyasına sonradan daxil olan müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var ki, bu da sülh müqaviləsinin bağlanmasında əsas maneə olaraq qalmaqdadır. Olmaya, cənab Makronun bundan xəbəri yoxdur? Şübhəsiz, var. Amma o,  bununla bağlı bir kəlmə belə dilinə gətirmir? Təbii ki, işğalçı dövlətin hazırkı Konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil.

Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, qəbul etdikləri qərarlar, qətnamələr, verdikləri açıqlamalar onu göstərir ki, ölkəmizə qarşı çirkin oyunlar hələ bitməyib. Yəni,  Qələbəmizi, həmçinin bölgədə söz sahibi olmağımızı, müstəqil siyasət yürütməyimizi  həzm edə bilməyən  xarici dairələr ölkəmizə qarşı yeni planlar hazırlayırlar. Elə aparılan qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur.  Amma sentyabrın 23-də VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq: “İstənilən cavabı verməyə hazırıq, buna qadirik”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib

Next

İçərişəhərə maşınlar buraxılmayacaq? – VİDEO

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv