Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Toy karvanlarına MƏHDUDİYYƏT… – Çağırış edildi!

By Vüsal Rafiqoğlu
27.09.2024 3 Min Read

Ekspert: “İctimai qınaqla qarşılanmalı və məhdudlaşdırılmalıdır”

Uzun illərdir müşahidə edirik ki, toy karvanlarında emosiyalar yüksəlir, sürət yarışı təşkil olunur və bədbəxt hadisələr baş verir. Paytaxtda həmçinin bu karvanlar onsuz da tıxaclı olan yolları iflic edirlər, polisin işini də çətinləşdirirlər. Toy sahibləri, ağsaqqallar bu prosesi tənzimləyə bilmir. Sentyabrın 24-də toy karvanında ötüşmə düz 5 nəfərin həyatına son qoyub. 

Elşad Məmmədli 

“Yeni Müsavat” Media Qrupun redaktoru, “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin sədri Elşad Məmmədli bununla bağlı çağırış edərək deyib ki, toy karvanları daha çox insanın həyatına son qoymadan onlara məhdudiyyət qoyulsun.

“Bir ictimai xadim, redaktor, QHT rəhbəri kimi DİN rəhbərliyindən toy karvanlarına məhdudiyyət qoymağı xahiş edirəm. Maksimum 3 maşınla gəlin və bəyi ən yaxın çevrəsi müşayiət edərək şadlıq evinə, yaxud yaşadığı ünvana gətirməlidir. Uzun illərdir müşahidə edirik ki, toy karvanlarında emosiyalar yüksəlir, sürət yarışı təşkil olunur və bədbəxt hadisələr baş verir.

Paytaxtda həmçinin bu karvanlar onsuz da tıxaclı olan yolları iflic edirlər”. 

Elməddin Muradlı

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı da mövzuya münasibət bildirib: “Son zamanlar respublikanın üç bölgəsində toy karvanlarında ağır qəzalar baş verib və insan itkisi ilə nəticələnib. Beş nəfərin ölümü ilə nəticələnən toy karvanında baş vermiş qəza Biləsuvar rayonu ərazisində, ondan öncə Naxçıvanda və Şəkidə qeydə alınmışdı.

Çoxzolaqlı yollarda, xüsusilə şadlıq evlərinin çoxluq təşkil etdiyi ərazilər olan Heydər Əliyev və Babək prospektlərində toy karvanına məxsus avtomobillərin bütün zolaqları məşğul etdiyini yenə də görürük. Bununla kifayətlənməyən sürücülər “şou” göstərmək niyyəti ilə yolda təhlükəli manevrlər edirlər, qarşı yola çıxmaqla bir-birilərini ötürlər, əl əyləcindən istifadə edərək avtomobili yerində fırladırlar, yaxud nəqliyyat vasitəsini ikitəkər qaldırırlar. Təbii ki, bu halda qəza qaçılmaz ola bilər.

Tövsiyəmiz ondan ibarətdir ki, toy karvanında hərəkət edən sürücülər yol hərəkəti qaydalarına riayət edərək sakit, bir zolaqla hərəkət etsinlər. Çünki onların bu karvanda hərəkəti toy iştirakçılarını bir ünvana aparmaqdır. Karvanda qəzaya düşən, yaxud ölən şəxs toy sahibinin qohumu, yaxını olmasa belə, istənilən halda mərasim sahibinin mənəvi əzab çəkməsinə gətirib çıxarır. Məhz bu səbəbdən toy sahibi, yaşca böyük olan insanlar öncədən sürücülərə xəbərdarlıq etməlidirlər. Toy karvanında hərəkət edən gənc sürücülər düşünürlər ki, onlara bu halda müdaxilə oluna bilməz. Amma toy kortecində kobud qayda pozan sürücülər hadisə yerində, yaxud sosial şəbəkələrdə yayımlanan görüntülər vasitəsilə yol polisi əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunurlar”.

qaynarinfo.az

Üzeyir Şəfiyev

Mövzu ilə bağlı danışan Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin kafedra müdiri Üzeyir Şəfiyev deyir ki, Azərbaycanda bu ənənə bir neçə əsr qabaq yaranıb: “Qədimlərdə maşınlar yox idi, at arabalarından istifadə edirdilər. Azərbaycan cəmiyyəti üçün belə bir ənənə xarakterik idi. Lakin hesab edirəm ki, müasir dövrümüzdə Bakının tıxaclı yollarında maşın karvanı ilə belə bir diskomfort yaratmağın heç bir anlamı yoxdur. Bu həm ictimai narahatlıq baxımından məqsədəuyğun deyil, həm də baş verən hadisələr onu göstərir ki, yol qəzaları belə hallarda daha çox baş verir.

Bir neçə il öncə ölkədə toy karvanlarında maşınların sayının azaldılması ilə bağlı hökumət səviyyəsində qərar verildi. Lakin nəzarət mexanizmi zəif olduğuna görə yenidən toy karvanlarında bir qələbəlik müşahidə olunmağa başladı. Paralel olaraq bu fonda yol qəzalarının da sayı artıb. Güman edirəm ki, bu köhnə bir ənənə kimi çağdaş zamanımızla uyğunlaşmadığına görə belə karvanlara lüzum yoxdur. Belə günləri daha təvazükar şəkildə keçirmək lazımdır. Biz toy karvanını yığışdırmaqla heç nə itirmərik. Ən təhlükəlisi isə ötüşmələrlə bağlıdır. Daha mütəvazi, daha sadə şəkildə gəlin gətirmək olar.

Toy karvanları ictimai qınaqla qarşılanmalı və məhdudlaşdırılmalıdır. Bizim nəsildən-nəslə ötürülən daha faydalı ənənələrimiz, dəyərlərimiz var. Onları yaşatsaq, daha yaxşı olardı. Nəyin ki, həyatımıza son qoyan toy karvanı yarışı edək. Bunu hökumət səviyyəsində, administrativ qaydalarla və ictimai qınaqla aradan götürə bilərik”.

Şahanə RƏHİMLİ,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mehriban Əliyeva 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib

Next

27 Sentyabr – Vətən müharibəsinin başladığı gün və Anım Günüdür

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv