Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Məlikməmməd nağılı” kimi hökmə prokurorluq niyə etiraz edib?

By Vüsal Rafiqoğlu
28.09.2024 4 Min Read

Hüquqşünas deyib ki, məhkəmədə səmimi ifadə verən şəxslərə qanunla nəzərdə tutulan həddən aşağı cəzanın təyin edilməsi praktikası var, amma…

Baş Prokurorluq  Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisləri  Mahir Şirvanov və Məlikməmməd Qurbanovun məhkəmə hökmündən protest verdiyi haqda məlumat vermişdik.

Prokurorluğun məlumatında deyilir ki, vəzifədə işlədikləri müddətdə digər şəxslərlə cinayət əlaqəsinə girərək külli miqdarda dövlət əmlakını mənimsəmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onların hər ikisi Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işləri üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bakı Hərbi Məhkəməsinin 09.09.2024-cü il tarixli hökmləri ilə Mahir Şirvanov və Məlikməmməd Qurbanov Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib, onlara məhkum edildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı cəza – Mahir Şirvanova 3 il müddətinə, Məlikməmməd Qurbanova 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Təqsirləndirilən şəxslərin əməlinin xarakteri və ictimai təhlükəliliyi, habelə Cinayət qanunun normasının düzgün tətbiq edilməyərək onlara qanunla nəzərdə tutulan həddən aşağı cəzanın təyin edilməsi nəzərə alınaraq, qeyd edilən hökmlərdən sentyabrın 24-də dövlət ittihamçısı tərəfindən apelyasiya protestləri verilib.

Qeyd edək ki, prokurorluğun protest vermək hüququ Prokurorluq  haqqında Qanunun 27-ci maddəsi ilə tənzimlənir.  Prokuror Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qərarlarından protest verir.

Protest prokurorun iştirak etdiyi iş üzrə məhkəmə qərarından onun yuxarı məhkəməyə verdiyi şikayətdir və öz hüquqi statusuna, hüquqi nəticələrinə görə digər tərəfin şikayətinə bərabər tutulur. Protest baxılanadək onu vermiş prokuror, yaxud yuxarı prokuror tərəfindən geri götürülə, yaxud başqa protestlə əvəz oluna bilər. Onlara məhkəmə niyə yüngül cəza verib, prokurorluğun etirazı nəticə verəcəkmi?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, şəxslərə daha yüngül cəza təyini məhkəmədə səmimi ifadə vermələri və digər hallar nəzərə alınmaqla təyin olunur.

Natiq Ələsgərov bildirib ki, ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)  Müdafiə Nazirliyində (MN) bir-birinin ardınca həyata keçirdiyi həbslərdən sonra bəlli oldu ki, ordudan nə az, nə çox 143 milyon manat oğurlanıb: “Əlbəttə ki, büdcə vəsaitini hansısa idarə rəisi götürüb cibinə qoya bilməzdi. Bilinirdi ki, burada yuxarı vəzifədə olanlardan kimlərinsə əli var. Belə bir miqyaslı mənimsəmənin illərlə davam etməsi bu istiqamətdə sistemli iş aparılmasından xəbər verirdi. Məlikməmməd Qurbanov ad çəkməklə bu günə qədər Nəcməddin Sadıkov barəsində olan ehtimalların əsaslı olduğunu təsdiqlədi. Bu işlərə Nəcməddin Sadıkovun da aidiyyəti xüsusi araşdırılmalıdır. Bu adam Vətən müharibəsinin ən qızğın günlərində vəzifəsindən uzaqlaşdırılıb. Onun vəzifədə olduğu dövrdə mətbuatda korrupsiya cinayətləri ilə bağlı yüzlərlə yazı dərc olunub. Əgər həmin məsələlər qaldırılsa, araşdırılsa, Sadıkovun həbsi labüddür. Deməyim odur ki, onun həbsi üçün kifayət qədər əsaslar vardı, Məlikməmməd Qurbanov da cinayəti etiraf etməklə onun konkret adını çəkdi. Sadəcə, müvafiq tapşırıq verilməlidir ki, onu həbs etsinlər”.

Müdafiə Nazirliyində 143 milyon manatlıq yeyintiyə dair cinayət işində ortaya çıxan əsas korrupsiya üsullarından biri tenderlərdə qalib elan edilən şirkətlərin hesabına artıq vəsait köçürülməsi və həmin pulların sonradan geri alınmasıdır. Nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi general Nizami Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəməsində məlum olub ki, belə işbirliyi nəticəsində 20 milyon manat civarında pul qaytarılıb. Bu məqamı nazirliyin Satınalmalar və Təchizat İdarəsinin rəisi olmuş polkovnik Məlikməmməd Qurbanov dilə gətirib. General Nizami Məmmədov isə digər üç nəfərlə birlikdə mühakimə edilir. Bunlar Hərbi Hava Qüvvələri maliyyə xidmətinin keçmiş rəisi Cəlal Kazımov, Hərbi Dəniz Qüvvələri maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə və Quru Qoşunları maliyyə xidmətinin rəisi olmuş Bayram Bayramovdur. İstər Məlikməmməd Qurbanov, istərsə nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev onların məhkəməsində şahid kimi dindirilib. Amma bu polkovniklərin özləri də Müdafiə Nazirliyi sistemindəki 143 milyon manatlıq yeyintiyə görə həbsdədirlər. Daha sonra bu iş ümumi cinayət işindən ayrılaraq məhkəməyə göndərilib. İndi onların da ayrı-ayrılıqda məhkəmələri gedir.

 

Polkovnik Məlikməmməd Qurbanov məhkəmədə deyib ki, Satınalmalar və Təchizat İdarəsinin rəisi olsa da, tenderlərdə hansı şirkətlərin qalib elan edilməsi, kimlərlə əməkdaşlığı məsələsində özü qərar verməyib: “Polkovnik qeyd edib ki, Nəcməddin Sadıkovun tapşırığı ilə Nizami Məmmədova iki dəfəyə pul verib: ”Nəcməddin Sadıkov məni kabinetinə çağıraraq 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat verdi ki, Nizami Məmmədova çatdırım. Mən də həmin pulları Nizami Məmmədova çatdırmışam. Bu pulun Nizami Məmmədova nə üçün verildiyini bilməmişəm. Çünki bu barədə heç bir söz soruşmamışam, söhbətimiz də olmayıb. Mən Baş Qərargah rəisinin göstərişlərini icra etmişəm. Hansı şirkətlərlə bağlı müqavilə bağlamaq lazımdır, bunu da Baş Qərargah rəisi göstəriş verib. Şirkətlərdən gələn təklifləri, eyni zamanda bağlanan müqavilələrlə bağlı Baş qərargah rəisinə məruzə etmişəm. Baş Qərargah rəisi də məni çağıraraq deyirdi ki, hansı şirkətlə müqavilə bağlamaq olar, hansı ilə olmaz. Şirkətlərlə bağlı aparılan komissiya üzvləri 12 nəfərdən ibarət olub. Burda bir neçə nazirliyin nümayəndəsi təmsil olunub. Komissiyanın sədri isə mənim müavinim olub”.

Natiq Ələsgərov deyib ki, məhkəmədə səmimi ifadə verən şəxslərə qanunla nəzərdə tutulan həddən aşağı cəzanın təyin edilməsi praktikası var. Eyni zamanda prokurorluğun protest vermə hüququ da var. Son olaraq protestə də qiyməti məhkəmə verəcək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu rayonlara yağış yağıb

Next

Nadir Qafarzadə EFİRDƏ ETİRAF ETDİ: Kiməsə 500 manat versəm… – VİDEO

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv