Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Dövlət DƏSTƏYİ

By Vüsal Rafiqoğlu
02.10.2024 3 Min Read

Uzun illər ərzində tanıdığım, Milli Elmlər Akademiyasının əməkdaşı olan ziyalı tanışımla ölkənin siyasi-ictimai həyatında baş verən əlamətdar hadisələr barədə fikir mübadiləsi zamanı diqqətimi bir məqam çəkdi. Ona yeni formalaşan Milli Məclisdə artıq 11 siyasi partiyanın təmsil olunduğunu deyəndə o, bu fakt qarşısında təəccübünü gizlədə bilmədi və bu məlumatı ilk dəfə eşitdiyini dedi.

Sözsüz ki, ali məktəbdə uzun illər müəllim kimi çalışan bir alimin bu barədə məlumatsız olması bizi düşündürməyə bilməz. Ancaq səbəblər barədə düşünməzdən öncə 11 partiyanın parlamentdə təmsil olduğunu ilk dəfə eşidən alimin sözlərinə diqqət yetirək: “Bu, gözəl haldır!  Axı 11 siyasi partiyanın ali qanunvericilik orqanında təmsil olunması həm də o deməkdir ki, hər hansı bir konkret qanun layihəsinin hazırlanmasında 11 müxtəlif yanaşma və düşüncə tərzi istifadə olunacaq”. Razılaşmalıyıq ki, alimin sözügedən fikri obyektiv və olduqca əhəmiyyətli qeyddir.

MECLİS SON .png (1.62 MB)

Təbii, 11 fərqli yanaşmanın tətbiq olunması bilavasitə hazırlanan qanunun effektivlik və adekvatlığına xidmət edə bilər. Rasional düşüncə məntiqindən çıxış edən alim onu da əlavə etdi ki, bu qədər partiyanın Milli Məclisdə təmsil olunması eyni zamanda parlamentdə fikir müxtəlifliyinin mövcudluğu üçün mükəmməl zəmin yaradır. Bəli, alim haqlıdır. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların təqribən yarısının Milli Məclisdə təmsil olunması bilavasitə siyasi plüralizmin göstəricisidir və bu cür təcrübə ölkənin demokratik ənənələrinin daha da dərinləşməsinə xidmət edir.

Alimin mövzuya maraq göstərdiyini görüb, ona ölkədə fəaliyyət göstərən siyasi partiyalarla bağlı digər faktları da səsləndirdim: partiyalara dövlət tərəfindən ofislərin verilməsi, dövlət qəzetlərində partiyalarla bağlı xüsusi rubrikaların açılması, parlamentdə təmsil olunan partiyalara kifayət qədər böyük maliyyənin ayrılması, siyasi partiyaların və müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə açıq görüşlərin təşkili, siyasi partiya nümayəndələrinin müxtəlif televiziya kanallarının verilişlərinə dəvət olunması, tematik seminarların keçirilməsi, siyasi partiya nümayəndələrinin Milli Məclisdə keçirilən açıq müzakirələrə dəvət olunması, “Siyasi partiyalar haqqında” Qanunun hazırlanması prosesində partiyalarla birgə müzakirələrin təşkili, işğaldan azad olunmuş ərazilərə ölkədə fəaliyyət göstərən partiyaların birgə iştirakı ilə səfərlərin təşkili, onların müxtəlif dövlət tədbirlərinə dəvət olunması, çoxsaylı görüşlərin təşkili və daha nələr, nələr… Unutmayaq ki, qeyd olunanlar təqribən son 4 ildəki fəaliyyətin nəticəsidir. Bütün bu sadalananları eşidən alim sözün əsl mənasında heyrətləndi və bu cür nəhəng yolun qısa müddət ərzində qət edilməsinin yalnız böyük zəhmətin və ali siyasi iradə nəticəsində mümkün ola biləcəyini vurğuladı.

Əlbəttə ki, mövzuya maraq göstərənlər çox gözəl bilirlər ki, yuxarıda qeyd olunanlar Prezident İlham Əliyevin “siyasi dialoq” siyasətinin təzahür formalarındandır.

Məhz bu siyasətin nəticəsidir ki, bu gün siyasi partiyalar ölkəmizdə ən nüfuzlu siyasi təsisatlarından biridir. Uzun illər ərzində adları yalnız kağız üzərində qalmış siyasi partiyalar artıq bu gün ölkədə cərəyan edən siyasi proseslərin fəal iştirakçılarına çevriliblər. Obyektiv mövqedən çıxış edən hər kəs gözəl anlayır ki, siyasi dialoqun inkişafı eyni zamanda cəmiyyətdə vətəndaş həmrəyliyinin möhkəmləndirilməsinə verilmiş əvəzolunmaz töhfədir.

Etiraf etməliyik ki, dövlət dəstəyi və Prezidentin məsələ ilə bağlı prinsipial mövqeyi olmasa idi, siyasi partiyaların bir çoxunun mövcudluğundan belə çoxlarının xəbəri olmazdı. Bu gün isə tam əksinə, biz demək olar ki, hər gün müxtəlif partiyaların nümayəndələrini televiziya kanallarında görür, internet resurslar vasitəsilə partiyaların fəaliyyəti haqqında məlumatlar əldə edə bilirik. Burada xatırlanması yerinə düşər ki, ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i parlament seçkilərində iştirak etmişdir. Qeyd olunan statistika da öz növbəsində bilavasitə demokratik münasibətlərin göstəricisidir. Odur ki, ölkədə təşviq olunan siyasi dialoq mühiti eyni zamanda siyasi partiyaların ictimai münasibətlər sistemində rolunun artırılmasına da xidmət etmiş olur.

SECKİ SON.jpg (61 KB)

İnkişaf etmiş ölkələrin təcrübəsi açıq şəkildə göstərir ki, dövlətin tənzimlənmə mexanizmləri olmadan müxtəlif təsisatlar bir sıra sahələrdə uğur qazana bilməzlər. Xüsusilə rəqabət qaydaları dövlət tərəfindən tənzimlənməlidir ki, müxtəlif dağıdıcı tendensiyaların qarşısı alınsın. Eynilə sözügedən prinsip siyasi partiyalar müstəvisində də tətbiq olunmalıdır. Əks təqdirdə siyasi partiyalar xarici qüvvələr tərəfindən ölkənin daxili məsələlərinə müdaxilə olunmaq üçün istifadə oluna bilərlər. Radikal partiyaların timsalında biz sözügedən təsbitin doğruluğunu dəfələrlə görmüşük. Odur ki, siyasi partiyaların inkişafına dövlət tərəfindən dəstəyin göstərilməsini tənqid edənlər həmin partiyaların xarici qüvvələrin əlində oyuncağa çevrilməsini istəyənlərdir. Yuxarıda qeyd olunanlara istinad edərək bu məntiqli qənaətə gələ bilərik ki, siyasi partiyalar dövlət başçısının mövcud yanaşmasından doğru faydalanmalıdırlar və elə fəaliyyət göstərməlidirlər ki, tanıdığım alim “Milli Məclisdə 11 siyasi partiya təmsil olunur” sözlərini eşidəndə təəccüblənməsin.

politoloq Asif Adil

Asif Adil
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda qızın dodağına bədən geli vurdular, bu hala düşdü – FOTO

Next

Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? – ŞOK QİYMƏTLƏR

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv