Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“İran SSRİ-nin aqibətini yaşayacaq…” – Pezeşkian Qorbaçov rolunda?

By Vüsal Rafiqoğlu
02.10.2024 3 Min Read

Cənub qonşumuz İran ətrafında qəliz proseslər davam edir. Yaxın günlərdə dramatik hadisələr yəqin ki, bölgəmizin taleyində də ciddi iz buraxmaqla pik nöqtəsinə çatacaq. Bu da şübhəsiz, xeyli dərəcədə regiona cəlb olunan qüvvələrin izlədiyi hədəflərdən, formalaşacaq geosiyasi qüvvələr balansından asılı olacaq. Odur ki, Azərbaycan Respublikası da bütün variantlara hazır olmalıdır…

“Qərb getdikcə daha fəal şəkildə Tehranı “yenidənqurma”ya başlamağa sövq edəcək. Lakin farslar buna bir anda başlasa, nəticə bizdəki (SSRİ-dəki – Z.S.) kimi olacaq”.

Bu maraqlı ehtimalı rusiyalı tanınmış politoloq Sergey Markov bölgədəki son olayları şərh edərkən irəli sürüb (Axar.az).

Onun sözlərinə görə, Qərb üçün İranla bağlı hazırkı vacib plan SEPAH-ın cəmiyyət arasında gözdən salınmasıdır: “İndiki mərhələdə Qərb qlobalist elitasının əsas məqsədi SEPAH-ın ən parlaq və xarizmatik liderlərinin və onunla əlaqəli silahlı fəalları fiziki olaraq məhv etməkdir. Sonra isə islam inqilabının əsas sütunu kimi SEPAH-ı gözdən salmağa çalışmaq və İran cəmiyyətində konkret təxribatçı işlər aparmaqla məqsədinə nail olmaqdır”.

Markova görə, onlar (Qərb – Z.S.) ali hakimiyyətin gözlənilən transferi ərəfəsində demokratikləşmə proseslərinin başlanmasına təkan vermək fikrindədir. “Artıq onların “iranlı Qorbaçov”u var – o, sanksiyaların aradan qaldırılması üçün Qərblə də dostluq etmək istəyir (Məsud Pezeşkian nəzərdə tutulur – Z.S.). KQB (DTK) hər şeyə qadir görünürdü, lakin SSRİ-ni dağılmaqdan xilas edə bilmədi. Görəsən SEPAH necə, öz missiyasını yerinə yetirə biləcəkmi?”, – politoloq sualla fikrini tamamlayıb…

Əlbəttə, istənilən hakim rejimin gücü ilk növbədə daxili iqtisadi amilə bağlıdır, o cümlədən ölkənin hərbi qüdrəti. Lakin hərbi faktor iqtisadi potensiala proporsional deyilsə, yəni daha çox əhalinin yoxsullaşması hesabına təmin edilirsə, hakim qüvvənin ömrü uzun çəkə bilməz.

SSRİ də 70 il sonra ona görə çökdü ki, ildən-ilə artan, Qərblə silahlanma yarışından doğan nəhəng hərbi büdcə cılız “iqtisadi ayaqlar” üstündə durmuşdu. Bu fonda isə əhalinin dolanışığı sövq-təbii getdikcə pisləşirdi. Üstəlik, SSRİ “xalqlar həbsxanası” sayılırdı…

Mixail Qorbaçov da proseslərin hara apardığını yaxşı anlağı üçün səmimi şəkildə onun qarşını almaq, “qırmızı imperiya”nı bu dəfə başqa bir ad – “Yenilənmiş İttifaq Dövləti” adı altında qorumaq istədi. Bundan ötrü hətta SSRİ-də 14 mart 1991-ci ildə referendum da keçirildi.

Lakin artıq gec idi. Çünki seçdiyi zorakı metod (Bakı, Vilnüs, Tiflis, Alma-Ata qətliamları da daxil) uğursuz olduğu üçün mərkəzdən qaçma prosesləri geridönməz şəkildə güclənmişdi. Nəticədə referendumdan təqribən 9 ay sonra – 25 dekabr 1991-ci ildə SSRİ rəsmən dağıldı. Məntiqlə də, lap yüz referendum keçir, kim uçmaqda olan ümumi binada yaşamaq istəyər ki…

İran SSRİ kimi federativ dövlət olmasa da, onun da Güney Azərbaycan daxil, əslində rəsmən milli-etnik subyektləri var. Eyni zamanda, İrandakı hakim klerikal rejim də sovet rejimi kimi on illərdir “xarici düşmən” bəhanəsi ilə və üstəgəl, din pərdəsi altında faktiki öz xalqını və ölkənin resurslarını istismar eləməklə məşğuldur.

Bura Qərbin illərdir davam edən ağır iqtisadi-maliyyə sanksiyalarını da əlavə etsək, ordakı əhalinin acınacaqlı sosial-iqtisadi durumu göz önünə sərilər. Ac isə qılınca çapar deyiblər. Bu mənada İrandakı rejimin ən böyük düşməni narazı xalqdır söyləyənlər yanılmır…

Ayrı sözlə, yeni prezident Məsud Pezeşkian daxili proseslərin hara getdiyini M.Qorbaçov kimi bilməmiş deyil. SSRİ nümunəsində yəqin ki, onu da bilməmiş deyil ki, heç bir hakimiyyət zorakı, hərbi üsullarla xalqın rəğbətini qazana, uzun müddət “süngü ucunda” otura bilməz.

Pezeşkianın az öncə İranın parçalana biləcəyi ilə bağlı xəbərdarlığını, bundan qabaq isə konstitusiyanın da icazə verdiyi Azərbaycan dilində məktəblərin açılması ilə bağlı vədini hər şeydən öncə bu cür oxumaq lazım gəlir…

Deyirlər, “ağıllı adam qəliz vəziyyətdən məharətlə çıxır, müdrik isə o vəziyyətə ümumiyyətlə, düşmür”. Əgər İran öz bütünlüyünü hansısa formada saxlamaq istəyirsə, nə qədər gec deyil, daxildə vaxtı çoxdan çatmış ciddi yumşalmalara və siyasi islahatlara getmək, milli muxtariyyətlər daxil, ən azından, federativ dövlət quruluşuna üstünlük vermək, “şər oxu” olmaqdan çıxıb da bütün qonşularla dost olmaq yolu tutmaq zorundadır.

Əks halda, SSRİ aqibəti həqiqətən qaçılmaz olacaq…

Z.SƏFƏROĞLU

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Nazirin kürəkənindən Zeynəbə ŞOK TƏKLİF – VİDEO

Next

Puqaçova və Qalkin İsraili tərk etdi

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv