Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bu dövlət orqanları telefonlara cavab vermir

By Vüsal Rafiqoğlu
09.10.2024 3 Min Read

Ekspert deyir ki, bəzi qurumların vətəndaş məmnunluğu istiqamətində hər hansı ölçü meyarı yoxdur

Sosial Tədqiqatlar Mərkəzi (STM) dövlət orqanları (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb. 39 dövlət orqanı (qurumu) və 77 yerli icra hakimiyyəti orqanı olmaqla ümumilikdə 116 dövlət orqanının (qurumun) stasionar və qaynar xətlərinə təqribən 3500-ə yaxın zəng edilib. Monitorinqin nəticələrinə əsasən, stasionar nömrələr və qaynar xətlər üzrə ümumilikdə 1927 zəngə (59.2%) cavab verilib, 1328 zəngə (40.8%) cavab verilməyib. 198 zəng üzrə nömrə məşğul olub və ya aktiv olmayıb. Monitorinq çərçivəsində edilən bütün zənglərin video qeydiyyatı aparılıb.

Ədliyyə Nazirliyi – monitorinq çərçivəsində stasionar nömrələrə edilən zənglərin 18.2%-nə cavab verilib, 81.8%-nə cavab verilməyib.

Daxili İşlər Nazirliyi – bütün zənglərin mütləq əksəriyyətinə – 86.4%-nə cavab verilib.

Səhiyyə Nazirliyi – stasionar nömrəyə edilən zənglərin 59.1%-nə cavab verilib, 40.9%-nə cavab verilməyib.

Elm və Təhsil Nazirliyi – stasionar nömrələrə günün birinci və ikinci yarısında edilən zənglərə, ümumiyyətlə, cavab verilməyib.

Mədəniyyət Nazirliyi – stasionar nömrələrə edilən zənglərin 13.6%-nə cavab verilib, 86.4%-nə cavab verilməyib.

Aparılan təhlillər nəticəsində stasionar nömrələrlə müqayisədə günün birinci və ikinci yarısında qaynar xəttə edilən zənglərə daha gec cavab verildiyi məlum olub.

Qeyd edək ki, dövlət qurumlarının vətəndaşların zənginə cavab verməməsi barədə illərdir ki, şikayətlər olur. Hətta bu məsələ dəfələrlə Milli Məclisin deputatları tərəfindən də qaldırılıb, “hökumət telefonu kiminsə cib telefonu deyil. Həmin telefona gələn zəngləri götürməyən məmurlar birbaşa olaraq qanunverici orqanın nümayəndəsinə qarşı hörmətsizlik edir”, – deyə Milli Məclisdə deputatlar zaman-zaman narazılıqlarını bildiriblər.

Deputat Fazil Mustafa parlamentdə çıxışları zamanı demişdi ki, bəzi dövlət qurumlarının “Qaynar xətt”lərində bir çox zənglərə cavab verilmir. Deputat hesab edir ki, bəzi dövlət qurumlarının yaratdığı “Qaynar xətt”lər öz adına uyğun fəaliyyət göstərmir:

“Bu termin düzgün tapılmayıb. Bir çox nazirliklərdə bu, nə ilıq, nə də soyuq xətdir. Bir çox zənglərə cavab verilmir. Yaxud da pullu əsasla “Qaynar xətt” anlayışı ortadan qalxmalıdır. Ona görə də məsələ həllini tapmalıdır”.

Ekspertlər də qeyd edir ki, dövlət qurumları nəinki müraciətlərə, heç rəsmi məktublara da cavab vermirlər. Belə ki, dövlət qurumlarındakı əksər məmurlar hətta öz səlahiyyətlərinə uyğun olsa belə icazəsiz hərəkət etməkdən qorxurlar.  Rəhbərlik tərəfindən cəzalanmaqdan çəkinirlər. Sadəcə, yuxarıdan göstəriş gözləyirlər. Əgər rəhbərlikdən tapşırıq gələrsə, əmri icra edirlər. Yəni şəxsi təşəbbüsləri ilə, öz səlahiyyətləri çərçivəsində müstəqil fəaliyyət göstərə bilmirlər.

COP29-dan əvvəl devalvasiya olacaq? – İqtisadçıdan bədbin PROQNOZ | KONKRET

Asif İbrahimov

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O deyib ki, ölkəmizdə bu problem əsasən dövlət qurumlarında və dövlətdən maliyyələşən təşkilatlarda aşkarlanır: “Biz də vətəndaş olaraq bu cür hallarla rastlaşırıq. Orta statistik Azərbaycan vətəndaşı gündəlik o problemlərlə üzləşir. Statistikadan gördüyünüz kimi, qurumları üç qrupa bölmək olar. Bunlar yüksək tempdə cavab verən, yüksək qiymətləndirmə meyarlarına malik olan təşkilatlardır ki, həmin təşkilatlarda sırf vətəndaş məmnunluğunun ölçülməsi sistemləri tətbiq olunub. Orada hər bir zənglə bağlı qiymətləndirmə sistemləri mövcuddur. Misal üçün, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Qaynar xətt”i var. ASAN xidmətin “Çağrı” mərkəzləri var. Bu tip müəssisələrdə vətəndaş məmnunluğunun ölçülməsi sistemi tətbiq olunduğuna görə daxil olan hər bir zəngin İSO 10002 standartına uyğun olaraq ölçülməsi həyata keçirilir. Orta qiymətləndirmə meyarları tətbiq olunan təşkilatların özlərini də iki hissəyə bölmək olur. Bəzi qurumlar var ki, orada  vətəndaş məmnunluğunun istiqamətində hər hansı ölçü meyarı olmadığına görə bilinmir, daxil olan zənglərə cavab verilirmi, həmin zənglərlə bağlı hansı tədbirlər görülüb, daxil olmuş müraciətlərin neçəsi həll olunub, neçəsi açıq qalıb. Bu tip məsələlərin ölçülməsini həyata keçirmədikləri üçün Mədəniyyət Nazirliyi tipli qurumlarda  göstərici aşağı düşüb. Diqqət çəkən məqamlardan biri də günün birinci yarısı dövlət qurumlarında aktiv fəaliyyətlə məşğul olurlar, amma günün ikinci yarısında bəzi qurumlarda vətəndaş qəbulunun keçirilməsi, yaxud da digər səbəblərə görə zənglərə cavab verilmir. Azərbaycanda bir nömrəli problem yerli icra hakimiyyətləri ilə bağlı yaranır. Ümumiyyətlə, vətəndaşların məmnunluq dərəcəsinin ölçülməsi sisteminin tətbiq edilməsi hər bir qurum üçün şərtdir. Necə ki, bu, ASAN xidmətdə, DOST mərkəzlərində tətbiq olunur. Yerdə qalan digər icra hakimiyyəti orqanlarında da mütləq vətəndaşların məmnunluğu ölçülməlidir. Daxil olan müraciətlərin sinifləndirilməsi (nə qədəri şikayətdir, neçəsi təklifdir, həll olunub, ya yox, niyə həll olunmadı və s.) həyata keçirilməlidir. Bütün dövlət qurumlarının fəaliyyəti həm qanunvericiliyə, həm ölkə başçısının verdiyi sərəncamlara, həm də qurumların birbaşa nizamnamələrinə görə tənzimlənməlidir. Onların birbaşa öhdəlikləri odur ki, vətəndaşa qüsursuz, keyfiyyətli xidmət göstərsinlər. Bu xidmətlərin ən önəmlisi vətəndaşın müraciətinin, şikayətinin vaxtında araşdırılıb səbəblərinin aradan qaldırılması və onunla bağlı həll yollarının tapılıb məlumat verilməsidir. Beynəlxalq sistemlərin tətbiq edilməsində önəmli faktorlar mövcuddur, bunlar şəffaflıq, hesabatlılıq prinsiplərinə ciddi şəkildə əməl edilməsidir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yaraların sağalmasını sürətləndirən tikiş sapları hazırlandı

Next

Süni ağardılan QƏND, saxta DÜYÜ – Partlayış baş verən “Bolluq” MMC ilə bağlı SENSASİON iddialar

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv