Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Qərbdən “Gürcü Arzusu”na görünməmiş basqılar

By Vüsal Rafiqoğlu
11.10.2024 4 Min Read

Respondentlərin 59,5 faizi oktyabrın 26-na təyin olunmuş parlament seçkisində hakim partiyaya səs verəcəklərini deyir

İctimai rəy üzrə ixtisaslaşan GORBİ Beynəlxalq Tədqiqat Mərkəzi Gürcüstanda keçirdiyi seçki sorğusunun nəticələrini açıqlayıb. Hesabata görə, 18-30 sentyabr arası 1700 nəfər arasında aparılmış sorğuda hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası önə çıxıb: respondentlərin 59,5 faizi oktyabrın 26-na təyin olunmuş parlament seçkisində bu quruma səs verəcəyini bəyan edib.

“Gürcü Arzusu” seçkiyə Xalqın Gücü Partiyası ilə birlikdə qatılıb.

Üç müxalif partiyanı birləşdirən Birlik – Milli Hərəkat koalisiyası 13,6 faiz səslə göstərilir. Bu koalisiyada əsas qurum sabiq prezident Mixail Saakaşviliyə bağlı Vahid Milli Hərəkat Partiyasıdır.

Yeniliklər koalisiyasına respondentlərin 10,3 faizi dəstək ifadə edib. Bu koalisiyaya Vahid Milli Hərəkat Partiyasının sabiq üzvlərinin yaratdığı üç müxalif partiya daxildir.

Qalan seçki iştirakçılarının heç birinin 5 faizlik baryeri aşmadığı bildirilir.

Parlament seçkisinə 19 partiya qatılıb.

150 yerlik parlament proporsional üsulla (partiya siyahıları üzrə) seçilir. Qanunverici orqana düşmək üçün etibarlı səslərin azı 5 faizini toplamaq gərəkdir.

Hökuməti qanunverici orqanda azı 76 mandatı olan partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası qalib gələrək hökumət qurub.

Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Hercinski Tiflisdə hakim “Gürcü Arzusu” Partiyasının yeni seçki plakatlarına münasibət bildirib. Plakatlarda bir yanda Ukraynadakı xarabalıqlar və digər yanda dinc Gürcüstan təsvir olunur.

“Hesab edirəm ki, bu pankartlar hədsiz biabırçı və iyrəncdir. Çünki Gürcüstanda və Avropa İttifaqında sülh Ukrayna xalqının fədakarlıqları sayəsində qorunub saxlanılır. Avropa Ukraynanı dəstəkləməkdə davam edir, çünki o, mübarizənin təkcə suverenlik üçün deyil, bütün qanuni dünya nizamı uğrunda olduğuna inanır”, – deyə Aİ səfiri bildirib.

Avropa Parlamentinin oktyabrın 9-da qəbul etdiyi qətnamə Gürcüstanda oktyabrın 26-na təyin edilmiş parlament seçkilərinə müxalifətin xeyrinə müdaxilədir. Bunu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi mətbuat konfransında belə deyib. Avropa rəsmilərinin fikrincə, ölkədə “demokratiyanı sarsıdan”lar, o cümlədən hakim partiyanın qurucusu Bidzina İvanişvilidir.  Sənəddə həmçinin Gürcüstanda “xarici agentlər” haqqında qəbul edilən qanunlar və LGBT təbliğatına qadağa qoyulması ilə bağlı tənqidlər yer alıb.

“Bu, ölkənin daxili işlərinə müdaxilə olmaqla yanaşı, həm də seçkilərə Milli Hərəkatın xeyrinə təsir etmək cəhdidir”, – Mdinaradze bildirib.

Onun sözlərinə görə, qətnamə Gürcüstan hakimiyyətini Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalar tətbiq etməyə çağırır: “Bu o deməkdir ki, iqtisadi baxımdan Gürcüstan, bütün hesablamalara görə, pandemiya dövründəkindən ən azı iki dəfə pis vəziyyətdə olacaq”.

Avropa İttifaqı da bəyan edib ki, Gürcüstan hakimiyyətinin “antidemokratik hərəkətlərinə və onların anti-Qərb ritorikasına” cavab olaraq Gürcüstan vətəndaşları üçün vizasız rejimi dayandırmağa hazırdır. Bundan əlavə, Aİ Gürcüstan hökumətinin nümayəndələri ilə yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəlib.

Avropalı rəsmilər Gürcüstan və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının fəaliyyətini tənqid edir, ölkənin Aİ-yə gedən yolunun “bağlandığı” qənaətini bölüşürlər.

“Biz ümid edirdik ki, namizəd statusu Gürcüstan hökuməti üçün güclü stimul olacaq. Lakin son aylarda Gürcüstan rəsmiləri ölkəni bu məqsəddən uzaqlaşdıran qanunlar qəbul ediblər”. Bu sözləri Avropa Komissiyasının vitse-prezidenti Vera Jurova Avropa Parlamentində Gürcüstan üzrə plenar iclasda deyib. Avropa Komissiyasının vitse-prezidentinin sözlərinə görə, oktyabrın 26-da keçiriləcək parlament seçkiləri Gürcüstanın Aİ-yə gedən yolu üçün həlledicidir: “Oktyabrın 26-da 3 milyondan çox gürcü yeni parlamentin seçilməsi üçün səs verəcək. Bu parlament seçkiləri Gürcüstanın Aİ-yə gedən yolu üçün həlledici əhəmiyyətə malikdir. Onlar həm də Gürcüstanın demokratiyası üçün kritik sınaqdan keçəcəklər”.

“Keçən ilin dekabrında Gürcüstan Aİ-yə namizəd statusunu alanda biz ümid edirdik ki, bu, hökumətin Aİ-yə üzvlük danışıqlarına başlamaq üçün mühüm islahatlar həyata keçirməsi üçün güclü stimul verəcək. Əvəzində son aylarda hakim partiyanın rəsmiləri ölkəni bu məqsəddən uzaqlaşdıran qanunlar təklif ediblər. Geniş etirazlara baxmayaraq, vətəndaş cəmiyyəti və media qurumlarının fəaliyyətinə əngəl törədən ”Şəffaflıq haqqında” qanun yenidən gündəmə gətirilib və qəbul edilib. LGBT icmasını ləkələyən və dövlət qurumlarının müstəqilliyini zəiflədən başqa təkliflər də irəli sürülüb. Eyni zamanda, Aİ qarşı ritorika daha da güclənib”, – Jurova bildirib.

“Avropa Parlamenti Bidzina İvanişviliyə və onun ”Gürcü arzusu”ndakı dostlarına çox aydın mesaj göndərir: Avropa Birliyinə qoşulmaq onların siyasətləri ilə bir araya sığmır. Siz eyni zamanda həm avropapərəst, həm də kremlpərəst ola bilməzsiniz. Yaxud da həm Avropa həyat tərzini dəstəkləyə, həm də Stalini vəsf edə bilməzsiniz”. Bu sözləri isə Avropa Parlamentində Gürcüstan məsələsi ilə bağlı debatda avropalı parlamentari Rasa Jukneviçene bildirib.

Parlamentari Gürcüstanla bağlı qətnaməni razılaşdırdıqları Avropa Parlamentinin digər qruplarına təşəkkür edib: “Avropa Parlamenti qarşıdan gələn seçkiləri diqqətlə izləyəcək. Bir daha təkrar edirik ki, seçkilər beynəlxalq standartlara tam uyğun olmalıdır. Əgər “Gürcü Arzusu” Lukaşenkonun yolu ilə getməyə davam edərsə, Avropa İttifaqı reaksiya verməyə və Gürcüstanın viza rejiminin liberallaşdırılması meyarları da daxil olmaqla öhdəliklərini yerinə yetirməsinə yenidən baxmağa məcbur olacaq”, – deyə Rasa Jukneviçene qeyd edib.(Ayna.az)

Onun sözlərinə görə, Avropa Parlamentinin üzvləri həmçinin sabiq Prezident Mixail Saakaşvilinin həbsdən dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirlər: “Biz həmçinin Mixail Saakaşvilini dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq. Gürcüstan hökuməti Saakaşvilinin həyatına və sağlamlığına dəyən zərərə görə cavabdeh olmalıdır. İndi Gürcüstanın gələcəyi ilə bağlı qərar gürcü xalqının əlindədir. Hörmətli gürcülər, Gürcüstanın gələcəyi üçün sizdən daha məsuliyyətli heç kim ola bilməz. Ümid edirik ki, Gürcüstan xalqı demokratik Avropa ailəsi yoluna qayıdacaq”.

Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski isə gürcü mediasına müsahibəsində deyib ki, “Gürcü Arzusu”nun hakimiyyəti dövründə Gürcüstan heç vaxt Aİ-yə üzv ola bilməz. Diplomatın sözlərinə görə, Gürcüstan rəhbərliyi istəklərinə baxmayaraq, ölkə əhalisini Aİ-yə üzvlükdən uzaqlaşdırır. Qerçinski Gürcüstana Aİ-yə namizəd statusu verməsini diplomatik karyerasında ən böyük uğuru hesab edir.

“Bəs Gürcüstan namizəd statusunu aldıqdan sonra nə baş verdi? Əhalinin əksəriyyəti və müxalifət partiyaları Aİ-yə üzv olmaq istəyir, lakin hakimiyyət insanları bu ittifaqa üzvlükdən uzaqlaşdırır. Gürcüstan hökumətinin üzvləri Aİ dəyərlərindən uzaqdırlar”, – diplomat qeyd edib.

Qerçinski oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra Gürcüstanın “indiki mərhələdə dayandırılmış Aİ yoluna” qayıdacağına ümid etdiyini bildirib.

Səfir əlavə edib ki, Aİ Gürcüstanda demokratik hökumət olacağı təqdirdə onunla danışıqları bərpa etməyə hazırdır: “Deməliyəm ki, indiki hakim partiyanın dövründə Gürcüstan heç vaxt Aİ üzvü olmayacaq”.

Etibar SEYİDAĞA, 
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

4 bürcü maddi sıxıntılar, stressli günlər gözləyir

Next

Əhmədin ailəsinin var-dövləti kimə qalacaq? – BİLİNDİ

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv