Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Gülmə qonşuna…” – ABŞ-da prezident seçkisi Gürcüstan seçkilərindən də “qorxuinc” ola bilər

By Vüsal Rafiqoğlu
29.10.2024 3 Min Read

ABŞ başda olmaqla Qərb Gürcüstandakı son parlament seçkilərinin nəticələrini heç cür “həzm” edə bilmir. Çünki hakimiyyətdə görmək istədiyi sözəbaxan, müti, mili köklərdən qopmuş qüvvə seçkilərdə böyük hesabla məğlub olub – etnik gürcü olsa da, gürcü xalqına ən az dəxli olan hazırkı prezident, Fransa vətəndaşı Salome Zurabişvili daxil olmaqla.

Odur ki, Amerika, “qoca qitə” neçə gündür həşirdədir. Qalib və hakim “Gürcü Arzusu” partiyasına olmazın təzyiqlər göstərir, səslərin təzədən sayılmasını, hətta yeni seçkilər tələb edir. Guya yeni seçkilərdə möcüzə baş verəcək.

Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir

Əksinə, normal təfəkkürlü gürcü vətəndaşı Qərbin yekəxanalığına bu dəfə daha sərt reaksiya göstərə, hakim qüvvə indikindən də çox səs ala bilər. 26 oktyabrda səsverməyə getməmiş laqeyd zümrənin seçicilərinin “Gürcü Arzusu”na dəstək üçün məntəqələrə üz tutacağı da istisna deyil. Xülasə, yeni seçkilərdə “Gürcü Arzusu” parlamentdə nəinki indiki adi səs çoxluğu, hətta konstitusion üstünlüyü qazana bilər.

Hələliksə kollektiv Qərb var gücü və özünün ənənəvi, hamını bezdirmiş “demokratiya, insan haqları” bəhanəsi ilə Gürcüstan iqtidarına təzyiqləri, müxalifətə isə görünməmiş dəstəyini davam etdirir. O müxalifət ki, dünən Tiflisin mərkəzi meydanında sanballı etirazçı toplaya bilmədi…

“ABŞ və Avropa İttifaqı Gürcüstanda keçirilən parlament seçkilərində pozuntularla bağlı araşdırmanı hansı qurumun üzərinə götürə biləcəyi ilə bağlı məsləhətləşmələr aparır”.

ABŞ və Aİ-dən Gürcüstandakı seçki ilə bağlı MÜHÜM ÇAĞIRIŞ

Bu sözləri bu gün ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib. “Biz avropalı tərəfdaşlarla məsləhətləşmələr aparırıq”, – Miller qeyd edib. Az öncə isə o, Gürcüstan hökumətini hazırkı kursu dəyişməyəcəyi təqdirdə ölkəsi adından ağır nəticələrlə hədələmişdi…

Yəni Vaşinqton üçün əslində Gürcüstanda və ya hər hansı digər postsovet ölkəsində hansısa partiyanın qalib, hansının isə məğlub olmasından çox, ölkənin ABŞ orbitində qalması daha önəmlidir. Seçki pozuntuları isə sadəcə, bir bəhanə. Pozuntular guya Birləşmiş Ştatların özündə olmur? Neçə-neçə nümunə gətirmək olar.

Ən absurdu odur ki, Amerika öz konstitusiyasına düzəliş etməmək naminə hələ də birbaşa prezident seçkisi sisteminə keçmək istəmir. Məhz bunun nəticəsidir ki, bir neçə dəfə ölkə üzrə ən çox səs toplamış şəxs, məsələn – Albert Qor (2008), Hillari Klinton (2016) yox, ən az səs yığmış namizəd – kiçik Corc Buş və Donald Tramp ABŞ prezidenti elan edilib. Bunun harası azad və ədalətli seçki oldu? (2016-da Klinton Trampdan 2 milyon çox səs toplamışdı, amma məğlub elan olundu).

Məsələ də bundadır ki, düz bir həftə sonra görəcəyik, ABŞ-ın özündə 5 noyabr seçkiləri nə ilə bitəcək, hansı qalmaqalla yadda qalacaq? Məğlub qalibi təbrik edəcəkmi, yoxsa bir-birilərinə düşmən kəsiləcək? Vətəndaş qarşıdurması, Kapitoliyaya – Konqres binasına yenə hücum olmayacaq ki…

ABŞ-da prezident seçkiləri keçirilir

Yada salmağın yeri var, prezidentliyə respublikaçı namizəd Donald Tramp dəfələrlə bəyan edib ki, əgər qalib o olmasa, nəticəni legitim saymayacaq. Onun əsas dəstəkçilərindən olan milyarder İlon Mask da təxminən eyni fikri söyləyib. Kamala Harris qalib olacağı təqdirdə ölkənin avtoritarizmə yuvarlanacağını bildirib. Yəni ki, artıq indidən Harrisin mümkün qələbəsi legitim sayılmır…

Kəsəsi, “ya Tramp, ya da heç kim” məntiqi. Bu isə potensial vətəndaş qarşıdurması anlamına gəlir. Hələ bilmək olmaz, Gürcüstanda bır sıra məntəqələrdə səslər təzədən sayılıb-qurtarmamış (yerli MSK Qərbin iddialarını nəzərə alaraq, bu gün belə bir qərar verib), Amerikanın başı özünə elə qarpışsın ki, nəinki Güney Qafqaz, Ukrayna da yadına düşməsin.

Necə deyərlər, “gülmə qonşuna, gələr başına”…

Zahid SƏFƏROĞLU

Zahid SƏFƏROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Noyabrda 18 gün dərs olmayacaq – TARİXLƏR

Next

Həkimlərin maaşı ARTACAQ? – Nazir müavinindən ŞAD XƏBƏR

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv