Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Messinin naməlim missiyası

By Vüsal Rafiqoğlu
13.12.2024 3 Min Read

Feysbuk xalqı bu dəfə də Messiyə görə bölündü. Dünənə qədər bu ölkədə Ronaldonun fanatlarından başqa hamı Leonu sevirdi. Bu gün isə adamın ünvanına itin sözünü yazırlar.

Səbəb budur: məşhur futbolçu Lionel Messi bu günlərdə Bakıya gəlib, yeyib-içib, gəzib-dolaşıb, hədiyyələr alıb, axırda da 8 milyon qabağa düşüb, gedib.

Əlbəttə, Bakıda yeyib-içdiyi onun halal xoşu olsun, buna bir söz deyən yoxdur. Amma ortada başqa mətləblər var.

İndi Feysbuk xalqının anti-Messi təriqəti dünənə qədər sevə-sevə Leo dediyi oğlanı ona görə pisləyir ki, heç demə, o, Bakıdan gedəndən sonra sosial şəbəkələrdəki hesablarında hara getdiyi, harda olduğu barədə paylaşım etməyib. Bu isə həmvətənlərimizin gözündə eşşəklikdir.

Hərçənd Messi evinə çatıb rahatlaşandan sonra Bakıda olduğu barədə paylaşıb edib və özünü, lətifəsi bizə dəyməsin, arvadından gizli Taylanda getmiş kişilər kimi aparmayıb.

Hər şey o tərəfə, Leonun bu ölkəyə gəlməkdə missiyası nə idi, bilinmədi. Bu, eləcə, istirahət məqsədli səfər, səyahət idisə, o nə reklam, konsert, festival idi?

Bir yana baxanda Messinin şahmatçı Hikaru Nakamura (açığı, onu həmişə yazıçı Haruki Murakami ilə qarışdırıram, hansının şahmatçı, hansının yazıçı olduğunu bilmək üçün məcbur qalıb Google-yə baxıram – bu dəfə də elə oldu) kimi etmədiyinə şükr edək.

Yadınızdadırsa, keçən ilin avqust ayında Nakamura Bakıya gəlmişdi, lüks oteldə qalmışdı, götürüb İnternetdə yazmışdı ki, guya Bakıda otel otağında duşdan su gəlməyib. Şahmatçı belə yazmışdı: “Nəhayət, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Dünya Kuboku üçün Bakıdayam, amma duşdan su gəlmir… Əla başlanğıcdır”.

Buna görə ortalıq qarışdı, hərə bir söz dedi, bu işdə erməni barmağının olduğuna qədər getdik. Amma axıracan bilmədik, duşdan həqiqətən su gəlməyib, yoxsa amerikalı yapon bizi şərləyir. Hərçənd duşdan su gəlməməyin qulunca dəxli yox idi, Nakamura yarışda fərqlənə bilərdi. Hətta status yazana qədər otelin qeydiyyat bölməsinə zəng etsəydi, santexnik göndərərdilər, o da duşdan suyu düşürərdi.

Qorxasan, Messi də belə bir şey yaza, suya-buza dönək. Məsələn, Leo yaza bilər ki, azərbaycanlılar əti çox yeyirlər, çoxunun qarnı yekədir-zad. Yaza bilməzmi? Yazar.

Bax, onda biz burada başlayacağıq ki, çox da ki məşhur futbolçudur, onun burada nə işi vardı ki, getdi, bizi dünyada biabır elədi.

Onsuz da ona və müşayiətçilərinə 8 milyon dollar pul ödənilməsi hamıya yer eləyib. 8 milyon dollara nə qədər müharibə veteranının problemlərini həll etməyin mümkün olduğunu hesablayanlar var. Bu qədər pula Yaponiyada, Cənubi Koreyada neçə-neçə tələbə oxutmağın mümkünlüyünü bir başqaları hesablayır. Bölgələrdəki futbol klublarının o 8 milyonla necə dirçəltməyin hesabını aparanlar də dinc durmurlar.

Doğrusu, mən özüm Messiyə o qədər pul ödənildiyinə şəkk edirəm, amma elə bir şey olubsa, gərək bunun səbəblərini anlayaq. Bizi nə vadar edə bilər ki, bir futbolçunu dəvət edək, gəlib gün görsün, əvəzində ölkədən o qədər pul aparsın. Kimin pulu olmasının dəxli yoxdur.

Psixoloqlar deyəcək, bu əziklik, aşağılıq kompleksinin nəticəsidir. Politoloqlar deyəcək, yox, ölkənin reklamı üçün nəzərdə tutlan PR siyasətinin elementidir. Kinoloqlar deyəcəklər, it aparan olsun…

Hər nədirsə, bilmirəm, amma belə şeylərə ehtiyac yoxdur. Özümüzü niyə ərəb şeyxləri kimi aparaq? Bir ara onlar Hollivuda dadanmışdılar, günü keçmiş qadın kino ulduzlarını bir gecəliyə gətirib 1 milyon verib yola salırdılar, sonra da təşər-təşər dostlarına deyirdilər, bax, qaqan Şaron Stouna bu zalda göbək rəqsi oynadıb. Pah! Oğulsan!

Şaron da gedib rəfiqələrinə deyirdi, başıxarab şeyxzadə dəvət elədi, getdim, yaxşıca əyləndim, 1 milyon da qabağa düşdüm, gəldim, insafən, dilləri varsa da, dilçəkləri də var.

Bu yerdə yadıma düşür ki, Messinin əzəli rəqibi Ronaldonu da 15 il qabaq Özbəkistana dəvət etmişdilər. O da orada yedi-içdi, gəzdi, amma ona nə qədər pul ödənildiyi qaranlıq qaldı. Sadəcə, Kriştianla Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarənin adına söz çıxardılar, iddia etdilər ki, Ronaldunu Daşkəndə məhz Gülya gətizdirib. Ta nəyə gətirdib, uşaq futboluna dəstək üçünmü, yoxsa “bir gecə mehman ol, gəl” məqsədiyləmi, bilinmədi. İkisi də ola bilərdi – həm ziyarət, həm ziyafət.

Beləcə, Şərqin məşhur şəxsiyyətlərlə ünsiyyət hərisliyi davam edir. Amma vallahi, bambılılıqdır. Ağıllı, praqmatik olmaq, pulu səmərəli xərcləmək lazımdır.

P.S. Bir də Messiyə top və kepka imzaladanlar vardı, Messi hələ Bakıdan qalxan təyyarədən enməmiş imzalatdıqları şeyləri satışa çıxarmışdılar. Əcəb fanatlıqdır.

Samir SARI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

13-cü Cümə günündən qorxmalıyıqmı?

Next

Azərbaycanda əsgərliyin son yaş həddi endirilir

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv