Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Faşist Njdenin davamçıları: Koçaryan, Sarkisyan, Ter-Petrosyan…

By Vüsal Rafiqoğlu
05.01.2025 3 Min Read

Ermənistanın siyasi dairələrində kök salmış irqçiliyin  təsdiqi…

Bu günlərdə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” könüllülər birliyinin toplantısında çıxışının videoyazısı yayılıb. Bəri başdan qeyd edək ki, Levon Ter-Petrosyanın prezident qismində etdiyi çıxış Ermənistanın siyasi dairələrində  kök salmış irqçiliyi, Azərbaycan xalqına qarşı nifrəti, işğalçılıq siyasətini nümayiş etdirir.

Onun həmin çıxışında deyilir: “Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildən bəri həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Dağlıq Qarabağ yad millətlərdən tamamilə təmizləndi. Təkrar edirəm, bu, 600 illik problem idi. Bunun əhəmiyyətini erməni xalqı bundan sonra ən azı 600 il hiss edəcək. Təsəvvür edin ki, əgər bu gün Ermənistanda 1988-ci ildə olduğu kimi 180 min yad millətin nümayəndəsi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Biz Zəngəzuru, şimal-şərq rayonlarımızı, Sevanın sahillərini qorumaq iqtidarında olmazdıq. Hətta burada bir neçə muxtariyyət yaranardı. Unutmayın ki, üç rayonda azərbaycanlılar çoxluq təşkil edirdi – Vardenis, Masis və Amasya. Zəngəzurda onların sayı həddindən artıq çox idi. İndi bu problem həll edilib”. O, həmçinin Qarabağı da azərbaycanlılardan azad ərazilərə çevirdiklərini  söyləyib.

Levon Ter-Petrosyan bu sözləri ilə bir daha Ermənistanın tarixən soydaşlarımıza qarşı etnik təmizləmə apardığını, onların faktiki olaraq silah gücünə qovulduğunu bildirib. Təqdim olunan video ermənilərin planlı şəkildə Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri sistemli etnik təmizləmə siyasətini təsdiqləyir. Yeri gəlmişkən, XX əsrin əvvəllərindən etibarən erməni millətçiləri ardıcıl olaraq Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçiriblər. Erməni quldurları Bakıda, Şuşada, İrəvan və Naxçıvan mahallarında, Qarabağda, Borçalıda, Qazaxda, Zəngəzurda, Gəncədə, Qubada, Tiflisdə və digər yerlərdə on minlərlə azərbaycanlını kütləvi şəkildə qətlə yetiriblər. Bu amansız siyasət nəticəsində 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-1994-cü illərdə xalqımızın başına olmazın müsibətlər gətirərək ard-arda soyqırımı törədiblər.  Təkcə bir faktı xatırladaq ki, 1992-ci il fevralın 26-da isə erməni cəlladları Xocalı sakinlərini soyqırıma məruz qoyublar. Bu qırğının nəticəsində 613 günahsız insan xüsusi amansızlıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlılar olub.  Faşist ideologiyalı ermənilər xalqımıza qarşı törətdikləri bu qanlı əməllərini müsahibələrində,  yazılarında dünyaya bəyan etməkdən də çəkinməyiblər. 15 dekabr 2000-ci il tarixdə Ermənistan müdafiə naziri işləyən Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala bununla bağlı etiraf  da edib:  “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz onlarla sadəcə zarafat edirik. Azərbaycanlılar bu fikirdə idilər ki, ermənilər dinc sakinlərə əl qaldırmağa bacaran insanlar deyil. Bu fikirləri sındırmaq lazım idi. Belə də alındı.” Və yaxud əli yüzlərlə azərbaycanlının qanına batan cani Koçaryan 2003-cü ilin yanvarında AŞPA-da etdiyi çıxışında ermənilərlə azərbaycanlıların etnik uyuşmazlığı barədə bəyanat verməklə faşist, irqçi mahiyyətin ortaya qoymuşdu. Koçaryan bu çıxışdan bir il sonra yenə eyni məkanda özünü ifşa etməklə hərbi əməliyyatlarda iştirakı ilə fəxr etdiyini deməklə müharibə canisi olduğunu etiraf etmişdi.

Levon Ter-Petrosyanın məlum videoyazısında təcavüzkar ölkənin məqsədinin Azərbaycan əraziləri hesabına “böyük Ermənistan” yaratmaqdan ibarət olduğu açıq-aydın göstərilib. Digər tərəfdən, bu videoyazıda Petrosyanın  əsl faşist təfəkkürü  sərgilənib. Təkcə onunmu? Eləcə də soydaşlarımıza qarşı soyqırımlar təşkil edən eks-prezidentlər – Robert Koçaryan, Serj Sarkisyanın da… Şübhəsiz, səsləndirilən o fikirlər Beynəlxalq Cinayət Məhkəməsinin Ter-Petrosyan və onun ardıcılları – Koçaryan, Sarkisyan barəsində cinayət işinin qaldırması, layiqli cəzalarını almaları üçün tam əsas verir. Şübhəsiz, Azərbaycan buna da nail olacaq.

32 il əvvəlki videoyazının indi geniş yayılması heç də təsadüfi deyil. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda ölkənin ilk üç prezidentini Azərbaycanla apardıqları danışıqlarla bağlı debata çağırmışdı. Baş nazirin çağırışına kəskin etirazını bildirən Ter-Petrosyan onu Qarabağı satmaqda ittiham etmişdi. Bu mənada həmin videoyazını birinci prezidentin nüfuzuna zərbə endirməyə hesablanması kimi qəbul etmək olar. Amma görünən odur ki, faşist ideologiyası üzərində qurulan təcavüzkar ölkə deportasiya edilmiş azərbaycanlıların qayıdışına imkan verməməklə bu cinayəti davam etdirir.  Ermənistan unutmasın ki, 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi, həmçinin lokal xarakterli antiterror tədbirləri Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışını təmin edib. Artıq Böyük Qayıdış proqramı çərcivəsndə  on minə yaxın insan  doğma ocağına qayıdıb. Azərbaycan beynəlxalq hüquq çərçivəsində soydaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə Qərbi Ermənistandan didərgin salınmış insanların da öz dədə-baba yurdlarına qayıdışını təmin edəcək. Son illər Qərbi Azərbaycan İcmasının bu istiaqamətdə apardığı məqsədyönlü fəaliyyəti də bunu bir daha sübut edir. Məsələn, bu icma ötən ilin dekabr ayında “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda 51 ölkənin 200-dən artıq nümayəndəsinin iştirakı ilə  Bakıda II beynəlxalq konfrans təşkil edib. Dekabrın 9-11-də Qərbi Azərbaycan İcmasının yeddi dildə hazırladığı Qayıdış Konsepsiyası isə Barselona şəhərində keçirilən  UNESCO-nun İrqçiliyə və Ayrı-seçkiliyə qarşı IV Qlobal Forumunda yüksək vəzifəli rəsmilərə təqdim edilib. Qərbi Azərbaycan İcmasının hazırladığı 7 sənəd BMT-nin rəsmi sənədi kimi yayılıb. Qərbi Azərbaycan İcmasının Türkiyə ofisinin açılışı olub və s.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Niyaməddin Musayev o görüntüdən danışdı: Düzgün deyil!

Next

AZAL-ın təyyarəsinin qəza səbəbi ilə bağlı ilkin hesabat bu tarixdə açıqlanacaq

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv