Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti – bir səfərin gerçəkliyi…

By Vüsal Rafiqoğlu
11.01.2025 5 Min Read

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianın Güney Qafqaz səfəri bitib. Əhmədian son olaraq Ermənistanda olub. Orada Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və baş nazir Nikol Paşinyanla görüşüb. 

İrəvana yola düşməzdən əvvəl isə o, Bakıda bir sıra görüşlər keçirib. Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Maraqlıdır ki, Prezidentlə görüşdə Əli Əkbər Əhmədian Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırıb və bütün bunlara görə çox sevindiklərini vurğulayıb.

Təbii ki, İranın ali rəsmisinin bölgəmizə səfərində əsas hədəfin nə olduğunu yalnız qapalı müzakirələrin iştirakçıları bilir. Söhbət nədən gedir? Suriyadan, Trampın İrana hücum anonslarından, yoxsa?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğluya görə, Əhmədianın Azərbaycana və Ermənistana səfərləri Prezident Məsud Pezeşkianın Cənubi Qafqazın iki ölkəsinə gözlənilən səfərinə hazırlıq məqsədi daşıyır. Məqsəd yalnızca budurmu? 

Bu arada gələn xəbərə görə, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Prezident Co Baydenə ABŞ-ın İranın nüvə obyektlərinə mümkün hücum variantlarını təqdim edib. Bunu “Axios” üç məlumatlı mənbəyə istinadən yazıb (Axar.az).

Baydenin adı açıqlanmayan köməkçilərinə, o cümlədən Sallivana istinadən ABŞ mediası yazır ki, Suriyadan sonra bütün aspektlərdə zəifləyən İran nüvə hazırlığını sürətləndirə bilər və bu, onun nüvə obyektlərinə cavab tədbirləri üçün əlverişli imkan yaradır.

Həmçinin hücumun niyə 20 yanvar – Trampın andiçmə mərasiminə qədər – tarixinədək olması ilə bağlı iki versiya üzərində müzakirələr gedir: Birincisi, Bayden administrasiyası Trampın İranla dialoqa başlamaq niyyətində olduğunu öyrənib və yeni prezidentin mümkün diplomatik səylərini çətinləşdirmək üçün İrana zərbə endirmək və ya ciddi təxribat törətmək planını ehtiyatda saxlayır. 

İkincisi, yanvarda Rusiya və İran arasında strateji əməkdaşlıq sazişi imzalanacaq, bu da ABŞ tərəfindən sərt müqavimətlə qarşılanır. ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli bu prosesi pozmaq niyyətində olduqlarını bəyan edib. Buna görə də Baydenin ətrafında provokasiyalara təkan verən qüvvələrin olması istisna edilmir. Lakin Bayden hələ də İranın nüvə obyektlərinə zərbə vurmağı “böyük risk” hesab etdiyi üçün qərar qəbul etməyib. Bununla belə, Baydenin prezidentlik müddətinin qalan günlərində fövqəladə hadisələrin baş verməsi istisna edilmir.

Bəs Suriyadan vurulub çıxarılan, Türkiyə amili ilə hesablaşmalı olan qonşu İran Azərbaycan və Ermənistandan konkret nə istəyir? Tehranın təlaşının əsas səbəbi nədir? Əhmədianın səfərinin Bakı-Tehran münasibətlərinə müsbət təsiri mümkünmü? Region səfərinin Azərbaycandan başlanmasının hansısa anlamı varmı?

gunay agamali.jpeg (96 KB)

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı hesab edir ki, Azərbaycan Prezidentinin yanvarın 7-də yerli telekanallara verdiyi müsahibədə İranla bağlı səsləndirdiyi fikirlər cənub qonşumuzu geri addım atmağa məcbur edib: “Geridə qoyduğumuz 2024-cü il cənub qonşumuz İran üçün bütün aspektlərdə uğursuzluqlarla yadda qaldı. Xüsusilə, Yaxın Şərqdə uzun müddətdir milyardlarla dollar xərclənilərək formalaşdırılan ”Müqavimət oxu” kiçik nüansları hesaba qatmasaq demək olar ki, yox olmaq həddinə çatdı. Bu rəsmi Tehranı olduqca mürəkkəb geosiyasi xaosa sürüklədi. Hal-hazırda molla rejimi həm öz hakimiyyətlərini qoruyub saxlamaq, həm də ölkə təhlükəsizliyini təmin etmək üçün ciddi səylə nüvə silahı əldə etmək istəyir. Belə olduğu təqdirdə İrana qarşı hərbi əməliyyatların başlaması daha da aktuallaşır. İran rəsmiləri baş verən proseslər fonunda narahatdır və daxili auditoriyanı sakitləşdirmək üçün ənənəvi hədəf dəyişdirmək siyasəti həyata keçirirlər. Bu mənada dini liderin Ərdəbil vilayəti üzrə nümayəndəsinin Azərbaycan və Türkiyə əleyhinə fikirlər səsləndirməsi bunun bariz nümunəsidir. Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə zamanı İranın mənfi ritorikasına qarşı sərt mövqe nümayiş etdirməsi hesab edirəm ki, fars rejiminin geri addım atmasına səbəb oldu. İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədinanın ölkəmizə səfər etməsi Tehranın çətin vəziyyətdə olduğunun təsdiqidir. Onlar tədricən başa düşür ki, Azərbaycanla münasibətləri yaxşıya doğru inkişaf etdirmək lazımdır. Ermənistana edilən səfər isə, fikrimcə fərqli motivlərdən qaynaqlanır. Rəsmi İrəvanın Qərblə yaxınlaşması İranın maraqlarına uyğun deyil, bunu biruzə verməsələr də  özlərinə təhdid olaraq qiymətləndirirlər. Məhz bu səbəbdən, Ali Şuranın katibi bu məsələ ilə bağlı dini rəhbərin istəklərini Ermənistan rəhbərliyinə çatdırdı”.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev bir sıra təhlilçilərindən fərqli olaraq, gələcək Tramp hakimiyyəti dönəmində ABŞ və İran arasındakı münasibətlərdə gərginliklərin artacağını proqnozlaşdırır: “İranın Milli təhlükəsizlik üzrə Ali Şurasının sədri Əli Əkbər Əmədianın Cənubi Qafqaz səfərinin bir neçə istiqamətdə rəsmi Tehranın narahat olmasından asılı olduğunu düşünürəm. Suriya hadisələrindən sonra regionda nüfuzunun düşməsi, proseslərə əvvəlki kimi təsir etmək imkanının məhdudlaşması İranı ən azı qonşuları ilə münasibətləri bir də yoxlamağa məcbur edib. Ərdəbildə İran mollasının Azərbaycan və Türkiyəyə təhqirlərindən sonra bu hadisəyə hər hansı hüquqi qiymətin verilməməsi iki ölkə arasında onsuz da bir çox məqamlar üzrə soyuq olan münasibətlərə bir az da əlavə təsir etdi.

Normalda Azərbaycan Prezidenti bu səviyyəli məmurları adətən özü qəbul etmir. Amma belə bir görüş baş tutubsa, deməli, çox vacib məsələlərlə bağlı məlumatlar gətirdiyi üçün prezidentlə görüş xahiş olunub. Prezidentin mətbuat nümayəndələri ilə görüşdə İranla bağlı verdiyi açıqlamalar, Azərbaycan və Ermənistan arasında olan münasibətlərdən dolayı İranın indiyə kimi tutduğu mövqeyə verdiyi qiymət, ali dini rəhbərin təyin etdiyi mollanın Azərbaycanı təhqir etməsində məsuliyyəti də məhz ali dini liderin daşıdığı fikirləri, görünür ki, İran rəhbərliyini çox narahat edib. Onsuz da son hadisələrlə bağlı İran rəhbərliyindən sızdırılır ki, baş verənlər prezident Pezeşkian komandasının yox, dini rəhbərə yaxın olanların işidir. O səbəbdən, çox güman ki, bu səfərdə İran daxilində baş verənlərin görünməyən tərəfləri barədə məlumatlar verməklə bir növ özlərini sığortalamağa hesablanıb. Çünki dediyim kimi, İranı yaxın gələcəkdə çox ağır imtahan gözləyir. Hazırda dünyada gedən proseslər o səviyyədədir ki, elə vəziyyət yarana bilər ki, İranı nə Rusiya, nə də Çin müdafiə etsin. Çünki Çin gələcəkdə özünə qarşı olacaq planların mahiyyətindən xəbərdardır və bu planların işə düşməməsi üçün bütün istiqamətlərdə işlər görməyə çalışır. Rusiya isə düşdüyü bataqlıqdan çıxmaq üşün müxtəlif yollar axtarışındadır. O səbəbdən İranın narahatçılığının əsası var. Bəzilərinin Tramp hakimiyyətinin İrana qarşı daha loyal siyasət yürüdəcəyi ilə bağlı fikirlərini bölüşmürəm. Hesab edirəm ki, Tramp hakimiyyəti dövründə ABŞ-İran münasibətlərində indikindən daha çox gərginliklər olacaq və bu gərginlik rəsmi Vaşinqtonun hərəkətliliyini artıracaq. Dediyim kimi ilk məqsəd İranı müdafiə edəcək qüvvələrin loyallaşdırılmasıdır və bu istiqamətdə işlər davam edir. O səbəbdən düşünmürəm ki, yaxın 10 gün ərzində Bayden hakimiyyəti İranla bağlı radikal addımlar atsın. Əslində belə bir addımın atılması Trampın işinə daha çox yarayar. Çünki belə olan halda problemi başladanın Bayden komandasının olduğu üzdə olacaq. Amma bundan maksimum şəkildə Tramp hakimiyyəti yararlanmaq məqsədilə planlarını həyata keçirəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İranın 23 əyalətində enerji qıtlığına görə müəssisələr bağlanıb

Next

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR – VİDEO

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv