Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Qara qutu” müəmması – Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI

By Vüsal Rafiqoğlu
16.01.2025 3 Min Read

Çeçenistan ərazisində vurularaq zədələnən, Qazaxstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin “qara qutu”ları Braziliyadan Qazaxıstana aparılıb.  Bu barədə məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, “qara qutu”lar qəza ilə bağlı yekun rəyin verilməsi üçün hadisənin səbəblərini araşdıran komissiyaya təhvil verilib. 

“Qara qutu”lar Qazaxıstana təhvil veriləndən sonra  Britaniya təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Braziliya, Azərbaycan və Qazaxıstanı dəstəklədiyini açıqlayıb. AZƏRTAC xəbər verir ki, bu barədə Britaniya parlamentinin Mühafizəkarlar Partiyasının üzvü Vendi Mortonun “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması ilə bağlı Britaniya hökumətinə ünvanladığı sualın cavabında bildirilib. Sualda Britaniyanın qəza ilə bağlı beynəlxalq araşdırmanın potensial mahiyyətini necə qiymətləndirdiyi soruşulub. Suala cavab olaraq Britaniya Xarici İşlər Nazirliyində Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Douti bu hadisədə həlak olanların ailələrinə başsağlığı ifadə edib. O qeyd edib ki, Britaniya rəsmiləri Azərbaycan və Qazaxıstan rəsmiləri ilə bu məsələyə dair sıx təmaslarını davam etdirir.

“Qara qutu”ların qəzanı araşdıran komissiyaya verilməsi ərəfəsində Rusiya Xarici İşlər Nazirliyi qəribə məlumat açıqlayıb. Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi illik mətbuat konfransında Moskva və Bakının istənilən məsələləri həll edə biləcəyini, buna misal olaraq İkinci Qarabağ müharibəsində səhvən Rusiya helikopterinin vurulmasını, Azərbaycan təyyarəsinin qəzaya uğramasını göstərib. Sergey Lavrov jurnalistləri AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələrini gözləməyə və faciə haqqında məlumat yaymamağa çağırıb. O, həmin məlumatların “qara qutu”ların məlumatları ilə faktiki olaraq təsdiqini tapmadığını söyləyib. Sergey Lavrov bildirib ki, Aktauda qəzaya uğrayan təyyarənin “qara qutu”ları çox maraqlı məlumatlar verib. Onun sözlərinə görə, təhqiqat başa çatana qədər gözləmək vacibdir və “qara qutu” məlumatları hazırda yayılan versiyaların çoxunu dəstəkləmir. Sergey Lavrov Azərbaycan tərəfinin təyyarə qəzasının araşdırılmasında Rusiya tərəfinin iştirakını dəstəkləməsini Moskvanın qiymətləndirdiyini əlavə edib.

Rusiya XİN rəhbərinin bu açıqlamasının arxasında hansı məqsədlər dayanır?  Hansı fərqli məlumatlardan söhbət gedə bilər? Rusiya ampluasına sadiq qalaraq, izi azdırmağa çalışır, yoxsa fərqli məlumatlar həqiqətən aşkara çıxa bilər?

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov

Hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a deyib ki, həqiqət birdir və ondan ibarətdir ki, Azərbaycan Hava Yollarına məxsus mülki təyyarə beynəlxalq hava limanına enəndə Rusiyaya məxsus “Pantsir”lə vurulub: “Bütün faktlar göstərir ki, təyyarə vurulub və bu səbəbdən qəzaya uğrayıb. Rusiya isə bu həqiqəti qəbul etməkdən yayınmağa çalışır. Bir tərəfdən də deyirlər ki, guya həmin vaxt havadan təhlükə olduğundan “Kovyor” əməliyyatı həyata keçirilib. Əgər “Kovyor” əməliyyatı elan olunmuşdusa, hava məkanı bağlanmalı, despetçerlər AZAL-a məxsus təyyarənin pilotlarına bu barədə məlumat verməli idilər ki, təyyarə təhlükəli zonaya daxil olmasın. Rusiya tərəfi isə bunu etməyib, təyyarə pilotuna “Kovyor” əməliyyatı barədə məlumat verməyib. Sergey Lavrovun açıqlaması reallıqla uzlaşmır. Həqiqət birdir – AZAL-a məxsus təyyarə vurulub! Həqiqət birdir ki, təyyarə Rusiyanın hava məkanında vurulub. Həqiqət budur ki, vurulmuş təyyarəmizin Rusiya ərazisində olan və Qroznı hava limanı yaxınlığındakı hava limanlarına enmək icazəsi verilməyib. Həqiqət budur ki, Rusiya özü etiraf edir ki, Qroznıda Azərbaycan təyyarəsi vurulmazdan 10  dəqiqə öncə Dağıstan, Mahaçqala təyyarə qəbul edib, təyyarə havaya qalxıb. Əgər “Kovyor” əməliyyatı həyata keçirilirdisə, niyə bu barədə Azərbaycan tərəfinə məlumat verilməyib? Sergey Lavrov yaxşı olardı ki, bu suallara aydınlıq gətirsin”.

Hərbi ekspert deyib ki, Rusiya tərəfi vurulmuş mülki təyyarəyə görə kompensasiya ödəməlidir: “Bu haqda danışsınlar. Azərbaycan təyyarəsi Rusiya ərazisində vurulub və Rusiya beynəlxalq qanunlara görə kompensasiya ödəməlidir. Digər bir məqam da odur ki, idarəetməni Qroznı hava limanındakı dispetçer deyil, Rostov dispetçeri həyata keçirib. Bilərək ki, təyyarə vurulub və qəzalı durumdadır, yaxınlıqdakı hava limanına deyil, Aktauya yönləndirib. Sergey Lavrovun açıqlaması onu deməyə əsas verir ki, Rusiya tərəfi təyyarənin vurulması məsuliyyətini üzərilərinə götürmək niyyətində deyil, müvafiq olaraq kompensasiya da ödəmək istəmirlər. Halbuki təyyarənin Rusiya istehsallı “Pantsir”lə vurulmasını ekspertlər də təsdiq edib. Yəni “qara qutu”lardan nə çıxmasından asılı olmayaraq Azərbaycan Hava Yollarına məxsus mülki təyyarə Rusiya ərazisində, Rusiya istehsallı silahlardan atəş açılmaqla vurulub və buna görə də Rusiya məsuliyyət daşıyır”.

Hərbi ekspert Sergey Lavrovun Azərbaycanın Rusiyaya məxsus hərbi helikopteri Ermənistan ərazisində vurmasını xatırlatmasının da yersiz olduğunu deyib: “Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistan ərazisində Rusiyaya məxsus hərbi helikopteri vurub və buna görə üzr istəyib, kompensasiya ödəyib, hərbi helikopterin dəyərini ödəyib. Rusiya tərəfi Azərbaycanın mülki təyyarəsini öz ərazisində vurub və bunu etiraf edib kompensasiya ödəməkdən yayınır. Təyyarəmizi Rusiya tərəfi vurmasaydı belə, təhlükəsizliyi təmin etməli olan Rusiya tərəfidir. Hər bir halda Rusiya tərəfi üzr istəməli, kompensasiya ödəməli və təyyarənin dəyərini verməlidir. Bunu beynəlxalq hüquq tələb edir. Rusiya tərəfi şantaj ritorikasından əl çəkib beynəlxalq hüququ əsas tutub addımlar atmalıdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Özəl və gizli reabilitasiya mərkəzləri – qanun nə deyir…

Next

Daha 32 ailə Cəbrayıl şəhərinə köçürülüb

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv