Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Ankarada təşkil edilən üçtərəfli görüş regionun gələcəyini formalaşdıracaq-ŞƏRH

By Vüsal Rafiqoğlu
29.01.2025 2 Min Read

“Son 5 ildə Azərbaycan, Türkiyə və Özbəkistan arasında koordinasiyanı zəruri edən bəzi hadisələr baş verib.  Azərbaycanın Qarabağ zəfəri, Türk Dövlətləri Təşkilatının yaradılması, Rusiya-Ukrayna müharibəsi, Suriyada Bəşər Əsəd hakimiyyətinin süqutu və bu məsələdə Türkiyənin rolu, son olaraq da ABŞ-də keçirilən prezident seçkiləri, Donald Trampın seçilməsi, onun dünyada baş verən geosiyasi hadisələrə təsiri həm xarici siyasət, həm nəqliyyat, həm də ticarət baxımından türk dövlətləri arasında əməkdaşlığı zəruri edən, yeni imkanlar, bəzən isə yeni təhdidlər yaradan  amillərdir. Türk Dövlətləri Təşkilatına nəzər yetirsək, Azərbaycanla Türkiyənin əməkdaşlığı hər zaman seçilib. “Şuşa bəyannaməsi” ilə müttəfiqliyimiz təsdiqlənib”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan XİN rəhbərlərinin görüşünü şərh edərkən bildirib.

C.Vəliyevin fikrincə, son illər Özbəkistan seçilməyə başlayıb: “Özbəkistan bir çox məsələdə siyasi cəhətdən aktivlik nümayiş etdirir, Türkiyə və Azərbaycana yaxınlıq göstərir. 2024-cü ilin iyun ayında Özbəkistan prezidenti Şöfkat Mirziyoyev Türkiyəyə səfər etdi, tərəflər arasında 18 müqavilə imzalandı, ona Türkiyənin “Dövlət nişanı” təqdim olundu, strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında müqavilə imzalandı. Avqust ayında isə Azərbaycanla Özbəkistan arasında müttəfiqlik haqqında müqavilə imzalandı. Azərbaycanla Türkiyə arasında formalaşan müsbət atmosferə və koordinasiyaya Özbəkistan da daxil edilir. Düşünürəm ki, Türkiyə və Azərbaycan təhlükəsizlik, hərbi və xarici siyasət məsələlərində tək dövlət kimi hərəkət edir, Özbəkistan da bu yolun bir iştirakçısı kimi hərəkət etmək istəyir.  Fikrimcə, gələcəkdə belə də olacaq”.

C.Vəliyev qeyd edib ki, son beş ildə yaranan geosiyasi dəyişikliyin həm nəqliyyat, həm də ticarət baxımından yaratdığı fürsətlər var: “Ankarada nazirlərin açılış nitqlərində Orta Dəhliz və Zəngəzur dəhlizinin adı çəkildi. Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Türkiyənin gündəmindədir. Dənizlər vasitəsilə daşınan yükdaşımada yaranan təhlükələr, Rusiya üzərindən yaranan təhdidlər, eyni zamanda artan yükdaşıma Orta Dəhlizin əhəmiyyətini daha da artırıb. Amma bu məsələdə müəyyən tənzimləmələr, ortaq siyasət formalaşdırılmalıdır. Yol, keçid, gömrük tarifləri, elektronlaşma və digər tədbirlər bu yolun cəlbediciliyini artırmalıdır. O ki qaldı ticarət tərəfinə, ticarət həcmi artırılmalıdır. İlkin mərhələdə preferensial, daha sonra isə sərbəst ticarət müqaviləsi imzalanmalıdır. Xüsusilə, Suriyanın yenidən qurulması prosesində Türkiyənin dəstəyə ehtiyacı var. Azərbaycan bununla bağlı açıq dəstəyini ifadə edib. Cənab Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışığında dəstəyini bildirib. Eyni zamanda Azərbaycan xarici işlər naziri Yalçın Rəfiyev Suriyaya səfər edib. O cümlədən Azərbaycan  Suriyaya 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşınından ibarət humanitar yardım göndərib. Son olaraq, Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyevin Türkiyə-Suriya sərhədinə səfəri maraqlı şərhlərə səbəb olub. Bir sözlə, Azərbaycanın Suriya məsələsində Türkiyəyə dəstəyi tamdır. Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində vurğulayıb ki, Türkiyə hansı formada dəstək istəsə, Azərbaycan bu dəstəyi göstərməyə hazırdır. Düşünürəm ki, Özbəkistan da bu prosesə dəstək verə  bilər çünki Azərbaycan və Türkiyə ilə birgə hərəkət etmək istəyir. Bir sözlə, bu, bundan sonrakı dövrdə ticarət, nəqliyyat və xarici siyasətdə regionun gələcəyini formalaşdıracaq formatdır. Ankarada təşkil edilən üçtərəfli formatda görüş TDT-i, regionda üç dövlətin mövqeyini daha da qüvvətləndirəcək, sabitliyin, əməkdaşlığın, təhlükəsizliyin dərinləşməsinə müsbət təsir edəcək”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

TDT-nin 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq

Next

Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçılarının görüşü oldu

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv