Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

General Mirzəyevin BU SƏFƏRİ türk düşmənlərini QORXUYA SALDI

By Vüsal Rafiqoğlu
29.01.2025 4 Min Read

Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığının dərinləşməsindən təşvişə düşənlər; deputat: “Suriyadakı terrorçu ünsürlərin bir hissəsi İkinci Qarabağ savaşında Azərbaycana qarşı vuruşmuşdu”

Türkiyəyə səfər edən Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunlarının komandanı general-polkovnik Hikmət Mirzəyev Kilis yaşayış məntəqəsində də (Türkiyənin Suriya ilə sərhədi) olub.

Məlumata görə, general Mirzəyev və digərləri Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı ilə görüşüblər. “Türkiyə Sərhəd Qoşunlarının komandanı Bayraktaroğlu iki ölkə arasında artan hərbi əməkdaşlıq və koordinasiya haqqında məlumat verib və əldə edilən təcrübələri diqqətə çatdırıb”, – deyə məlumatda bildirilir.

Hikmət Mirzəyev Türkiyə-Suriya sərhədində - Fotolar » Son  xəbərlər,Azərbaycanda və Dünyada ən aktual hadisələr 1Xeber.media Xəbər  Saytında

Qeyd edək ki, Hikmət Mirzəyev yanvarın 24-dən Türkiyədə rəsmi səfərdədir. Görüşlərdə hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair geniş fikir mübadiləsi aparıblar. H.Mirzəyev ordu generalı Metin Gürak da daxil olmaqla, digər şəxslərlə də çoxsaylı görüşlər keçirib. “Bir müddət əvvəl Azərbaycan rəhbərliyi Türkiyə ilə birlikdə Suriyanın bərpasında iştirak edəcəyini bəyan edib. Göründüyü qədər, Hikmət Mirzəyevin səfəri Bakının Suriyadakı əməliyyatlarda hərbi iştirak niyyətindən xəbər verir”, – deyə “Turan”ın şərhində bildirilir.

Yada salaq ki, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan da Bakıda olub və dövlət rəhbərliyi ilə görüşüb. “Azərbaycan Türkiyə ilə birgə Suriyada sabitliyə və humanitar məsələlərin həllinə dəstək verəcək”. Bunu isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq səfiri Cahit Bağçını səlahiyyət müddəti başa çatması münasibətilə qəbul edərkən deyib. Görüş zamanı Azərbaycan və Türkiyənin geniş anlamda regional və beynəlxalq təhlükəsizliyə töhfə verən birgə fəaliyyətlərin bundan sonra da davam etdiriləcəyinə dair inam ifadə olunub. Bu istiqamətdə Azərbaycanın xüsusilə Yaxın Şərq və Suriyada sabitliyə və humanitar məsələlərin həllinə qardaş Türkiyə ilə birgə dəstək verməyə davam edəcəyi qeyd olunub.

“Sputnik-Ermənistan” isə daha uzaqgedən nəticələr çıxarıb. “Azərbaycan Türkiyənin Suriya kürdlərinə qarşı hərbi əməliyyatında iştirak edə bilər”, – deyə iddia edib. Sayt “son aylarda Ankara dəfələrlə Suriyada Kürdüstan Fəhlə Partiyasının bölmələrinə qarşı hərbi əməliyyatlara başlaya biləcəyini bəyan edib”, – deyə xəbəri tamamlayıb. Qeyd edək ki, ermənilər Suriya kürdləri ifadəsini qəsdən işlədiblər. Çünki dinc kürdlərə qarşı Türkiyə heç vaxt hər hansı hərbi əməliyyat aparmayıb. Söhbət kürd yaraqlılardan – PKK və PYD terror təşkilatdan gedir. Türk düşmənlərinin Hikmət Mirzəyevin səfərindən narahatlığının səbəbi bəllidir. Əvvəla, Suriya erməniləri həmişə Bəşər Əsəd rejiminin “vuran əli” olub. Suriyanın vətənpərvər qüvvələrinə qarşı soyqırımları, terrorları və işgəncə səhnələrini Bəşər Əsəd əsasən ermənilərin əli ilə törədib. Hətta Əsəd rejiminin türmələrindəki cəza-işgəncə qruplarının çoxu da ermənilərdən ibarət olub. Bunu bütün ölkə, o cümlədən də indi hakimiyyətə gələn qüvvələr çox gözəl bilir. Bu səbəbdən bundan sonrakı dönəmdə Suriya ermənilər üçün bir cəhənnəmə çevriləcək. PKK-ya gəlincə, uzun illərdir ki, erməni terror qruplaşmaları ilə əməkdaşlıq edir. Bu faktdır ki, PKK düşərgələrində həmişə kifayət qədər erməni döyüşçülər olub. Müharibə dönəmində minlərlə erməni Ermənistanın vasitəsi və beynəlxalq erməni diasporunun maliyyə dəstəyi ilə Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində, xüsusən də Laçın rayonunda qeyri-qanuni məskunlaşdırılmışdı. Səfərin əhəmiyyəti barədə nə demək olar? Bu səfər konkret nəyə hesablanıb? Azərbaycanın Türkiyə ilə birgə sülhyaratmada iştirakı regional güclərin (İran, Rusiya, İsrail) hansı reaksiyasına səbəb ola bilər?

Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi

Deputat Sahib Aliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın Suriyada humanitar böhranın aradan qaldırılmasından tutmuş, orada quruculuq işlərinə dəstək və terrorun kökünün kəsilməsində Türkiyə ilə birgə hərəkət edəcəyi öncədən bəlli idi: “Belə başa düşürəm ki, Azərbaycan təkcə Türkiyə-Suriya sərhədində deyil, qardaş dövlətə qarşı digər ölkələrdən gələn terror təhdidlərinin aradan qaldırılmasında əlindən gələni etməyə hazırdır. Hər halda, cənab Prezidentin sözügedən intervüdəki aşağıdakı sözləri belə bir nəticəyə gəlməyə əsas verir: “Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir. Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq””. S.Alıyev çox mühüm bir faktı da xatırlatdı: “Yeri gəlmişkən, Suriyadakı terrorçu ünsürlərin bir hissəsi İkinci Qarabağ savaşında Azərbaycana qarşı vuruşmuşdu. Söhbət Masis Mutanyanın rəhbərlik etdiyi Nubar Ozanyan adına hay terrorçu yığnağından gedir. Və hay terrorizminə dəstək verənlərin onlardan Azərbaycana qarşı faydalanmağa çalışacaqlarının bəzi əlamətləri indidən görünməkdədir. Ermənistanda gənclərdən terrorçu hazırlayan VOMA və digər təşkilatları kimlərin maliyyələşdirdikləri, bəzi hay terrorçularının hansı bəd əməllər planlaşdırdıqları bəlli ola-ola tutulmayaraq  Ermənistana necə göndərildikləri haqda xəbər hətta açıq mənbələrdə də var. Yəni ötən əsrin 90-cı illərində hay terrorundan böyük əziyyət çəkən Azərbaycanın özünün də marağındadır ki, onun kökü hər yerdə qazılıb atılsın və bizim bölgədə terrora, terrorçulara yer olmasın”.

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov da qeyd etdi ki, Azərbaycan və Türkiyə müxtəlif məsələlərdə əməkdaşlıq edir: “İki ölkənin hər bir mənada dərin strateji münasibətləri və qardaşlığı mövcuddur. Eyni zamanda Azərbaycan və Türkiyə hərbi sahədə də geniş əməkdaşlıq imkanlarına malikdir. Digər tərəfdən, bizim beynəlxalq münasibətlərə yanaşmamızda da böyük fikir birliyi mövcuddur. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı daha da inkişaf edir. Azərbaycan Suriya xalqının rifahını və sabit Suriyanın dövlətçiliyini dəstəkləyir. Təəssüflər olsun ki, Əsəd rejiminin ermənipərəst despotizmi üzündən Suriya ilə Türk dünyasının münasibətləri zədələnmişdi. Bu gün isə Suriyaya yeni nəfəs gəlib. Azərbaycan Prezidenti vurğulayıb ki, Türkiyə sərhədlərinin yaxınlığında terrorçuların fəaliyyətinə imkan verilə bilməz. Beləliklə, Azərbaycan-Türkiyə müttəfiqliyi fonunda Hikmət Mirzəyevin səfərindən anti-Azərbaycan və antitürk dairələrin “narahatlığı” da gözlənilən idi”. T.İsmayılov qeyd etdi ki, İran da, Rusiya da Azərbaycan-Türkiyə müttəfiqliyinə bələddir: “İran və Rusiya əgər hansısa formada Suriyada özünü göstərməyə çalışırsa, haqsız formada Azərbaycan və Türkiyənin də Suriyanın quruculuğunda iştirakından narahat olmamalıdır. Hər bir halda Mirzəyevin səfəri ilə bağlı manipulyasiya cəhdləri anlamsızdır”.

Ermənistan və havadarlarının Türkiyə və Azərbaycanın hərbi əməkdaşlığından narahatlığı isə anormallıqdır. Ermənistanla hərbi “dillə” danışmaq niyyəti olsa, bunu hər iki ölkəmiz ayrı-ayrılıqda da reallaşdıra bilər, Ermənistanın izi-tozu belə qalmaz. Amma Bakı və Ankara rəsmi İrəvana konstruktiv mövqe sərgiləməyi, 3+3 formatında əməkdaşlığı, Zəngəzur dəhlizini açmağı, kommunikasiyaları blokdan, Naxçıvan bölgəsini blokadadan çıxartmağı tövsiyə edir. Məsləhətə qulaq asmasalar…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Moskva Bakı ilə münasibətləri niyə gərginləşdirir? – ŞOK TƏFƏRRÜAT

Next

Azərbaycanda bələdiyyə seçkisi: Səsvermə başladı

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv