Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Paşinyan-kilsə savaşı yenidən qızışdı – bu daha TAM FƏRQLİ…

By Vüsal Rafiqoğlu
29.01.2025 4 Min Read

Baş nazir tarix boyu qana susamış, faşistlərlə əlbir olmuş və revanş hikkəsi ilə yaşayan erməni kilsəsini tam zəiflətmək xətti götürüb, bu dəfə vergi təzyiqlərinə başlayır; II Qareginlə qarşıdurma gələnilki seçkilərdən sonra daha da güclənəcək

“Dövlət kilsənin işlərinə, kilsə isə dövlətin işlərinə qarışmamalıdır”. “Yeni Müsavat” qeyd edir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İsveçrədə erməni icmasının bir qrup nümayəndəsi ilə görüşü zamanı bildirib. Hökumət və kilsə münasibətlərindəki problemlərə gəlincə, Nikol Paşinyan qeyd edib ki, kilsə şəffaf olmalıdır.

“Hamı hökumətdən şəffaflıq tələb edir: hara getdiyinizi, kiminlə və nə yediyinizi, necə nəfəs aldığınızı deyin… Biz də bununla razıyıq. Bu sualları cavablandırmaqdan imtina etmirik. Həm də təkcə biz yox, dostlarımız, qohumlarımız, hətta həyatında heç olmasa bir dəfə salamlaşan insanlar da şəffaf davranmalıdırlar. Niyə kilsə də şəffaf olmasın?”, – Paşinyan bildirib. Paşinyan bildirib ki, əgər dövlətdə kimsə nəsə satırsa, vergi ödəyirsə, “bəs niyə kilsə şam satanda ödəmir? Amma biz bu pulları büdcəyə göndərmək fikrində deyilik, hamısını son qəpiyinə qədər kilsəyə qaytaracağıq”, – o əlavə edib. Baş nazir həmçinin kilsənin fəaliyyəti dövlətdən ayrı olduğu üçün bütün ermənilərin katolikosu II Qaregini dəyişmək məqsədi güdmədiyini vurğulayıb.

Kilsə ilə hökumət arasındakı qarşıdurma Paşinyan və müttəfiqlərinin 2018-ci ildə küçə etirazları dalğasından sonra hakimiyyətə gəlişi ilə başlayıb. “Məxməri inqilab” ölkəni 20 il idarə edən və kilsə ilə yaxşı münasibətdə olan köhnə qvardiyanı süpürdü. Ermənistanın 44 günlük müharibədə məğlub olması münasibətlərdəki gərginliyi daha kəskin həddə çatdırdı. Belə ki, həmin məğlubiyyətə görə II Qaregin də hökuməti açıq şəkildə tənqid etdi. Ermənilərin Dağlıq Qarabağı tamamilə tərk etməsi də hakimiyyətlə kilsə arasında münaqişəni daha da artırdı. Katolikos “artsax”ın itirilməsinin əsas səbəblərindən biri kimi “Ermənistan hakimiyyətinin Dağlıq Qarabağla bağlı yanlış siyasətini” göstərir. Paşinyan hökuməti isə bunlara cavab olaraq  Qareginin mühafizəçilərinin dövlətdən maliyyələşdirilməsini dayandırdı.  Bundan sonra proses kilsənin fırıldaqla məşğul olması, dələduzluğu, 12 milyon dollar məbləğində ianənin mənimsənilməsi, Qareginin hökumətə qarşı çıxışları ilə davam edib. Baqrat Qalstyanın rəhbərlik etdiyi anti-Paşinyan hərəkatına kilsənin açıq dəstəyi münasibətlərin hansı həddə gərgin olduğunu bir daha göstərdi. Paşinyan isə buna reaksiya verərək “ümumerməni kilsəsi siyasətlə məşğul olmaq istəyirsə, siyasi partiya yaratsın” dedi.  Baş nazir vurğulamışdı ki, kilsə ilə dövlətin funksiyalarını qarışdırmaqdan təhlükəli heç nə yoxdur: “Üst-üstə düşən bir çox məsələlərin olmasına baxmayaraq, dövlət və kilsə öz işi ilə məşğul olmalıdır”.

Kilsə və hökumət arasında münasibəti katolikos II Qareginin Paşinyanla bir müddət əvvəlki söz atışması da sübut edir. Paşinyanın “ölkəmizdə Tanrıya inanmayan ruhanilər var” replikasına “Tanrıya inanmayan insan din xadimi ola bilməz” cavabını verib. Paşinyan daha sonra ikibaşlı söz atıb: “Kilsə ilə hökumət arasında münasibətlər yaxşı deyilsə, deməli, kilsənin Tanrı ilə yaxşı münasibəti yoxdur”. Ekspertlərə görə, II Qareginlə Paşinyan arasında qarşıdurma ən azı 2026-cı ilin iyununda keçiriləcək növbəti parlament seçkilərinə qədər davam edəcək.

“Ermənistan kilsə dövlətidir. Uzun illər kilsə dövlətin həyatında iştirak edib. Bu gün də kilsənin təsiri qalır. Çünki erməni diasporu kilsə ilə həmfikirdir. Amma hakimiyyət “real Ermənistan” deyəndə həm də kilsənin idarəçiliyə müdaxilə etməməsini nəzərdə tutur. Kilsə isə həmişə qan-qadaya çağırıb. Halbuki din sülhə dəvət etməlidir. Bu mənada, Paşinyan son 6 il ərzində kilsənin siyasi  rolunu xeyli azalda bilib və məsafə saxlayıb” – “Yeni Müsavat”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli bu qənaətdədir.

Samir Əsədli: "Paşinyan ağır məğlubiyyətdən yaxasını qırağa çəkməyə  çalışır" - VHP

Samir Əsədli

Son olaraq keşiş Baqratın başladığı hərəkatın fiaskoya uğradığını xatırladan S.Əsədli hesab edir ki, bu, Paşinyanın kilsə üzərində qələbəsi və erməni cəmiyyətinin artıq Eçmiədzinə inamının dəfn olunmasının göstəricisi idi. VHP funksionerinin fikrincə, revanşizmin təbliği fayda vermir və yeni erməni nəsli daha müharibə istəmir: “Sözsüz ki, qisas hissi ola bilər. Ancaq irəliyə baxmağa çalışırlar. Kilsə və Qarabağdan Ermənistan siyasətinə gəlmiş keçmiş klan xalqa yaşatdığını yaşadıb. Məlum oldu ki, bu illər ərzində ermənilər nə Cəbrayıl, Zəngilan haradır bilmirlər, nə işğaldan xeyir görüblər. Onların “artsax” mifi də darmadağın oldu. Ona görə də daha kilsə-diaspora-keçmiş klan birliyinə inam yoxdur. Odur ki, əsl Ermənistanda yaşamaq haqda fikirləşirlər. Bu da Qarabağsız Ermənistandır. Yəni sərhədlər dəqiqləşir və sülh imzalanır. Kilsə və onun başındakı II Qaregin isə hələ də utopiya danışır, revanş xülyaları ilə yaşayır. Bundan da Paşinyan istifadə edir və xalqa seçim qoyur”.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Qəzetimizə bu mövzunu şərh edən Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə isə Erməni Apostol kilsəsi ilə Paşinyanın ulduzlarının hakimiyyətə gəldiyi gündən toqquşduğunu düşünür: “Demək olar ki, kilsə hökumətə təsir etməyə çalışır. Paşinyan isə kilsəni siyasətdən kənarda qoymağa cəhd edir. Kilsə çox çalışdı ki, onu devirsin. Xüsusən keşiş Srbazan qabağa verildi, amma nəticəsi olmadı. Nikolun İsveçdə kilsənin vergidən yayındığını deməsi də xüsusi vurğulanmalıdır. O deməkdir ki, Paşinyan yeni təzyiqlərə başlayacaq”.

Partiya rəsmisinin sözlərinə görə, kilsə ərazi iddialarının əsas səbəbkarıdır: “II Qaregin Ermənistanın Türkiyə və Azərbaycanla normallaşma prosesinə mane olur. Paşinyanın qondarma soyqırımdan imtinası da kilsədə narazılıq doğurur. Göründüyü kimi, kilsə avantürist siyasətdən əl çəkmir və Ermənistanda qütbləşmənin dərinləşməsində, qonşulara düşmənçilikdə mühüm rol oynayır. İndi də barışa qarşı gedir. Bu da ilk növbədə erməni xalqında etiraza səbəb olmalıdır. İsveç görüşündə çıxışı isə göstərdi ki, Paşinyan kilsənin üzərinə getməkdə davam edəcək, siyasi hücumları artıracaq. Ancaq kilsə də geri addım atmır. Ona görə. Paşinyan növbəti mərhələdə kilsənin dayaqlarının zəiflədilməsi istiqamətində yeni  islahatlar aparacaq. Bu da seçkidən sonraya təsadüf edəcək. Ümumilikdə erməni kilsəsi müəyyən qədər zəiflədilib, amma siyasətə təsirləri hələ də qalmaqdadır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ombudsman bələdiyyə seçkilərində səs verib

Next

Moskva Bakı ilə münasibətləri niyə gərginləşdirir? – ŞOK TƏFƏRRÜAT

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv