Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub – ŞOK FAKTLAR

By Vüsal Rafiqoğlu
31.01.2025 4 Min Read

Xüsusi təlim mərkəzi Kotayk rayonunun Abovyan şəhəri yaxınlığında yerləşir; Paşinyanın sülh bəyanatlarının arxasından revaniştlərin istəkləri çıxır; komitə sədri: “Əgər ermənilər başa düşməsə…”

Ermənistanın gizli müharibə hazırlığı haqda  Minval.az sensasion yazı hazırlayıb. Bildirilir ki, 2020-dəki məğlubiyyətdən sonra idman klubu kimi kamuflyaj edilmiş xüsusi taktiki, snayper və təxribat hazırlığı mərkəzi yaradılıb. Bu xüsusi təlim mərkəzi Kotayk rayonunun Abovyan şəhəri yaxınlığında yerləşir. Taktik baza (ARM Tactical) Ermənistanın paytaxtından cəmi 11-12 km, yaxud maşınla 15 dəqiqəlik məsafədə, tərk edilmiş karxananı xatırladan ərazidə yerləşir.

Məlumatlı mənbələrimizin qeyd etdiyi kimi, ARM Tactical əvvəlcə kiçik bir atış poliqonundan ibarət olub. İndi isə  ən müxtəlif təlim prosesləri, müasir taktiki atış texnikası, kiçik zərbə qrupları taktikası və s. öyrədilir. Bu hərbiləşdirilmiş strukturun Ermənistan Müdafiə Nazirliyinin balansında olması barədə də internetdə məlumat yayılıb ki, bu hələ təsdiqini tapmayıb və ya rəsmən təkzib edilməyib. Obyektin hərbi maşınları olan nəhəng təlim mərkəzinə çevrilməsi dövlət  tərəfindən maliyyələşdirilməsindən xəbər verir.

Maraqlıdır ki, təlimlərdə könüllülərlə   yanaşı, Ermənistanın dövlət qurumlarının əməkdaşları da aktiv iştirak edirlər. Şübhə yoxdur ki, taktiki mərkəz keçmiş xüsusi təyinatlıların və kəşfiyyatçıların toplaşdığı əsl terrorçu təlim mərkəzidir. Kameraya çəkilən və sosial şəbəkələrdə yerləşdirilən bütün taktiki texnikalar NATO-nun xüsusi təyinatlı qüvvələrinin analoji təlimlərinin məşqidir.

Beləliklə, Ermənistanda təxribat və terror fəaliyyəti üçün geniş kadr hazırlığına başlanıldığı aydın olur. Üstəlik, bu, dövlətin nəzarəti altında, görünür, dövlət büdcəsi hesabına, eyni zamanda “idman klubları”, “yeniyetmələr üçün sağalma məktəbləri” və s. adı altında həyata keçirilir.

Aydındır ki, bu qruplar ilk növbədə Azərbaycan və Türkiyəyə qarşı terror müharibəsi üçün hazırlanır. Həmçinin şərti sərhədlərdə səngərlər qazılır, hərbi texnika yerləşdirilir.

Fakt budur ki, rəsmi İrəvan eskalasiya yolunu seçir – Paşinyanın sülh bəyanatlarının arxasından revanşistlərin istəkləri çıxır. Avropa İttifaqının hərbi-casus şəbəkəsinin ömrünün daha iki il müddətinə uzadılması da Ermənistanın gərginliyi tətikləmək niyyətinin məntiqi davamıdır.

Bütün bunlar nə anlam kəsb edir? Ermənistandakı son addımlar Azərbaycan komando bölüklərinə qarşı hazırlıqlara bənzəyir. Elə isə niyə bunu rəsmi şəkildə etmirlər?

Arzu Nağıyev komitə sədri seçildi – SumqayitXeber.Com

Arzu Nağıyev 

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Ermənilərin sülh adı altında apardığı gizli hərbiləşmə siyasəti artıq bizə məlumdur və bu özünü 2025-ci il dövlət büdcəsində aydın şəkildə büruzə verir: “Təəssüf ki, Ermənistanın bu addımı ilə sülh “canfəşanlığı” üst-üstə düşmür və bu proses Cənubi Qafqazda sülhə açıq aşkar təhdiddir. Ermənistan öz məkrli siyasətinin beynəlxalq müstəviyə  çıxmaması, eyni zamanda xalqın aqressiyası ilə üzləşməmək üçün öz planlarını müxtəlif adlar altında kamufilə edir. Rəsmi İrəvanın qanunvericilik sistemində etdiyi bir sıra dəyişikliklər Azərbaycana qarşı diversiya-təxribat işlərini dəstəkləyir. Bu da deməyə imkan verir ki, Ermənistan revanşa hazırlanır. Qarşı tərəfin sürətlə silahlanması, sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi regionda gərginliyi artıra bilər. Çünki Ermənistanın bu hərəkəti Azərbaycan, eyni zamanda onun  müttəfiqləri üçün təhlükədir. Qeyd edim ki, Azərbaycan regionda sülhün bərqərar edilməsində maraqlı tərəfdir. Lakin Azərbaycan Ordusu ölkəmizə və onun ərazi bütövlüyünə qarşı olan istənilən təxribata cavab vermək iqtidarındadır”.

A.Nağıyev bildirdi ki, qonşu dövlətlər arasında sabitliyin əsas şərti qarşılıqlı olaraq suverliyin tanınmasıdır: “Əgər ermənilər bunu başa düşməsə, “Dəmir yumruq” hər zaman başlarının üstündə olacaq”.

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan son vaxtlar konkret olaraq qarşısına məqsəd qoyub və öz ordusunu hazırlamaq üçün müəyyən planlar həyata keçirir: “Bu planların içərisində ayrı-ayrı vaxtlarda güc strukturlarında xidmət etmiş şəxslər, yaxud vaxtilə silahlı qüvvələrdə təmsil olunanları, bu gün ehtiyatda olan şəxsləri – onların aralarında idmançılar da var – bir çətir altına toplayırlar. Təlimatçıların da cəlb olunduğu mərkəzdə onlara hazırlıqlar keçirlər ki, sabah təxribatlar üçün onların fəaliyyətindən istifadə olunsun. Onların arasında xüsusi təyinatlılar da, kəşfiyyatçılar da var. Bu şəxsləri xüsusi proqram üzrə hazırlayırlar. Özü də bunlar bu gün üçün, sabah üçün yox, yaxın gələcək üçün hazırlanır. Ermənistan NATO-nun xüsusi təyinatlılarının proqramı əsasında bu şəxsləri hazırlayır. Üstəlik, biz bilirik ki, Ermənistan təxribat və terror üzrə dünyada ad çıxaran ölkədir. Bu ölkənin təməli təxribat və terror üzərində qurulub. Ona görə də Ermənistanda yeniyetmələr və gənclər üçün mərkəz və klub adında hələ çox hoqqaların şahidi olacağıq”. Ü.Cəfərov düşmən təxribatlarına qarşı nə etməli olduğumuz barədə bunları söylədi: “Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinin keçirilməsi, döyüş hazırlığının yüksəldilməsi ilə bağlı işlər davam etdirilir. Ermənistan Təhlükəsizlik Şurası daha çox Ermənistan ətrafındakı riskləri dəyərləndirir, müəyyən məsələləri müzakirə edirlər, bu da başadüşüləndir. Ermənistanın Azərbaycanın Komando hərbi hissələrinə çatması üçün on il vaxt lazım olacaq. Həmçinin 44 günlük müharibədəki məğlubiyyətdən sonra Ermənistanın öz ordusunu döyüş qabiliyyətinə çatdırmaq üçün 5-10 il vaxt lazımdır. Onlar hələ öz məqsədlərini rəsmən elan etməyəcəklər. Çünki Ermənistanın silah-sursat almaqla bağlı da çətinlikləri var. Bəzən ağlayıb-sızlayırlar ki, maliyyə vəziyyəti yaxşı deyil. Orduda xeyli rüşvətxorluq və korrupsiya faktları mövcuddur. Keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işinin açılması, eks-nazir David Tonoyanım həbs edilməsi, o cümlədən Qarabağda təlimatlandırılıb göndərilmiş Calal Arutyunyana qarşı elan olunan ittihamlar bunun sübutudur”. Polkovnik dedi ki, Ermənistanın sülh bəyanatları bizi arxayınlaşdırmamalıdır: “Bu dövlətin adı Ermənistandır. Bu ölkə hər zaman separatçılığı, terroru, dağıdıcılığı əsas götürərək formalaşıb. Ona görə də hesab edirəm ki, Ermənistanın təxribatçı addımları həm Azərbaycanın müvafiq qurumları tərəfindən izlənilir, təhlil olunur. Eyni zamanda  Ermənistan hazırlaşır. Yaxın illər üçün 102-ci hərbi bazanın müəyyən təhdidləri ola bilər, həm Türkiyə, həm Azərbaycan faktoru var. Üstəlik, onlar qəti qərar veriblər ki, Qərb çətiri altında – Amerika, Fransa, Yunanıstanın çətiri altında  öz gələcəklərini qursunlar. Bu istiqamətdə də fəaliyyətləri, KTMT tədbirlərindən imtina qərarları bunu sübut edir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bərdə Şəhər Bələdiyyə Seçkilərinin Nəticələri Açıqlanıb!

Next

Nazirin bütün ölkəni maraqlandıran suala cavabı

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv