Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Vətəndaşlara Çindən avtomobil gətirmək qadağası

By Vüsal Rafiqoğlu
31.01.2025 4 Min Read

Elməddin Muradlı: “Tövsiyə edirəm ki, rəsmi dilerdən maşın alsınlar”

“Məlum olub ki, ötən il Azərbaycana idxal olunan avtomobillərin 45%-i paralel idxaldır, yəni “boz bazardan” gətirilir. “Boz bazar” isə el arasında qeyri-rəsmi gətirilən avtomobillər deməkdir. Yəni vətəndaş rəsmi servis mərkəzindən yox, özü birbaşa daha ucuz qiymətə Çinin istehsalçı şirkətindən maşını alıb, öz adına idxal edir”.

Bunu tanınmış texnobloger Fərid Pərdəşünas  sosial hesabında yazıb. Onun sözlərinə görə, bu rəqəm Azərbaycanda bəzi dilerləri narahat edib. Verilən məlumatlara görə, onlar dövlətə, Sahibkarlar Konfederasiyasına müraciətlər edirlər ki, vətəndaşın belə alışlarına məhdudiyyətlər gəlsin. Bloger vurğulayıb ki, hətta bununla bağlı Sahibkarlar Konfederasiyası məhdudiyyətləri əks etdirən təklif hazırlayır.

 F.Pərdəşünas bunu olduqca absurd yanaşma hesab edir: “Birincisi, onu deyim ki, mən özüm Çin avtomobilimi (Tesla yox, Geely) servisdən almışam. YouTube kanalıma baxsanız, rəsmi servislərlə əməkdaşlıq etdiyimi görərsiniz. Onlardan pul qazanmışam. İzləyiciyə verdiyim məsləhətlər də həmişə servisin imkanları ilə bağlı olub ki, servisdən alsanız, zəmanət, xidmət, ehtiyat hissə zəmanəti əldə etmiş olursunuz. Amma bu o demək deyil ki, vətəndaşın seçim imkanı məhdudiyyətlərlə tənzimlənsin. Azərbaycanlı sahibkar hansısa avtomobil istehsal edir ki, onun hüququ da qorunsun? Avtomobili qoyaq kənara, bəlkə biri təkər istehsal edir? Bu, sahibkarı yox, alverçini qorumaq məntiqi olardı. Və ya Azərbaycandakı dilerlər ölkə iqtisadiyyatına nə qədər fayda verir? Nə qədər kütləvi iş yeri və salonu var ki, dövlət onları qorusun? Vətəndaş da gətirəndə vergisini və rüsumunu ödəyir, dövlətə xeyir verir. Bəlkə sahibkar bundan artığını edir?”

O hesab edir ki, sahibkarlar belə direktiv qərarları yox, maarifləndirməni seçməlidirlər: “Rəsmi satıcılar daha üstün imkanlar təqdim edib, alıcını cəlb etməlidir: servis, xidmət, ehtiyat hissə, bazara uyğun xüsusi imkanlar, dil dəstəyi və s. Onsuz da bunu verəndə, mənim kimi servis tərəfdarı olanlar gedib oradan alacaq”.

Fərid Pərdəşünas hesab edir ki, bunu istəməyənləri məcbur etmək doğru deyil. Onun sözlərinə görə, dilerlərdən pul alıb, sifarişlə belə təbliğat, reklam aparan blogerlər, influencerlər doğru mesaj vermir: “Mən də bu işi görürəm, amma qətiyyən alıcını qadağa altına salmaq olmaz. Əgər dövlət bir qadağa qoyacaqsa, bu, həm sahibkar, həm də adi vətəndaş üçün eyni olmalıdır. Məsələn, ABŞ deyir ki, mən Çin brendlərinə 100% rüsum tətbiq edirəm. Daha bunu sahibkara və vətəndaşa ayırmır”.

Bloqçu bildirir ki, hazırda dövlətin strateji baxışı məhz avtomobil parkını yeniləməkdir. O xatırladır ki, hibrid və elektrik avtomobillərinə olan güzəştlər, xarici bazara əlçatanlıq ucuz avtomobil almağa imkan yaradıb: “İnsanlar 20-30 min manata təzə maşın alırlar və dövlətin bu strategiyası əladır. Düşünürəm ki, dövlət elə bu cür də davam etməlidir. Sahibkarlar isə azad rəqabətə uyğunlaşmalıdır, direktiv qərarlardan mədət ummamalıdırlar”.

Elməddin Muradlı: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil,  sadəcə, 10 qəpik artım olub” Pravda.az

Elməddin Muradlı 

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirib ki, “boz bazar”la bağlı araşdırmalar aparılır. Onun sözlərinə görə, bu məsələdə müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edilir: “Rəsmi dilerlər bu problemdən çox ciddi şəkildə əziyyət çəkirlər. Nəzərə alaq ki, paralel idxal dövlətə və rəsmi dilerlərə çox böyük ziyan vurur. Onlar rəsmi gətirilən avtomobilləri sata bilmirlər. Əslində alıcıların da heç xeyrinə deyil. Bəzən alıcılar fikirləşirlər ki, ucuz qiymətə maşın alıb qabağa düşdülər, əslində sonradan ortaya çıxan problemlər onu göstərir ki, yanılıblar. İnsanlar eyni modelin Çin versiyasını daha ucuz qiymətə alırlar. Burada qiymət fərqi 5-10 min arasındadır. Məsələn, “Toyota”nın avtomobili rəsmi şəkildə gətiriləndə ona ən azı  5-6 il rəsmi zəmanət verilir, ödənişlər etməklə bu zəmanəti 10 ilə kimi artırmaq olar.  Bununla da avtomobili rəsmi dilerdən alan şəxs üçün risk azalır. Eyni zamanda həmin maşını satan zaman da rahat olur ki, zəmanəti var və s. Bu avtomobillər istehsal olunarkən ölkələrin xarakterinə uyğunlaşdırılır, müxtəlif səviyyələrdə müzakirələr gedir. Mütəxəssislər Azərbaycanın iqlim, yol şəraitini, yanacağının keyfiyyətini araşdırırlar və ondan sonra qərar qəbul olunur ki, ölkəmiz üçün göndəriləcək avtomobillər təxminən bu parametrdə olsun. Yəni istehsalı Azərbaycana uyğunlaşdırırlar. Paralel idxalda isə rəsmi servis heç bir zəmanət vermir, yanaşma fərqli olur. Elə ölkə var ki, vətəndaşına şərt qoyur ki, il ərzində şəxsi istifadə üçün yalnız bir maşın gətirə bilərsən. Və yaxud da ölkəyə paralel idxalla avtomobil gətirirsənsə, rəsmi dilerlə razılaşmalısan. Əks təqdirdə,  vətəndaş hansısa problem yarananda ehtiyat hissə tapa bilmirəm deyib çətinlik çəkəcək. Rəsmi diler isə ehtiyat hissələrinin orjinalını ölkəyə gətirir, servis xidməti göstərir. Paralel idxalla gətirən adam isə pulu alır, maşını təhvil verir və deyir ki, heç bir problemə görə məsuliyyət daşımır. Bu yaxınlarda araşdırma apardım, “Toyota”nın hansısa modelində kiçik nöqsan var idi. Ölkə üzrə həmin avtomobillərdən tapıb gətirdi ki, mühərriki dəyişməlidir. Burada alıcının heç bir xərci çıxmadı. Həmin maşınların Çin versiyalarından nə qədəri ölkəyə gəlib. Görün, onlarla bağlı hansısa yenilənmə edildimi? Doğrudur, rəsmi idxalçı gətirəndə qiymət bir az çox olur. Çünki o servis xidməti göstərir, zəmanət verir, onun dövlətə ödədiyi pulların da həcmi çox olur.  “Toyota”nın Çin versiyası olan maşınının qəza videosuna baxmışam. Orada avtomobil qəza zamanı kağız kimi ovuldu.  Çin versiyası daha komfortlu görünür, lakin qəza anında qutu kimi əzilir. Ona görə də vətəndaşlara tövsiyə edirəm ki, rəsmi dilerdən maşın alsınlar”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gözəllik salonlarına da qadağalar gəlir

Next

İcra hakimiyyətinin əməkdaşının ailəsi ilə birgə həlak olduğu qəzanın TƏFƏRRÜATI

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv