Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Gürcüstandan Azərbaycana ZƏRBƏ – Bakıdan etirazlar

By Vüsal Rafiqoğlu
04.02.2025 4 Min Read

Qonşu ölkənin telekanalında “Basqalı” rəqsi “erməni şalaxosu” kimi təqdim olunub – dövlət qurumları işə qarışdı

Gürcüstanın “İMEDİ” televiziya kanalında Azərbaycana məxsus “Basqalı” rəqsi növbəti dəfə təhrif edilərək “Somxuri şalaxo” – “erməni şalaxosu” kimi təqdim olunub. Musavat.com bildirir ki, bu dəfə gürcü müğənni Tamar Kotetişvili sintezatorun müşayiəti ilə Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsinə (musiqisinə) yazılmış mahnını “erməni şalaxosu” adı altında ifa edib.

Qeyd edək ki, bu, ilk belə hal deyil. Ötən ilin sentyabrında “İMEDİ” kanalında yayımlanan “Çveni şou” proqramında müğənni Dodona Namoradze, 2023-cü ilin noyabrında isə “1TV.GE” telekanalında yayımlanan “Natalia & Datuna” şou proqramında müğənni Natalia oxşar addım atmışdı.

Bundan başqa, ötən ilin may ayında “Rustavi” telekanalında yayımlanan “Paatas da Nikas şou” proqramında Azərbaycan xalq mahnısı “Bu qala, daşlı qala” “Sənə sevgi söz verirəm” adı ilə gürcü dilində təqdim edilmişdi.

Məsələ ilə bağlı Azərbaycan Əqli Mülkiyyət Agentliyi Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi “SAKPATENTİ”nin rəhbərliyinə rəsmi müraciət ünvanlamışdı. Görünən odur ki, Gürcüstan televiziya kanalları Azərbaycan musiqi və rəqslərinin müəlliflik hüquqlarını pozmaqda davam edir. “Son məsələ ilə bağlı Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi “Sakpatenti”nin rəhbərliyinə zəng olunaraq xəbərdarlıq edilib”. Bu barədə Azərbaycan Əqli Mülkiyyət Agentliyindən Musavat.com-a bildirilib.

Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq, Gürcüstanın “IMEDI” televiziya kanalında ölkəmizə məxsus “Basqalı” rəqsinin növbəti dəfə təhrif edilərək “Somxuri şalaxo” – “erməni şalaxosu” kimi təqdim olunduğu haqda məlumat vermişik. Bu dəfə gürcü müğənni Tamar Kotetişvili sintezatorun müşayiəti ilə Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsinə (musiqisinə) yazılmış mahnını “erməni şalaxosu” adı altında ifa edib.

Məsələ ilə bağlı rəsmi reaksiya verilib. Qurumdan Musavat.com-a verilən açıqlamada bildirilib ki, bununla “Azərbaycan Respublikasının Xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsi ilə müşayiət olunan mahnının “Somxuri şalaxo” – “erməni şalaxosu” kompozisiyası kimi təqdim olunması ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi ilə Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi “Sakpatenti”nin rəhbərliyi arasında telefon danışığı olub. Danışıq əsnasında qeyd edilən məsələ barədə daha öncə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən “Sakpatenti”yə məktub ünvanlandığı, “Sakpatenti” tərəfindən isə bu məsələnin həlli üçün lazımi tədbirlərin görüləcəyi barədə rəsmi cavab verilməsinə baxmayaraq, bu halın təkrarlanmasının Azərbaycan tərəfini ciddi narahat etdiyi vurğulanıb. Eyni zamanda bu halın Azərbaycan və Gürcüstan arasında olan ikitərəfli dostluq münasibətlərinə zidd olduğu qeyd edilib. “Sakpatenti” rəhbərliyi tərəfindən Gürcüstan kanallarına belə halların yolverilməz olduğu barədə rəsmi ciddi xəbərdarlıq edildiyi, nəzarətin daha da gücləndiriləcəyi və nəticə barədə agentliyə əlavə məlumat veriləcəyi bildirilib”.

BAKU ART

Faiq Sücəddinov

Məsələ ilə bağlı agentliyin eksperti, xalq artisti, bəstəkar Faiq Sücəddinov “Yeni Müsavat”a danışıb: “Ermənilər Aftandil İsrafilovun təkcə “Basqalı” deyil, “Yeni Bakı” rəqsinə də “sahib” çıxmışdılar. Zamanında Aftandil İsrafilov sağ ikən həmin rəqslərin notlarını yazmışdı, “Aftandilin rəqsləri” adlı kitabını dərc etdirmişdi. “Basqalı” rəqsi bundan əvvəl də dəfələrlə Gürcüstan kanalında və digər yerlərdə erməni “şalaxosu” kimi təqdim edilib. Biz isə Əqli Mülkiyyət Agentliyinin üzvləri olaraq xəbərdarlıq etmişik, demişik, araşdırmışıq və aidiyyəti qurumlara da məlumat göndərmişik. Hər şey aydındır – bu rəqsin kim tərəfindən və hansı ildə bəstələndiyini göstərən bütün tarixlər və notlar var. Amma yenə də müəllif hüquqlarına əməl olunmur. Ermənilərin Azərbaycan musiqisini oğurlaması yeni məsələ deyil. Hələ ötən əsrin əvvəllərində Üzeyir Hacıbəyovun məşhur “O olmasın, bu olsun” və “Arşın mal alan” operettalarına sahib çıxmağa çalışıblar. 1940-cı illərdə bir erməni Amerika ictimaiyyətini inandırmağa çalışmışdı ki, guya “Arşın mal alan” operettası ona məxsusdur. Bu məsələyə dövlət başçısı səviyyəsində müdaxilə olunmuş və əsərin Üzeyir Hacıbəyova, yəni Azərbaycana məxsus olduğu bildirilib. Həmçinin ötən əsrin 70-ci illərində Xaçaturyan “Spartak” baletinə “Uzundərə” rəqsini yazmışdı. Həmin vaxt bizim bir çox mahnılarımız, rəqslərimiz oğurlanmışdı.

Xatırlayırsınızsa, bu yaxınlarda rusiyalı müğənni Avraam Russo Soçidə keçirilən “Pesnya Goda” adlı gecədə Üzeyir Hacıbəyovun “Çırpınırdı Qara dəniz” əsərini erməni mahnısı kimi təqdim etmişdi. Həmçinin Fikrət Əmirovun “Qarabağ” süitasını ermənilər öz əsərləri kimi qələmə alırlar”.

F.Sücəddinovun sözlərinə görə, hətta Amerikada belə bizim mahnılarımızın sözlərini dəyişdirib, öz adlarına çıxırlar: “Əlbəttə ki, gün gələcək, iki dövlət arasında sülh müqaviləsi imzalanacaq və biz Əqli Mülkiyyət Agentliyi olaraq, öz iradlarımızı və tələblərimizi bildirəcəyik. Bununla bağlı qanun və cərimələr mövcuddur. Bizim o qədər zəngin musiqimiz var ki, müxtəlif millətlər bu musiqiləri mənimsəməyə çalışırlar. Elə götürək gürcüləri – onlar da bizim mahnılarımızı öz adlarına çıxarıblar. “Şalaxo” rəqsi Azərbaycan rəqsidir, amma gürcü rəqsi kimi təqdim edilir. YouTube platformasında bunu aydın görmək mümkündür. Gürcülər, yəhudilər və demək olar ki, bütün Qafqaz xalqları bizim musiqimizə sahiblənirlər. Çünki onların musiqiləri çox bəsit və maraqsızdır. Amma Azərbaycanın musiqisi olduqca zəngindir və buna görə də onu “çırpışdırırlar”. Beləliklə, bizim xalq mahnılarımız və xalq rəqslərimiz konsertlərdə, televiziya verilişlərində səsləndirilir, bizim adımız çəkilmir. Yüzlərlə mahnımız Yunanıstanda erməni dilində oxunur.  Bəs çıxış yolu nədir? Əlbəttə ki, bizim radio və televiziya kanalları bu musiqiləri təbliğ etməlidir. Təbliğatdan çox şey asılıdır. Xalq musiqimiz radiolarda və televiziya kanallarında səslənirmi? Əlbəttə ki, yox! Xalq mahnılarımız və rəqslərimiz var, onlar yayımlanmalıdır. Əgər başqa xalqlar bizim musiqimizə sahib çıxırsa, biz də bu musiqiləri geniş şəkildə təbliğ etməliyik. Toylarımızda ifa olunmalıdır. Xaricə qastroldan gedən musiqiçilərimiz Azərbaycan musiqisini tanıtmalıdırlar. Beləliklə, musiqi mədəniyyətimizin qorunması üçün təkcə etiraz bildirmək kifayət deyil, həm də onu dünyada daha çox tanıtmaq, təbliğ etmək lazımdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Böyrəklərinizə zərər verə bilər

Next

Bu şəxslər üçün tibbi arayış ödənişsizdir

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv