Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Dietoloqdan xəbərdarlıq – arıqladan həblər, “möcüzəvi” çaylar…

By Vüsal Rafiqoğlu
08.02.2025 3 Min Read

Ölkəyə “arıqlama çayı və qəhvələri” adı altında müxtəlif markalı məhsullar gəlir, həkim diqqətli olmağa çağırır

“Son dövrlər elektron ticarət yolu ilə kütləvi formada ”arıqlama çayı və qəhvələri” adı altında müxtəlif markalı qəhvə və çayların Azərbaycan Respublikasına gətirilməsi artmaqdadır. Həmin mallar ilə əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd olunan qəhvə və çayların tərkibində bir sıra hallarda güclü təsirə malik maddə hesab edilən “sibutramin” maddəsinin olduğu aşkar edilib”. Bu barədə Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.

Bildirilib ki, sibutramin maddəsi 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir və bu tərkibdə malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə, yaxud bəyan və ya düzgün bəyan etməməklə keçirilməsi Cinayət Məcəlləsinin 206-cı maddəsi, buna əsaslar olduqda həmin Məcəllənin 240-cı maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur.

Sibutramin təsiredici maddəsinin ümumilikdə 10 min 92 əlavə təsiri haqqında məlumatlar mövcuddur. Sonda əhaliyə piylənməyə qarşı sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik kimi elmi cəhətdən təsdiq olunan üsullara üstünlük vermələri və sağlamlığa ziyan gətirən belə məhsulların istifadəsindən uzaq durmaları tövsiyə olunur. Sirr deyil ki, apteklərdə arıqlamaq üçün başqa çaylar da satılır. Artıq çəki problemi olanlar üçün ən optimal yol nədir?

Karantin dövründə çəkisi artanların nəzərinə: "Bu qidalar..." - Dietoloqla  müsahibə

Ləman Süleymanova

Mövzu ilə bağlı həkim-dietoloq Ləman Süleymanova “Yeni Müsavat”a danışıb: “Bir həkim kimi izah etmək istərdim ki, ”sibutramin” toxluq hissini artıran, iştahanı azaldan və metabolizmə təsir edən bir maddədir. O, kimyəvi quruluşuna görə amfetamin törəməsidir. Çox təəssüf ki, ölkəmizdə sosial şəbəkələrdə, xüsusilə “Instagram”da, insanlara “dietoloq” adı altında arıqladıcı dərmanlar, kokteyllər və çaylar satılır. Bu, təşkilatlanmış bir şəbəkədir. Həmin şəbəkələrdə həkim olmayan insanlar müxtəlif qruplara bölünürlər. Bir qrup yalnız sosial şəbəkələr üzərindən fəaliyyət göstərir. Onlar yalançı həkim və dietoloq kimi tanıdılır, insanları cəlb edərək marafonlar təşkil edir, müxtəlif arıqladıcı çaylar satırlar. Təbii ki, bu işlərin arxasında böyük bir şirkət dayanır. Digər bir qrup isə artıq biznesdə daha aktiv fəaliyyət göstərir. Onlar şirkət açır, insanları müayinə etmə adı ilə qəbul edir və müxtəlif kokteyllər, çaylar satırlar. Bəzi hallarda hətta endokrinoloqlar da bu cür arıqladıcı dərmanları tövsiyə edirlər. Azərbaycanda da qeyd etdiyim kimi, 2016-cı ildən etibarən “sibutramin” rəsmi siyahıya salınıb və dövlət səviyyəsində bu maddənin ölkəyə gətirilməsi qadağan olunub. Lakin təəssüf ki, qara bazarda bu cür preparatlar hələ də satışdadır”.

Həkim qeyd edib ki, istər sosial şəbəkələrdə, istərsə də apteklərdə satılan istənilən arıqladıcı kokteyl və çaylarda təhlükəli “sibutramin” maddəsi var: “Bir həkim kimi qeyd edim ki, bütün arıqladıcı kokteyllərin, çayların tərkibində bu maddə var. Hətta bəzi arıqladıcı çay və kokteyllərin üzərində tərkibi qeyd olunmasa da, onların içərisində ”sibutramin” mövcuddur. Qeyd etdiyim kimi, Avropa Dərman Agentliyi bu maddəni qadağan etdiyinə görə artıq bir çox şirkətlər arıqladıcı çay və kokteylərin tərkibində bu maddəni qeyd etmir, halbuki mövcuddur. Hətta bəzən deyirlər ki, hansısa arıqladıcı çay və kokteyl tamamilə bitki tərkiblidir. Bu, mümkün deyil. Hansı bitki insanda iştahanı küsdürür?

Bu maddənin insan orqanizminə ciddi zərərləri var. İlk növbədə, insanın əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Çünki müəyyən dərəcədə narkotik təsirə malikdir və beyinlə bədən arasında asılılıq yaradır. Bu maddə toxluq hissi yaratmaqla yanaşı, orqanizm üçün vacib olan faydalı yağları bədəndən çıxarır. Nəticədə, bu vasitələrlə arıqlayan insanlarda immunitet aşağı düşür, infeksiyalara qarşı davamlılıq zəifləyir, halsızlıq və yuxusuzluq yaranır.

Bu proses narkotik asılılığına bənzəyir: əvvəlcə insan özünü yaxşı hiss edir, lakin tədricən orqanizm üçün həyati vacib maddələr xaric olur. İlk 5-6 gündə müəyyən kilo itkisi müşahidə edilsə də, bu, əsasən, bədəndəki su və piy toxumalarının boşalması ilə əlaqədardır. İnsan bu vasitələrin mənfi təsirini hiss etdikdə istifadəsini dayandırır və bundan sonra sürətli çəki artımı başlayır. Bu proses narkotik istifadəsinə bənzəyir: sümüklərdə və oynaqlarda ağrılar, görmə qabiliyyətinin zəifləməsi, panik ataklar, sinir sistemi pozuntuları yaranır.

Bundan əlavə, “sibutramin” mədəaltı vəzi funksiyasını tamamilə sıradan çıxara bilər, qaraciyərə ciddi zərbə vura bilər və ürək-damar xəstəlikləri olan insanlar üçün ölümcül təhlükə yarada bilər. Hətta sağlam insanlarda belə bu maddə ürək-damar problemlərinə səbəb olur. Bu maddədən istifadə edən ürək-damar xəstələri üçün isə nəticə çox ağır ola bilər.

Qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkən insanlar üçün də “sibutramin” tərkibli çay və kokteyllər ciddi təhlükə yaradır.

Bundan başqa, psixotrop dərmanlar qəbul edən insanların bu arıqladıcı vasitələrdən istifadə etməsi orqanizm üçün son dərəcə təhlükəlidir. Bu vəziyyət insanlarda şok reaksiyalar və ciddi sağlamlıq problemləri yarada bilər. Bu səbəbdən, hər kəs arıqladıcı məhsulları qəbul etməzdən əvvəl ciddi düşünməlidir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Pensiyalarla bağlı vacib MƏLUMAT

Next

2024-cü ildə Azərbaycanda 67 partlayış olub, 33 nəfər ölüb

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv