Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Cəbrayıla böyük köç

By Vüsal Rafiqoğlu
19.02.2025 3 Min Read

“Biz cəbrayıllılar qürurla, fəxarətlə deyirik ki…”

Qarabağa “Böyük qayıdış planı” istiqamətində görülən işlər durmadan sürətlənir. Sonuncu köç karvanı Cəbrayıl şəhərinə oldu. Bu etapda  42 ailə – 205 nəfər Cəbrayıla köçürüldü. Yenidən qurulan şəhərə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

“İllər sonra böyük sevinc və qürurla ana vətənim Cəbrayıla qayıdıram”.

Bu sözləri Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Nazim Rüstəmov deyib.

“Cəbrayılla bağlı xatirələrim çoxdur. Uşaqlığım, cavanlığım orada keçib. İndi 30 illik həsrətdən sonra yenidən ora qayıdıram. Allah övladlarımıza, gələcək nəsillərə bir daha bizim illər əvvəl yaşadığımız həyatı – köçkünlüyü, ağrı-acını nəsib etməsin”, – deyə o vurğulayıb.

Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən sakin doğma yurduna qayıtdığına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya da minnətdarlığını bildirib.

“İllərlə əziyyətlər çəkdik, bir çox yer dəyişdik. Bu günə şükür, arzumuza çatdıq və doğma yurdumuza qayıdırıq”.

Bu sözləri isə Cəbrayıla köç edən daha bir keçmiş məcburi köçkün Yusifov Yusif bildirib. Cəbrayıllı günlərindən bəhs edən sakin illərlə bu günün həsrətini çəkdiyini deyib: “Beş yaşımdan Cəbrayıldan çıxmışam. Otuz ildir qayıtmaq həsrəti ilə yaşayıram. Düzdür, hər yer vətəndir, ancaq düşünürəm ki, yurda qayıtmaq, orada yaşayıb-yaratmaq lazımdır”.

“Doğma yurdumuz Cəbrayıla qayıtmaq hissi əvəzolunmazdır”.

Bu fikirlər isə Cəbrayıl sakini Rüstəmli Rəhminəyə məxsusdur. Onun sözlərinə görə, 1 yaşında məcburi şəkildə tərk etdiyi Cəbrayıla indi artıq müəllim kimi qayıdır: “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Allah Prezidentimizi var eləsin.

Uzun illər həsrətini çəkdiyimiz Cəbrayıla dönmək bizə sevinc və qürur yaşadır”.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

Rəhim Əhmədzadə (@rehimahmadzade) / X

Rəhim Əhmədzadə

Əslən Cəbrayıldan olan, AĞ Partiya başqanının müavini Rəhim Əhmədzadə doğma yurduna ard-arda yola salınan köç karvanlarının bütün cəbrayıllıları sevincə qərq etdiyini söylədi: “Bu gün şükürlər olsun ki, rəşadətli ordumuz, igid oğullarımız sayəsində arzularımız çin olur. Hələ aprel döyüşlərində itirilmiş Cəbrayılımızın Cocuq Mərcanlı kəndinin azad edilməsi bu böyük qayıdışın ilk işartıları idi. Artıq bu gün biz cəbrayıllılar qürurla, fəxarətlə deyirik ki, Cəbrayıl azaddır, bütöv Qarabağ bizimdir və biz qayıtmışıq. “Dəmir yumruq” öz gücünu bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarını azad etməyi bacaran xalqdır. Sevindirici haldır ki, artıq işğaldan azad edilmiş torpaqlarımızda yenidən bərpa və quruculuq işləri sürətlə davam edir. Və böyük köçün növbəti ünvanı məhz Cəbrayıl şəhəridir. Onu da qeyd edim ki, işğaldan azad edilmiş şəhərlərimizdən Laçın, Şuşa, Zəngilan, Xankəndi və Cəbrayıla bu yaxınlarda getmişəm və artıq şəhərin böyük hissəsinin abadlaşdırıldığının canlı şahidi olmuşam. Artıq Qarabağı yenidən dirçəltmək bir xalq olaraq bizim ən əsas vəzifəmizdir. Vətənim Cəbrayıl rayonunda əsasən taxılçılıq, üzümçülük, maldarlıq, qoyunçuluq geniş yayılmışdı. Yerli sakinlər səbirsizliklə geri dönüb o əvvəlki təsərrüfatı yenidən qurmağı planlayırlar. Cəbrayıl erməni vəhşiliyinin daha çox qurbanı olmuş, tamamilə dağıdılmış şəhərlərimizdəndir. Şəhərin mərkəzindən başlayan geniş quruculuq işləri çərçivəsində mərkəzlə bərabər kəndlərin də bərpası qarşıya qoyulan məqsədlərdəndir. Təkcə Cəbrayıla deyil, artıq işğaldan azad etdiyimiz bütün Qarabağ torpaqlarına həmin ərazilərin həqiqi sakinlərinin geridönüşü reallaşmaqdadır. Bu prosesin uğurla davam edəcəyinə inamımız tamdır. Biz illərlə bu günləri arzuladıq. Və hər zaman inandıq ki, dünyaya gözümü açdığımız ana torpağa mütləq bir vaxt qayıdacağıq. Çox ağrılı, çətin günlərdən keçdik, amma sonunda buna da şükür edirik. Biz artıq Qarabağa əbədi qayıdırıq”.

Yazını hazırladı:  Cavanşir ABBASLI

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İndiyədək verdiyimiz şəhidlərin sayı açıqlandı

Next

Xankəndidə Zəfər parkının təməlqoyma mərasimi olub

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv