Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Bəxti yavər yetim – milyarder oldu, 11 sentyabrdan sağ çıxdı, indi Trampın kassiri və naziridir

By Vüsal Rafiqoğlu
20.02.2025 3 Min Read

Bir adam təsəvvür edin ki, uşaq yaşlarında anasını və atasını itirsin, atasının borclarını bağlasın, uğurlu biznes qursun, böyük terror aktından salamat qurtulsun və hazırda dünyanın ən qüdrətli dövlətinin ticarət naziri təyin edilsin.

Bu, Hovard Latnikdir. O, nazir olmazdan əvvəl, loru dildə desək, Trampın kassiri olub. Onun 2020 və 2024-cü il prezidentlik kampaniyaları üçün vəsait toplayıb. O, “Kantor Fitscerald” (“Cantor Fitzgerald”) və BGC Group-un sədri və baş direktorudur.

Hovard 1961-ci ilin 14 iyulunda Nyu-Yorkun Yerixo şəhərində Kvins kollecinin tarix professoru Solomon Latnikin və rəssam-heykəltəraş Ceyn Latnikin ailəsində doğulub.

Hovardın anası 1978-ci ildə ölüb. Bir il sonra atası da vəfat edib. Yetim qalan Latnik bacısı və qardaşı ilə birlikdə atasından qalan borcu ödəmək üçün vəkil tutmağa məcbur olub. Atasının işlədiyi kollecin dekanı 18 yaşlı Latnikə zəng vurub və ona tam təqaüd təklif edib. Latnik 1983-cü ildə kolleci iqtisadiyyat ixtisası üzrə bitirib.

latn-1.jpg (37 KB)

Sonra o, “Cantor Fitzgerald”a qoşulub, şirkətin qurucusu Bernard Kantorla isti münasibət qurub, onun şəxsi müşaviri olub. 1991-ci ildə Latnik şirkətin prezidenti və baş direktoru, 1996-cı ildə isə sədri olub.

Latnikin fərasəti, fəhmi, işgüzarlığı, əlaqələri tezliklə onu milyonçu edib. Ancaq 11 sentyabr 2001-ci ildə baş verən terror aktları Hovard Latniki, necə deyərlər, quru yurdda qoyub.

11 sentyabr terror hücumları zamanı Üsamə bin Ladenin rəhbərlik etdiyi ərəb terrorçuların qaçırdığı təyyarələrdən ikisi Hovard Latnikin şirkətinin – “Cantor Fitzgerald”ın əkiz qüllələrdəki ofislərinin yerləşdiyi mərtəbələrin (101-105-ci) altındqan binaya çırpılıb. Həmin səhər onun ofisində çalışanlardan heç biri, o cümlədən Hovardın qardaşı Harri Latnik yanan və çökən binadan sağ çıxa bilməyib. Ümumilikdə, “Kantor”un 960 əməkdaşından 658-i 11 sentyabr günü həlak olub. Hovardın özü isə təsadüfi nəticəsində terakt qurbanı olmayıb. Əslində o da həmin gün ofisdə olmalı imiş, ancaq oğlu Kaylınin uşaq bağçasına getdiyi ilk gün olduğunudan o, balacanı bağçaya şəxsən özü aparıb. Baş vermis hadisədən xəbər tutaraq əkiz qüllələrin həndəvərinə gələn H.Latnik sağ qalan işçilərindən heç olmasa birini tapmaq ümidi ilə qüllələrə yaxınlaşıb. Lakin o, heç kəsi tapa bilməyib, üstəlik cənub qülləsi çöküb və o, yaxınlıqdakı avtomobilin altında gizlənərək sağ qalıb.

latn-3.jpg (59 KB)

Hücumlardan qısa müddət sonra Latnik teraktın ən böyük zərərçəkənlərindən biri olaraq çıxışlar edib və “11 Sentyabr”ın ən məşhur simalarından birinə çevrilib. “Cantor Fitzgerald” işçilərinin üçdə ikisini itirdiyi üçün çoxları elə bilib ki, o, bağlanacaq. Hücumlardan dörd gün sonra, sentyabrın 15-də Latnik itkin düşən və ya ölən 700-ə yaxın işçinin maaşlarını ödəməyi dayandıracağını açıqlayıb. Sentyabrın 19-da o, CNN-in aparıcısı Larri Kinqə verdiyi televiziya müsahibəsində bu məsələyə toxunaraq deyib: “Mən şirkətdəki hər kəsi itirdim… Onlara maaş verməyə pulum yoxdur”. Ancaq o, ümidini itirməyib və hücumda həlak olan “Cantor” işçilərinin ailələrinə beş il ərzində gələcək qazancının 25%-ni, eləcə də növbəti on il ərzində tibbi sığorta alacaqlarını vəd edib. Bu, ümumilikdə hər ailə üçün 100.000 dollar xərc çəkilməsi demək idi.

2006-cı ildə Latnikin şirkəti 11 sentyabr hücumlarından zərər çəkmiş işçilərinin qohumlarına 180 milyon dollar bağışlayıb.

Bu, Latnikin formalaşdırdığı qeyri-kommersiya təşkilatı olan yardım fondunun hesabına olub. Latnik özü fonda 1 milyon dollar ianə edib, 14 müxtəlif şirkətdən 11 sentyabr qurbanlarının ailələri üçün ianələr qəbul edib.

2005-ci ildən bəri “Dünya hədiyyə günü”ndə o, təxminən 113 milyon dollar toplayıb. Məşhurlar, idman ulduzları və digər görkəmli şəxslər onun təşkil etdiyi xeyriyyə tədbirlərində fəal iştirak ediblər. Tədbir iştirakçıları arasında prezident Corc Buş, eks-prezident Bill Klinton, Nyu-Yorkin meri Rudi Culiani, müğənni Ledi Qaqa, Venus Uilyams, Eli Menninq, Susan Sarandon və şahzadə Harri də olub.

Latnikin pultoplama, ianə yığmaq qabiliyyəti Donald Trampın da karına gəlib. O, iki dəfə Latnikin xidmətindən bəhrələnib və “borcu”nu Latniki ticarət naziri təyin etməklə ödəyib. İndi o, özünü Trampın milyarderlər komandasında suda balıq kimi hiss edir.

Latnik həm də xeyriyyəçi kimi tanınır, incəsənət qalerayalarını, idman mərkəzlərini, kitabxananı himayə edir və onlara milyonlar bağışlayır.

latn-4.jpg (22 KB)

Latnik 2012-ci ilin oktyabrında baş verən “Sendi” qasırğasının vurduğu Nyu-York və Nyu-Cersi ştatlarının zərərçəkən sakinlərinə 10 milyon dollar yardım edib. “Cantor Fitzgerald” ən çox zərər çəkmiş icmalarda 19 məktəbi himayəsinə götürüb, Latnik Bruklin, Kuins, Lonq Aylend, Staten Aylend və Nyu-Cersi bölgələrində təxminən 10 000 ailəyə 1000 dollarlıq debet kartları paylayıb.

Hovard Latnik bir çox universitetlərin, mərkəzlərin, fondların fəxri üzvüdür. Onun fəxri qonağı olduğu fondunun birinin adı belədir: “Dünya Yetimlər Fondu”…

“Yetimə can-can deyən çox olar, çörək verən az” məsəli Hovard Latnik üçün deyilməyib. Yetimliyin acılarını yaxşı bilən Latnikin özü indi minlərlə yetimin ümid yeridir.

Araz Altaylı, Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hamı mülk sahibi deyil, ancaq hamının mənzili var… – Avropa örnəyi Azərbaycanda mümkündürmü?

Next

İnarə Vəliyevaya yüksək vəzifə verildi

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv