Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Əhalisi getdikcə azalan Rusiya… daha 40 il döyüşəcək?

By Vüsal Rafiqoğlu
28.04.2025 2 Min Read

Deyilənlərə görə, Rusiya koreyalıların köməyi ilə Kursku Ukrayna “işğalı”ndan nəhayət ki, azad edə bilib. Hər halda neçə gündür Vladimir Putin daxil, bu dövlətin yüksək çinli rəsmiləri ard-arda “qıyıq gözlü”lərə minnətdarlıq eləməkdən yorulmurlar.

Əlbəttə, ehtiyac yaranmasaydı, Putin “top əti” üçün Şimali Koreya diktatoruna ağız açmazdı. Belə çıxır, səfərbərlik işində gerçəkdən ciddi və obyektiv problem var. Nə qədər etnik-milli bölgələrdən, dustaqlar və miqrantlar arasından müxtəlif şirnikləndirici yollarla, zorla cəbhəyə adam yığmaq olar ki…

Avrasiyaçı-filosof, ictimai-siyasi xadim Aleksandr Duqin isə hesab edir ki, Rusiya “koreyalılar tükənənə qədər” (?!) tam səfərbərlik elan etməlidir. “Biz çoxlu yeni döyüşçülər dünyaya gətirməli, 40 illik müharibələrə hazırlaşmalıyıq”, – Duqin ərz edib.

Onun zənnincə, cəmiyyət həlli vacib problemlərə xüsusi diqqət yetirməlidir, çünki: “Yaxın 40-60 ildə Rusiya müharibə aparacaq. Belə müharibələrə hazırlaşmalıyıq! Ona görə yeni döyüşçülər və onların analarını dünyaya gətirmək lazımdır. Odur ki, xahiş edirəm, Rusiyada doğum səviyyəsini artırmaq üçün mübarizə kəskin şəkildə sürətləndirilsin. Qarşıdakı aylarda ümumi səfərbərlik barədə düşünün”.

Heyrətə gəlirsən. Bunca böyük mineral resurslara, bitib-tükənməz təbii sərvətlərə malik ucsuz-bucaqsız bir ölkənin fikir adamını öz xalqının rifahı, qonşularla sülh və əmin-amanlıq içində yaşaması deyil, müharibə, qırğın-qiyamət qayğılandırır. Rus analara o, yenə dünyaya öldürülmək üçün rus gətirməyə çağırış edir!

Doğrudan da, niyyətin hara, mənzilin ora…

Bu yerdə yada illər öncə Putinin söylədiyi bəzi sözlər düşür. Məsələn, Putin demişdi ki, Rusiyanın dünyada dostu yoxdur, onun ən sadiq müttəfiqi isə ordusudur. Onu da bildirmişdi ki, “Rusiyanın məqsədi rus xalqını birləşdirməkdir”. Necə? 4 ildir Ukraynanın timsalında hamı görür. Sərhədi bilinməyən ölkə yəni.

Bəs ruslar kompakt şəkildə daha hansı ölkədə yaşayır? Həmsərhəd Qazaxıstanda, Estoniyada, Latviyada, Litvada. Düzdür, sonuncu üç ölkə NATO üzvüdür. Amma və lakin rusların “balta” ilə iş ləməyə meylliliyi də gərək unudulmaya. Heç vaxt “heç vaxt” demək olmaz.

“Rusiyanın üç ən sadiq müttəfiqi var – ordu, hərbi dəniz donanması və müdafiə sənayesi”. Bunu da vaxtilə Rusiya baş nazirinin sabiq köməkçisi Dmitri Roqozin söyləmişdi…

Duqinə gəlincə, o, sıradan biri deyil. Qızğın “velikorus” ideoloqlarından və Kremldə sözü keçən şəxslərdəndir. Bəyanatını da hər şeydən əvvəl buna görə zarafata salmağa dəyməz. Ələlxüsus Rusiyanın “qardaş və dindaş” Ukraynanın başına açdığı oyunlar, davam etdirdiyi işğalçılıq fonunda.

Duqinin müharibə hədələri ilə bağlı fikirlərindən dolayı yeganə təsəlliverici məqam isə Rusiya əhalisinin (müsəlman-türk toplum istisna olmaqla) getdikcə azalmasıdır. Bunu onun narahatlığından aydın görmək olar. Reallıq belədir ki, son illər hökumət doğumu, çoxuşaqlı ailələri stimullaşdırmaq üçün nə qədər səy göstərsə də, müsbət nəticə yoxdur. Elə yaxşı ki, yoxdur. Allahın başqa millətlərə rəhmi gəlir yəqin ki…

Əhali sayı, onun yaşı, gənclərinin faiz göstəricisi isə həm də milli təhlükəsizlik məsələsidir. Nədən ki, ordunun, quru silahlı qüvvələrinin əsasını gənc kişilər təşkil edir. Nonsens də elə odur ki, əhalisi ilbəil azalan Rusiya dayanmaq əvəzinə, təzə torpaq iştahası ilə alışıb-yanır.

Görəsən “şimal ayısı” daha 40-60 il kiminlə və necə vuruşacaq? Ümumiyyətlə, ona qədər Rusiya qalacaqmı? Bütün hallarda Duqinin siqnalını biz də nəzərə almalıyıq. Azərbaycanda (kompakt şəkildə) rus əhali yaşamasa da…

Z.SƏFƏROĞLU

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

DSX-nin hərbçisi intihar etdi

Next

Prezidentlərin məhdud tərkibdə görüşü olduFOTOYENİLƏNİB

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv