Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan Ordusu mühüm meyarlar üzrə ön sıralarda

By Vüsal Rafiqoğlu
09.05.2025 4 Min Read

Azərbaycan Ordusu mühüm meyarlar üzrə ön sıralarda

Dünyanın hərbi güc reytinqini müəyyən edən nüfuzlu “Global Firepower” təşkilatı 2025-ci il üçün hərbi güc sıralamasını açıqlayıb. Siyahıda 145 ölkənin ordusu 60-dan çox göstərici – hərbi texnika, insan resursları, maliyyə imkanları və coğrafi üstünlüklər əsasında qiymətləndirilib.

ABŞ, Rusiya və Çin ilk üçlükdədir, Türkiyə isə 9-cu yerdə qərarlaşaraq regionda güclü hərbi mövqeyini qoruyub.

Azərbaycan Ordusu bu ilki reytinqdə 60-cı yerə yüksəlib. Ölkənin hərbi güc göstəricisi olan PowerIndex (PwrIndx) əmsalı 1.2531 olaraq qeyd edilib. Bu göstərici nə qədər aşağıdırsa, ölkənin hərbi gücü bir o qədər yüksək sayılır.

Bu nəticə Azərbaycan Silahlı Qüvvələrinin regiondakı güc balansında önəmli aktora çevrildiyini və son illərdə həyata keçirilən hərbi islahatların öz bəhrəsini verdiyini göstərir.

Reytinqin əsas meyarları bunlardır:

– Aktiv və ehtiyat hərbi personalın sayı;

– Tank, döyüş təyyarəsi və gəmilərin sayı;

– Müdafiə büdcəsi və sənaye imkanları;

– Logistika və coğrafi mövqe.

Qeyd edək ki, reytinqdə nüvə silahları nəzərə alınmır – yalnız konvensional hərbi güc dəyərləndirilir.

İlk 10-luqdakı ordular isə ABŞ, Rusiya, Çin, Hindistan, Cənubi Koreya, Birləşmiş Krallıq, Fransa, Yaponiya, Türkiyə və İtaliya ordularıdır.

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov

Azərbaycan Hərbi Polisinin sabiq rəisi, hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, 145 ölkənin sırasında Azərbaycan Ordusunun 60-cı yerə sahiblənməsi çox yaxşı nəticədir: “Əsas məsələ budur ki, Azərbaycan Ordusu gün-gündən güclənir. Bunu müxtəlif reytinq hesabatları da təsdiqləyir. 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş qabiliyyəti ordumuzu 20-ci əsrin müasir orduları sırasına yüksəltdi. Dünyanın bir sıra hərbi məktəblərində Azərbaycan Ordusunun 44 günlük müharibədəki taktikası, əməliyyatları öyrədilir, nümunə kimi göstərilir. Azərbaycan Ordusunun Türkiyə ordusu modelinə keçidi müharibədən sonra daha da sürətləndirildi. Diqqət edirsinizsə, açıqlanan reytinq siyahısında Türkiyə ordusu dünya üzrə 9-cu yerdədir. Bu, çox böyük nəticədir. Deməli, Azərbaycan Ordusu dünyanın ən güclü 9-cu ordusu modelinə keçir. Azərbaycan Ordusunda komando briqadaları yaradılıb və onların sayı artırılmaqda davam edir. İşğaldan azad edilmiş ərazilərimizdə yeni hərbi hissələr qurulub. Bütün bu və digər addımlar nəticəsində hərbi hissələrimizin sayında və keyfiyyətində yüksəliş olub. Reytinqin yüksəlməsində bu amillər də öz sözünü deyir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bəyan edib ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq, müdafiə büdcəsi bu il daha da artırılıb. Bu amil də reytinq siyahısında yerimizə müsbət təsirini göstərir. Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir”.

Həmsöhbətimiz vurğuladı ki, müasir silahlara malik olmağımız və müdafiə sənayemizin inkişafı da reytinq siyahısında Azərbaycan Ordusunun yerinə öz təsirini göstərən meyarlardandır: “Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikaları alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.

Prezident İlham Əliyevin ordu quruculuğundakı digər mühüm prinsipial siyasəti ölkənin hərbi sənayesinin yaradılması ilə bağlıdır. Azərbaycanın müdafiə sənayesi inkişaf edir, bir çox silahları, mərmiləri özümüz istehsal edirik. PUA-lar istehsal edirik. Biz başqa ölkələrin ordularına da silah-sursat satırıq. Məhz bu amili vaxtında dəyərləndirən Prezident İlham Əliyev müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratdı. Həmin dövrdən başlayaraq nazirliyin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu illər ərzində nazirliyin müəssisələrində ümumi məhsul istehsalının və müdafiə təyinatlı məmulatların həcmi çox ciddi şəkildə artıb. Ən mühüm amil isə odur ki, Azərbaycan dövləti artıq istehsal etdiyi silahları xaricə ixrac edir. Artıq 10-dan çox ölkə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları öz silahlı qüvvələrində istifadə etmək, hərbi güclərini artırmaq üçün alır”.

R.Məhərrrəmov onu da dedi ki, müdafiə sənayemizin davamlı olaraq böyüməsi ilə ölkəmiz xaricdən silah-sursat asılılığından azad olur. Bu, ölkə üçün çox önəmli amildir: “Azərbaycan MDB məkanında dörd ölkədən biridir ki, onun müasir tələblərə cavab verən  müdafiə sənayesi mövcuddur. Eyni zamanda qürurverici haldır ki, bu gün ölkəmiz ən müasir silahların ixracatçısıdır. Prezident İlham Əliyev iclasların birində bu barədə deyib ki, bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib”.

Ekspert qeyd etdi ki, Prezident İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Şübhəsiz, yaxın gələcəkdə Azərbaycan Ordusu reytinq siyahısında daha da irəliləyəcək: “Əslində mən hesab edirəm ki, reytinq cədvəlində yerimiz daha da irəlidədir. Ordumuzda bəzi çatışmazlıqlar aradan qaldırıldıqdan sonra reytinq siyahısında yerimiz ciddi şəkildə irəlidə olacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ay-ulduzlu üçüncü bayrağımız

Next

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan azərbaycanlıların xatirəsini anıblar

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv