Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Rusiya Azərbaycanı itirir – təyyarə olayı münasibətlərdə “qırmızı xətt” kimi

By Vüsal Rafiqoğlu
13.05.2025 3 Min Read

Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə..; hüquqşünas: “Rusiya izi azdırmağa çalışır”

Bunu mayın 10-da jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, Rusiya ilə təmaslar zamanı bu məsələ hər zaman qaldırılır: “Rusiya tərəfinin bizə verdiyi izah ondan ibarətdir ki, hazırda Rusiya tərəfindən istintaq tədbirləri davam edir. Bu tədbirlər başa çatandan sonra daha detallı məlumatlar təqdim ediləcək. Biz də həmin istintaqın ən qısa zamanda başa çatmasını gözləyirik”.

Qeyd edək ki, ötən ilin dekabrında Bakı-Qroznı reysini həyata keçirməli olan AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğramasından 5 aydan çox vaxt keçsə də, Rusiya hadisə ilə bağlı aparılan istintaq haqqında konkret heç bir məlumat açıqlamır. Mayın 12-də isə Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin mülki təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabatın təhqiqat başa çatdıqdan sonra dərc olunacağını açıqlayıb.

“Bu günə qədər komissiya Çikaqo Konvensiyasının 13-cü Əlavəsinin standartlarına və tövsiyə olunan təcrübələrinə uyğun olaraq təhqiqatları davam etdirir. Təhqiqat başa çatdıqdan sonra yekun hesabat dərc olunacaq”, – deyə nazirlikdən verilən açıqlamada qeyd olunub.

Qazaxıstan Nəqliyyat Nazirliyi əlavə edib ki, təhqiqatın səhra mərhələsi başa çatıb və fevralın 4-də təyyarə qəzası ilə bağlı ilkin hesabat dərc olunub.

Mayın 6-da APA-nın araşdırması nəticəsində məlum olub ki, Azərbaycan tərəfi hər ay bu məsələ ilə bağlı Rusiya tərəfinə müraciət edir. Lakin qarşı tərəf müxtəlif bəhanələrlə istintaqı uzadır, müraciətlərə cavab vermir. “Bu 5 ay ərzində Rusiya tərəfindən heç bir istintaq hərəkətləri aparılmır. Qəzanın baş verməsində günahı və məsuliyyəti olan şəxslərdən heç kim barəsində həbs-qətimkan tədbiri seçilməyib”, – deyə mənbə qeyd edib.

Mənbə onu da deyib ki, bu yaxınlarda Azərbaycan və Rusiya hüquq-mühafizə orqanları arasında məsələ ilə bağlı növbəti yazışma olub, amma yenə nəticə yoxdur: “Azərbaycan tərəfi Rusiyadan məsələ ilə bağlı konkret addımlar gözləyir”.

Qəzaya uğramış təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj üzvlərindən iki pilot və bir təyyarə bələdçisi Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra), iki təyyarə bələdçisi isə “Rəşadət” ordeni ilə təltif olunublar.

Qazaxıstan tərəfinin qəza ilə bağlı açıqladığı ilkin hesabatda qeyd olunur ki, təyyarə Qroznı şəhəri yaxınlığında yerdən açılmış atəş nəticəsində zədələndiyinə görə idarəetmədən çıxıb və qəzaya düşüb.

Bəs Rusiya niyə istintaqı yekunlaşdırmır? Hadisənin bütün təfərrüatları aydındır, İstintaq Komitəsi qeyri-adi nə axtarır?

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a deyib ki, Prezident İlham Əliyev artıq bu məsələyə öz mövqeyini bildirib: “Elə ilk günlərdən hesab etdiyimiz kimi, burada Rusiya Federasiyasının hava hücumuna müdafiə qüvvələrinin günahı var və sərnişin təyyarəsi yerdən açılan atəşlə vurulub”.

Onun sözlərinə görə, təyyarənin qəzaya uğradığı ərazidən olan görüntülər və şahidlərin ifadələri onu deməyə əsas verir ki, burada Rusiya tərəfi günahkardır: “Cənab Prezident də haqlı olaraq günahkarların cəzalandırılmasını, eyni zamanda tam şəffaf və insani davranış nümayiş etdirilməsini tələb edir. Bu günə qədər Rusiya tərəfi izi azdırmağa çalışır. Faktlar qarşısında qaldıqdan sonra Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevə zəng etdi. Bundan əvvəl isə quşla toqquşma versiyalarını bilərəkdən ortaya atmışdılar. Hətta məlumatlara görə, bu mövzu ətrafında Rusiyanın rəsmi şəxslərinə və Duma üzvlərinə danışmamaq kimi qadağalar qoyulmuşdu.

Rusiya tərəfi “qara qutu”nun açılmasında iştirak üçün təşəbbüs göstərdi. Prezident İlham Əliyev isə etirazını bildirdi və “qara qutu”nun beynəlxalq mütəxəssislərin açmasını tələb etdi. Qazaxıstan tərəfi “qara qutu”nun və şifrələrin açılmasını “Embraer E-Jet” təyyarəsini istehsal edən Braziliyanın “Embraer” şirkətinin mütəxəssislərinə göndərdi”.

Ekspert hesab edir ki, Moskva iz azdırmağa çalışmaqdansa, günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir: “Bununla yanaşı, cinayətkarlar qanun qarşısına çıxarılmalı və ən sərt formada cəzalanması təmin edilməlidir. Eyni zamanda Azərbaycandan rəsmi şəkildə üzr istənməli, beynəlxalq hüquq normalarına uyğun konpensasiyalar ödənilməlidir”.

Təəssüf ki, bu yöndə hələ ki, pozitiv hər hansı hərəkətlənmə və ya xoş məram müşahidə edilmir. Belə getsə, Rusiya Azərbaycanı bütün mənalarda itirə bilər. Çünki dostluq, tərəfdaşlıq anlayışları ikitərəfli məna daşıyır…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İki türk dövləti Ermənistanla eyni layihədə

Next

BMT Tripolidə gərginliyin artmasından narahatlığını ifadə edib

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv