Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Yaxın Şərqdə Qırmızı xətt keçildi: İsrailin hədəfi Xamenei ola bilərmi?

By Vüsal Rafiqoğlu
13.06.2025 2 Min Read

“İsrailin son əməliyyatları qarşıdakı günlərdə regionu fəlakətli gərginlik dalğasına sürükləyə bilər”

2025-ci ilin iyun ayı Yaxın Şərq tarixində yeni və təhlükəli bir səhifənin açılması ilə yadda qalacaq. İsrailin bu səhər saatlarında İran ərazisinə endirdiyi hava zərbələri artıq lokal toqquşma çərçivəsindən çıxaraq regional – hətta qlobal miqyaslı münaqişənin qığılcımına çevrilməkdədir. Əməliyyat çərçivəsində Tehrandakı hərbi və strateji obyektlər, o cümlədən Natanz və İsfahandakı nüvə infrastrukturu hədəfə alınıb. Lakin hadisənin ən dramatik və sarsıdıcı hissəsi yeni yayılan ehtimaldır: İsrailin əsas hədəfi Ayətullah Seyid Əli Xameneidir”.

Bu sözləri Musavat.com-a politoloq Züriyə Qarayeva deyib. O, Xamenei hədəfə çevrilə biləcəyi barədə ehtimallarını bölüşüb:

WhatsApp Image 2025-06-13 at 11.08.56.jpeg (87 KB)

“Ayətullah Seyid Əli Xamenei təkcə İranın dini lideri deyil – o, həm də İslam Respublikasının ideoloji və hərbi doktrinasının arxasında dayanan əsas fiqurdur. Nüvə proqramına dəstək verən, Yaxın Şərqdə proksi qüvvələri – Hizbullah, Husilər və Haşdi Şəbi – vasitəsilə güc balansını dəyişən strateji qərarların müəllifi məhz odur. İsrailin mövqeyindən baxsaq, bu “qara qutu” məhv edilmədən İran dəyişməyəcək. Bəzi İsrail mediasında və xarici ekspert analizlərində artıq qeyd edilir ki, bu hücum dalğalarının sonuncu mərhələsi “rejim başının tam zərərsizləşdirilməsi” ola bilər. Əgər bu, reallaşarsa, bu, təkcə İran daxilində deyil, bütün müsəlman dünyasında ideoloji və siyasi zəlzələyə səbəb ola bilər. İranın cavabı hələlik simmetrik deyil. Cənub qonşumuzun ilk cavabı pilotsuz aparatlarla həyata keçirilən lokal hücumlar və bəzi raket zərbələri ilə məhdudlaşıb. Lakin Ayətullah Xameneiyə yönəlmiş sui-qəsd və ya hədəflənmiş hücum halı baş verərsə, Tehranın cavabı simmetrik deyil, egzistensial səviyyədə olacaq – İran və İsrail arasında tammiqyaslı müharibəyə gedən yol açılar. Bu halda İran təkbaşına hərəkət etməyəcək. Livandakı Hizbullah qüvvələri, İraqdakı Haşdi Şəbi, Suriyadakı şiə milisləri və Yəməndəki husilər aktivləşə bilər. Bu isə İsrail üçün çoxcəbhəli müharibə deməkdir”.

Politoloq bu qarşıdurma fonunda dünyanın nə edə biləcəyi barədə də danışıb: “BMT Baş katibi Quterreşin “təxirəsalınmaz atəşkəs” çağırışı, Avropa İttifaqının narahatlığı və ABŞ-ın rəsmi səssizliyi göstərir ki, beynəlxalq birlik bu hücumdan xəbərsiz və hazırlıqsız yaxalanıb. Donald Tramp hücumdan sonra verdiyi açıqlamada İsraili tənqid etməyib, sadəcə “diplomatik həll yeganə çıxış yoludur” deyə bəyanat verib. Bu, Vaşinqtonun hücumdan əvvəl xəbərdar olub-olmadığı barədə sualları artırır.
Əgər iddia edildiyi kimi, Xamenei fiziki olaraq zərərsizləşdirilərsə, bu İran üçün yalnız siyasi deyil, həm də ideoloji boşluq yaradacaq. İnqilabın rəmzi, dini-siyasi güc mərkəzi, “vilayəti-fəqih” konsepsiyasının özü sarsılacaq. Yerinə kimin gələcəyi, rejimin yönü və daxili sabitlik sual altına düşəcək. Yeni İran – ya daha radikal, ya da daha açıq olacaq. İsrailin son əməliyyatları Yaxın Şərqdə uzun illər qorunan “qırmızı xətləri” aşmaqla, qarşıdakı günlərdə regionu fəlakətli gərginlik dalğasına sürükləyə bilər. Hədəfin Xamenei olması ehtimalı isə bu qarşıdurmanı sadəcə iki ölkə arasında deyil, bütöv geosiyasi quruluşun sınağına çevirir. İndi əsas sual budur: dünya buna hazırdırmı?”.

Cavanşir ABBASLI
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İrəvanda “iylənmiş dövlət”i yenə ortaya çıxardılar

Next

Hindistan İrəvana hansı qırıcıları verir?

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv